İtaliya mediası Azərbaycanın Vatikanda Müqəddəs Yubiley İlinə töhfəsindən yazır
İtaliyanın aparıcı media orqanları Heydər Əliyev Fondunun Vatikanda bəşəri əhəmiyyət daşıyan tarixi abidələrin bərpasına və mədəni irsin qorunması sahəsində işlərə verdiyi növbəti töhfədən yazıb.
Belə ki, “Giornale Diplomatico”, “il Messaggero”, “Askanews”, “La Cronaca di Roma”, “Virgilio”, “Zazoom” kimi mətbu orqanların dərc etdiyi materiallarda Vatikan şəhər dövləti üzrə qubernatorluqla Heydər Əliyev Fondu arasında Müqəddəs Pavel Bazilikasında bərpa işlərinə dair müqavilənin imzalandığı diqqətə çatdırılır. Bildirilir ki, sənədi Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və Vatikan şəhər dövləti üzrə qubernatorluğun prezidenti kardinal Fernando Vergez Alzaqa imzalayıblar.
Yazılarda Azərbaycan nümayəndə heyətinin səfər çərçivəsində kardinal Fernando Vergez Alzaqa və digər rəsmi şəxslərlə görüş keçirdiyi, ölkəmiz ilə Müqəddəs Taxt-Tac arasında əlaqələrin, Heydər Əliyev Fondu ilə birgə layihələrin müzakirə olunduğu qeyd edilir.
Mətləb Salahov