KÖHNƏ VERSİYA            

İlham Əliyev 3 böyük qüvvənin arasında vasitəçilik edir - yaxşı imkan var

Image

Fuad İbrahimov: “Rusiya, Ukrayna, eyni zamanda da Avropa Birliyi, hər üçü Azərbaycanın vasitəçiliyini qəbul edir”

“Burada deyə bilərəm ki, Ukrayna ərazisində qazın tranzitinin davam etdirilməsi ilə bağlı Rusiya, Ukrayna və Avropa təsisatları tərəfindən bizə müraciət edildi. Bir neçə aydır ki, biz ümumi məxrəcə gəlmək üçün böyük səylər göstəririk. Məlumdur ki, bu tranzit dayanarsa, - bu isə dekabr ayına təsadüf edəcək, - bir neçə Avropa İttifaqı ölkəsi təbii qazın fiziki əlçatanlığı ilə bağlı ciddi çətinliklərlə üzləşəcək. Biz, sadəcə, həmin ölkələri və Ukraynanı dəstəkləmək istəyirik. Çünki qazın tranziti dayandığı halda Ukraynanın qazpaylayıcı sistemi tamamilə iflic olacaqdır.

Bizdə müəyyən nikbinlik var. Çünki biz bu kontekstdə hər iki ölkə ilə təmasdayıq və görürük ki, ciddi irəliləyiş üçün zəmin var. Ancaq tərəfimdən təfərrüatların açıqlanması erkən olar. Burada uğura nail ola bilsək, zənnimcə biz bütün regionu viran edən bu müharibəyə son qoymaq üçün əlavə addımlar ata bilərik”. 

Bu fikirləri sentyabrın 6-da Prezident İlham Əliyev “Dünya, Avropa və İtaliya haqqında bilgilər” mövzusuna həsr olunmuş Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı zamanı deyib. 

Sessiyanın moderatorunun “Yəni burada müəyyən imkanlar varmı” sualına Prezident İlham Əliyev “Bəli, hazırda hər iki ölkə Rusiya qazının tranziti müqaviləsinin uzadılması və Azərbaycan qazının Rusiya və Ukrayna ərazisindən Avropaya nəqli ilə bağlı müzakirələri Azərbaycan vasitəsilə aparır”-deyə cavab verib. 

Söhbət qaz nəqli məsələsində Avropanın, Rusiyanın və Ukraynanın arasında Azərbaycanın vasitəçiliyindən gedir ki, ölkəmiz bu istiqamətdə gərək olan addımı atır. 

“Burda söhbət əsasən dövlət başçısının nüfuzundan gedir ki, artıq ölkəmizi bu məsələni həll edən qüvvə kimi görürlər” 

