KÖHNƏ VERSİYA            

Beynəlxalq Genosid Araşdırmaçılarının Assosiasiyası “erməni alətinə” çevrildi...

Image

Qasım Hacıyev: “Bu təşkilatın qəbul etdiyi qətnamənin heç bir tarixi, siyasi, hüququ  gücü yoxdur, çünki əsassızdır”

Nikol Paşinyan hökuməti Qarabağ sevdasından əl çəksə də, xaricdəki erməni diaspor və lobbi təşkilatları hələ də bu çürük fikirdən əl çəkmək istəmirlər. Odur ki, pulla ələ aldıqları təşkilarları Azərbaycana qarşı qaldırırlar, gerçəkləşməsi mümkün olmayan xam xəyallarını həyata keçirmək istəyirlər. 

İndi də “Beynəlxalq Soyqırımı Tədqiqatçıları Assosiasiyası” adlı bir təşkilat vasitəsilə Azərbaycana təzyiq göstərməyə çalışırlar ki, Azərbaycan erməniləri vaxtilə könüllü köçüb getdikləri Qarabağa qaytarsın. Erməni lobbisinin əlində oyuncağa çevrilən  “Beynəlxalq Soyqırımı Tədqiqatçıları Assosiasiyası” Qarabağla bağlı qətnamə qəbul edib. Guya ki, Azərbaycan Qarabağda “soyqırım” həyata keçirib və sözügedən təşkilat ölkəmizin Qarabağı işğaldan azad etməsini “soyqırım” kimi qəbul edib. 

2022-2023-cü illərdə Azərbaycanın Dağlıq Qarabağdakı fəaliyyəti qətnamədə soyqırım kimi qiymətləndirilir.

“Erməni Soyqırımı Muzey-İnstitutunun” keçmiş direktor müavini Suren Manukyan öz səhifəsində yazıb ki, “Soyqırım Alimlərinin Beynəlxalq Assosiasiyası” “soyqırımları” araşdıran ən böyük və “mötəbər” təşkilatdır və onun üzvləri 700-ə yaxın mütəxəssisdir.

“Beynəlxalq Soyqırımı Tədqiqatçıları Assosiasiyasının” Qarabağla bağlı “qətnaməsində” bir sıra absurd məsələlər yer alıb. Guya  2022-ci ilin dekabrından 2023-cü ilin sentyabrınadək Qarabağın “blokadası”, o cümlədən Laçın dəhlizinin bağlanması “etnik ermənilərin fiziki məhvinə və ya onlara fiziki zərər vurulmasına” səbəb olub. Guya dinc əhali “bombalanıb”, onlar “ölüm aclığına məhkum edilib”, “etnik təmizləməyə” məruz qalıb. Qondarma iddialar əsasında qəbul edilən qətnamədə diqqət çəkən məqamlardan biri Qarabağdan getmiş ermənilərin sayı ilə bağlıdır. Ermənilər son dövrə qədər onların sayının 120 min nəfər olduğunu iddia edirdilər, bu üzdəniraq sənəddə isə 30 min nəfəri uşaq olmaqla 101 nəfərin Qarabağdan getdiyi deyilir. Elə bu rəqəmin özü göstərir ki, qətnamə uydurmalar əsasında hazırlanıb. Burada o qədər absurd iddialar yer alıb ki, onların hamısını sadalamağı lazım bilmirik. Çünki baş verməyən, təpədən-dırnağa uydurma olan bir məsələyə geniş yer vermək yersizdir. 

Bu nə Assosiasiyadır, bunun qətnaməsinin hansısa hüquqi gücü varmı?