İqtisadçı ekspert Fuad İbrahimov “Bakı-Xəbər”ə bildirdi ki, iki ölkə arasında müharibə getməsinə baxmayaraq, bugünə kimi Rusiya Ukrayna ərazisindən Avropaya qaz və neft ixrac edir. “Belə çox maraqlı bir vəziyyətdir. Hətta qaz ixrac kəməri şiddətli döyüşlər gedən Kursk vilayətindən keçir. Nonsensdir, iki dövlət arasında müharibə gedir, amma tranzit xətləri işləyir, bu xətlərə də texniki cəhətdən xidmət edən komanda var. İşin dərinliyinə gedəndə bunun mürəkkəbliyi diqqətdən yayınmır. Belə fikirlər irəli sürülmüşdü ki, qaz nəqli yanvar ayından dayandırılsın. Onsuz da Rusiya qazından imtina Avropa məkanında müəyyən çətinliklərə şərait yaradıb. Qaz ixracının azalması bir çox ölkələrin makroiqtisadi səviyyədə böyük şirkətlərinin istehsal proseslərinə təsir edib. Müəyyən şirkətlər var ki, istehsal prosesini digər üçüncü ölkələrə keçirib və bununla da nə qədər işsizlər ordusu yaranıb. Çoxları sıxılmış qazdan istifadəyə keçir. Sıxılmış qazdan da istifadə qiymət baxımından nəql olunan qazdan baha başa gəlir. Eyni zamanda, bunun öz infrastrukturu var. Yəni onun xüsusi infrastrukturları, saxlanma yerləri olmalıdır, kapital yönəldilməlidir, investisiya qoyulmalıdır ki, təkmilləşsin. Təkmilləşəndən sonra problem yoxdur. Məsələn, Avstriya, Macarıstan, Çexiya kimi bir çox ölkələr var ki, bunlar yenə də Rusiya qazından aslılqlarını saxlayırıar. Bu gün bu problemin yaranması ilk növbədə bizim Cənub qaz xəttimizin aktuallığını daha da genişləndirir, payımızdan daha çox almaq istəyənlərin sayı artır, eyni zamanda xəttimizin dayanıqlı olması siyasi nöqteyi-nəzərdən bir daha cəzabədarlığını genişləndirir. Bu öz yerində. Cənab Prezident detallı şəkildə açıqlamasını verməsə də, açıq-aşkar bildirildi ki, Rusiya, Ukrayna, eyni zamanda da Avropa Birliyi, hər üçü Azərbaycanın vasitəçiliyini qəbul edir. Yəni daha çox bizim bu problemi siyasi mənada həll etməyimizi, eyni zamanda da ixrac kəmərinin fasiləsiz işləməsini (ya alternativ variantda – F.İ) bir zəmin kimi boynumuza götürməyimizi istəyir. Detallı açıqlanmasa da, deyilənlərə uyğun təxmini proqnoz vermək olur, elə olmalıdır ki, işləsin.  Əslində qazın ixracı Rusiyaya da, Avropaya da sərf edir. Çünki bunsuz çətindir. Eyni zamanda Ukrayna da tranzit pulu alır. Amma siyasi motivdə birdən Ukrayna maraqlı olar ki, bu qaz kəməri işləməsin, Avropa daha da  qıcıqlansın, ona daha çox dəstəyi artırsın.   Belə düşünürəm. Amma iqtisadi cəhətdən bu xəttin işləməməyi hər birinə ziyan vurur. Bu gün Azərbaycanın bu məsələdə vəziyyətdən çıxış yolu kimi iştirakı bir daha sübut edir ki,  artıq xarici siyasətdə, xarici məkanda dövlətimizin nüfuzu çox böyükdür. Burda söhbət əsasən dövlət başçısının nüfuzundan gedir ki, artıq ölkəmizi bu məsələni həll edən qüvvə kimi görürlər.  bu çox müsbət haldır, statusun dəyişməsidir, artıq başqa gözlə baxmaqdır. Bilirsiz, bir Avropa ölkəsinə Azərbaycan qazının verilməsi ola bilsin ki, həcm nöqteyi-nəzərdən Avropa məkanında istifadə olunan qazın çox az faizidir. Yuvarlaq olaraq 2-dən 4-ə çatdırmalıyıq, hələ 4 faiz olacaq. Ancaq coğrafi məkan baxımından, kifayət qədər Avropa ölkələrini əhatə edir. Bu böyük göstəricidir”.

F.İbrahimovun fikrincə, biz buna strateji cəhətdən düzgün yanaşırıq. F.İbrahimov vəziyyəti belə qiymətləndirir. 

Eyni zamanda F.İbrahimov düşünmür ki, bu qaz ixracı Ukrayna üzərindən dayandırılacaq, çünki dasyandırılarsa vəziyyət daha da acınacaqlı olar. F.İbrahimovun sözlərinə görə, ümumiyyətlə bu fonda Azərbaycan dəhlizinin rolu böyükdür. “Çoxları bunu Cənub Qaz Dəhlizi adlandırsa da, mən bunu Azərbaycan dəhlizi adlandırıram. Bu dəhlizin adını Azərbaycan dəhlizi qoymaq lazımdır. Çünki bu gün Qərblə Şərqin arasında yeganə elastik keçid məntəqəsi, bir məkan kimi, Azərbaycandır. Cənubdan İrandan, aşağıdan Fars körfəsindən Suveyş kanalında müəyyən probelm var. Yuxarıdan da Şimaldan ta Qafqaz dağlarına qədər Qərblə Şərq arasında bu keçid məhdudlaşıb, dayandırılıb. Bu baxımdan ən əlverilşli, kommunikasiyalı infrastruktur, həm siyasi, həm iqtisadi baxımdan  ən əlverişli, cazibədar məkan Azərbaycan məkanıdır. Ona görə onun adını şərti olaraq Azərbaycan xətti qoymaq, bu ifadədən istifadə etmək lazımdır”-deyə F.İbrahimov bildirdi. 

İradə SARIYEVA







VİDEO

Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı... - VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

SON XƏBƏRLƏR

26.12.2024 | 16:08
Əsədin arvadının vəziyyəti ağırlaşdı - sağalma şansı 50 faizə düşüb, otağına heç kim buraxılmır...

26.12.2024 | 15:39
Gürcüstanın XİN başçısı Ceyhun Bayramova zəng vurdu - "Azərbaycanın yanındayıq"

26.12.2024 | 15:18
Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir

26.12.2024 | 15:17
BƏƏ Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 15:15
Həştərxanın qubernatoru Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 15:12
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 15:10
TDT Baş katibi Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 14:35
Tramp Milad təbrikində Kanadanın baş nazirini qubernator adlandırdı - ABŞ-ın 51-ci ştatı olsalar...

26.12.2024 | 14:32
Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevə məktub göndərib

26.12.2024 | 14:20
"Nəşlərin tanınması üçün yaxınlarının DNT analizinə ehtiyac olacaq" - Baş konsul

26.12.2024 | 14:16
Milorad Dodik Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 14:14
Məsud Pezeşkian Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 14:05
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə zəng edib

26.12.2024 | 13:51
Təyyarə qəzasında vəfat edən sərnişinlər və ekipaj üzvlərinin siyahısı açıqlandı

26.12.2024 | 13:45
Azərbaycan və Qazaxıstanın Baş nazirləri arasında növbəti telefon danışığı olub

26.12.2024 | 13:34
ABŞ Departamenti AZAL təyyarəsinin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib

26.12.2024 | 12:46
AZAL prezidentindən təyyarə qəzasının səbəbləri ilə bağlı açıqlama...

26.12.2024 | 12:33
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir... - VİDEO

26.12.2024 | 12:16
Təyyarə qəzasında xəsarət alanlardan daha birinin azərbaycanlı olduğu məlum oldu

26.12.2024 | 12:05
Təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi - FOTO

26.12.2024 | 12:00
Azərbaycan kubokunun final matçı Sumqayıtda keçiriləcək

26.12.2024 | 11:51
Qəzaya uğrayan təyyarənin ekipaj üzvlərindən 3-ü ölüb

26.12.2024 | 11:50
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı... - VİDEO

26.12.2024 | 11:45
Təyyarə qəzasında həlak olanlardan biri Cəlilabad sakinidir

26.12.2024 | 11:30
Qazaxıstan Baş nazirinin müavini Ceyhun Bayramova zəng edib

26.12.2024 | 11:20
Azərbaycan və Türkiyə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olmalıdır - SƏBƏB?... Ramilə Dadaşova yazır

26.12.2024 | 11:05
"Xəstələrdən üçünün vəziyyəti ağır qiymətləndirilir” - Həkimdən açıqlama

26.12.2024 | 11:00
"Dualarımız və düşüncələrimiz Azərbaycanladır"- Pakistan səfirindən paylaşım

26.12.2024 | 10:40
Sumqayıtda 105 000 abonentə bəd xəbər- bu gün qaz olmayacaq...

26.12.2024 | 10:30
Bir gündə 48 cinayətin üstünün açılması təmin olunub - DİN

26.12.2024 | 10:20
Təyyarə qəzasında sağ qalanlardan 12 nəfəri bu gün Azərbaycana gətirilir

26.12.2024 | 10:15
Bu hökmün icrası barbarlıqdır və ləğv edilməlidir - Nobel sülh mükafatçısından İrana İTTİHAM

26.12.2024 | 10:10
Siyasi partiyalar təyyarə qəzası ilə əlaqədar bəyanat yayıblar

26.12.2024 | 10:05
"Real" bu almaniyalı futbolçuya "göz qoyub"...