“Bu assosiasiyanın özü də erməni lobbisinin kağız üzərində yaratdığı bir təşkilat təsiri bağışlayır” 

AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə bildirdi ki, materiallarla tanış olub və ilk cümlədən hər şeyin düzülüb-qoşulduğu aydın görünür: “Bu təşkilatın adı ilə tanış oldum. Bilirsiz ki, bu gün erməni lobbisinin əlində çox belə təşkilatlar var, çünki bu qurumları onlar özləri yaradıb qeydiyyatdan keçirirlər. Belə hesab edirəm ki, “Beynəlxalq Soyqırımı Tədqiqatçıları Assosiasiyası” adlı təşkilatı erməni lobbisinin yaratdığı bir təşkilatdır. Bu təşkiların müstəqil bir qurum olduğuna şübhəm var. Ona görə ki, başqa məsələlərlə, başqa dövlətlərlə, xalqlarla bağlı onun bəyanatlarına, qətnamələrinə rast gəlməmişəm. Həqiqətən də bu təşkilat erməni lobbisinin öz təşkilatı deyildisə, onda nə üçün Xocalı soyqırımına münasibət bildirməyib? Niyə ermənilərin Azərbaycan xalqının başına gətirdiyi faciələrə, törətdiyi genosid cinayətlərinə seyrçi qalıb? Ukraynada, Qəzzada gündə nə qədər dinc sakin həyatını itirir, bəs bu təşkilat niyə bir bəyanat qəbul etmir? O doğrudan da soyqırımları araşdırırsa, niyə gerçək soyqırımlardan bəhs etmir?  Ermənilər tarixdə heç zaman genosidə məruz qalmayıblar, azərbaycanlıları, başqa xalqları genosid ediblər.

Bunlar qaraçı tayfasıdırlar, hər yerdə yalandan hay-küy salmağa öyrəşiblər. Bir vaxtlar Türkiyəyə qarşı qondarma iddalar irəli sürürdülər, indi də Azərbaycanı hədəfə alıblar. Xocalı genosidini törədən bir tayfa gör indi hansı yalandan yapışıb. 

Bütün məsələlərdə ermənilər küyçüdür, xırda bir hadisəni şişirdib dağ boyda edirlər. Qondarma erməni genosidi kimi, Qarabağdan gedən ermənilərlə də bağlı məsələni kökündən səhv qoyublar. Ermənilərin Qarabağdan hansı şəraitdə getdikləri haqda məlumatları olduğu, separatçıların Azərbaycana qarşı etdiyi bütün cinayətləri bildikləri halda durub belə qərəzli, böhtan dolu qətnamə qəbul ediblər. Sözügedən təşkilat yaxşı bilir ki, Qarabağ işğalda olanda ermənilər bizim ərazilərin altını üstünə çevirib, evlərimizi viran qoyublar, abidələrimizi, məscidlərimizi dağıdıblar, saysız azərbaycanlını qətlə yetiriblər. Bütün bunların hamısını bir qırağa qoyub çox ədalətsiz, çox qeyri-obyektiv şəkildə Azərbaycan xalqına qarşı ittihamlar yağdırırlar. Bütün dünya bilir ki, Qarabağda blokada olmayıb, Azərbaycanın mərkəzi hakimiyyəti ordakı ermənilərə kömək göstərmək üçün təşəbbüs göstərib, amma onlar qəbul etməyib. İndi bunlar qətnamə qəbul ediblər və ora reallığı əks etdirməyən maddələr salıblar, nə qədər tədqiqatçını bu işə cəlb ediblər ki, bu məsələni araşdırsın. Bütün bunlar onların öz yalanlarını  sübut etmək üçün göstərdikləri cəhdlərdir. Halbuki, bunların heç birini sübut edə bilməzlər, çünki dediklərində həqiqət yoxdur. Əgər bu təşkilat araşdırma aparmaq istəyirsə, buyurub aparsın, amma obyektivlik göstərsin, ermənilərin Qarabağda hansı cinayətlər törətdiyini, oradan hansı şəraitdə getdiklərini yazsın, Azərbaycan mərkəzi hakimiyyətinin onlara yaratdığı şəraiti, göstərdiyi real münasibəti o sənədə daxil etsin. Bu məsələyə səthi yanaşıb ermənipərəstlik göstərməsinlər. Ermənilərin Qarabağdan niyə getdiklərini araşdırmaq istəyirlərsə, bunu özündə ehtiva edən videolar, müsahibələr var, onları oxusunlar. Ermənilər deyirdilər ki, bizə Qarabağı tərk edin deyiblər, biz də gedirik. O vaxt özləri etiraf etdilər ki, qondarma rejimin rəhbərləri onlardan Azərbaycan ərazisini tərk etməyi tələb edib. O təşkilat bunları təhlil etsin, onların videolarına baxsın. O qədər faktlar var ki, onlarla tanış olsunlar. Onlar kütləvi şəkildə köçüb getmək istəyirdilər və keçid məntəqəsində növbələr yaranırdı. Burda bizimlə bağlı heç  nə yoxdur. Azərbaycan mərkəzi hakimiyyəti ermənilərə heç bir vaxt təzyiq göstərməyib. Onlar burada qalıb Azərbaycan vətəndaşlığını qəbul etmədilər, Ermənistana, oradan da başqa yerlərə getməyə üstünlük verdilər. Azərbaycan onları qovmayıb ki. Dəfələrlə ermənilərə müraciət etdik ki, qalıb yaşasınlar, bunların hamısının protokolları var, sənədləşib. Amma buna baxmayaraq, xaricdə oturan erməni lobbisi qondarma təşkilat yaradıb bizi qaralayır”.