26.12.2024 | 10:00
Təyyarə qəzası zamanı xəsarət almış doqquz rusiyalı təxliyə edilib - Rusiya FHN açıqlama yaydı

26.12.2024 | 09:30
Braziliya da təyyarə qəzasını araşdıracaq - Qazaxıstandan AÇIQLAMA

26.12.2024 | 09:26
“Azparkinq" işçilərinin böyük nöqsanı - ancaq cərimə yazır, nəzarət etmirlər...

26.12.2024 | 09:20
Baydendən Pentaqona "vəsiyyət" - Kiyevə hərbi yardımı davam etdirin...

26.12.2024 | 09:15
Hacıqabulda onlayn narkotika alverçisi yaxalanıb

26.12.2024 | 09:10
Antonio Qutereşdən başsağlığı mesajı

26.12.2024 | 09:00
FHN-in həkimləri və xilasediciləri Qazaxıstana göndərilib

26.12.2024 | 08:41
Minimum pensiya birdən-birə 40 manat artırıldı...

26.12.2024 | 01:13
Yeni Suriya hökumətinin İrana xəbərdarlığından 24 saat sonra ölkə qarışdı – Əsəd tərəfdarları silahlı üsyan qaldırdı...

26.12.2024 | 00:10
Bu gün Azərbaycanda matəm günüdür

25.12.2024 | 23:17
Təyyarə qəzasında həyatını itirənlərin cənazələri yaxın zamanda Azərbaycana gətiriləcək

25.12.2024 | 22:35
Ərdoğan Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 22:30
Azərbaycan çempionatı bir günlük təxirə salındı

25.12.2024 | 22:28
Mədəniyyət Nazirliyinin teatr-konsert müəssisələrində bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb

25.12.2024 | 22:26
ABL-ın basketbol görüşü təxirə düşdü

25.12.2024 | 22:22
Matəmə görə güləş üzrə Azərbaycan çempionatı 1 günlük təxirə salındı

25.12.2024 | 22:10
"Təyyarənin qəzaya uğramasının səbəbi barədə danışmaq hələ tezdir" - Qazaxıstan Baş nazirin müavini

25.12.2024 | 21:32
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər - YENİLƏNDİ

25.12.2024 | 21:30
Aktauda qəzaya uğramış təyyarənin “qara qutu”su tapıldı

25.12.2024 | 21:23
"Yaralıların yaxın qohumlarından DNT analizi götürülür" - Baş Prokurorluq

25.12.2024 | 21:14
Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

25.12.2024 | 20:58
Paşinyan yeni seçki kampaniyasına başladı - ilk hədəf sabiq prezidentlərdir...

25.12.2024 | 20:43
Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir...

25.12.2024 | 20:28
SOCAR-ı özəl şirkətlərdən asılı salan kim və nələrdir?..

25.12.2024 | 20:15
Kazan, Minsk, Gəncə - gələn ildən başlanır...

25.12.2024 | 20:01
Fransanın kəşfiyyat şeflərindən biri Bakı haqqında pis danışdı...

25.12.2024 | 19:57
İrakli Kobaxidze Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Məsud Pezeşkian Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış dövlət komissiyasının iclası keçirildi - FOTO

25.12.2024 | 19:53
Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

25.12.2024 | 19:51
Emoməli Rəhmon Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

25.12.2024 | 19:50
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə başsağlığı verib

25.12.2024 | 19:49
Türkiyə memarlığının ŞAH ƏSƏRLƏRİ

25.12.2024 | 19:46
Zurabişvili hökuməti çevrilişlə hədələdi - Hakim partiya ona "psixi xəstə" dedi...

25.12.2024 | 19:38
Təyyarə qəzasında 38 nəfər ölüb, 29 nəfər yaralanıb...

25.12.2024 | 19:33
Hansı müəllimlər güzəştli kartlar ala biləcək?...

25.12.2024 | 19:18
Makron Fransanı "dinozavr iyinə bürüdü" - 5-ci respublika dağılır...

25.12.2024 | 19:04
Uşaq hüquqları ilə bağlı yeni norma - Nazirlər Kabinetinə vaxt verildi...

25.12.2024 | 18:50
Sellofan torba kampaniyasında udan supermarketlər oldu - bəzi nazirliklər isə lobbiçilik etdi...

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031