Q.Hacıyevin sözlərinə görə, bu bir qarayaxma kampaniyasıdır və bunun heç bir elmi, tarixi, hüquqi əsası yoxdur. “Onların dedikləri boş və mənasızdır. Ortaya fakt qoysunlar, Azərbaycan tarixçiləri, Azərbaycan siyasətçiləri də onlara lazımı cavab verəcək. Amma ermənilərin heç bir faktı yoxdur, qondarma, uydurma kağız parçaları düzəldib öz yalanlarını doğru kimi təsdiqlətmətmək istəyir. 

Bu mənada bu təşkilatın qəbul etdiyi qətnamənin heç bir tarixi, siyasi, hüququ  gücü yoxdur, çünki əsassızdır. Bu assosiasiyanın özü də erməni lobbisinin kağız üzərində yaratdığı bir təşkilat təsiri bağışlayır. Dediyim kimi, belə olmasaydı başqa hadisələrə də reaksiyası olardı. Necə olur ki, dünyadakı gerçək soyqırımları görmürlər, amma uydurma erməni “soyqırımını” görüb onunla bağlı qətnamə qəbul edirlər? Qarabağ ermənilərin tarixi vətəni deyil və onlar bu torpağın əzəli sakinləri olmayıblar. Onlar aid olmayan torpaqların yerli sakinlərinə qarşı cinayətlər, soyqırımlar törədiblər. O təşkilat obyektiv olduğunu sübut etmək sitəyirsə, gerçəkləri araşdırsın. Azərbaycan dövlətini, Azərbaycan xalqını hədəfə almaqla heç nəyə nail ola bilməyəcəklər və özlərini növbəti dəfə biabır edirlər”-deyə Q.Hacıyev qeyd etdi.

Q.Hacıyev bildirdi ki, 2023-cü ilin sentyabrına qədər Qarabağda məskunlaşan ermənilərin əskəriyyəti xarici ölkələrdən ora köçürülüb gətirilənlər idi və onlar da çıxıb gəldikləri yerlərə getdilər. Ermənilərin Qarabağa qaytarılması üçün heç bir təşkilat Azərbaycana təzyiq göstərə bilməz, onları oradan Azərbaycan dövləti çıxarmayıb, öz havadarları çıxarıb: “Ermənilər Qarabağa yalnız Azərbaycanın şərtləri daxilində qayıda bilərlər. Bu proses Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıdışı ilə paralel getməlidir. Yeri gəlmişkən, bu təşkilat heç Qərbi azərbaycanlıların taleyindən belə danışmayıb. Bütün bunlar da bizə deməyə əsas verir ki, bu qurum da erməni lobbisinin yaratdığı təşkilatdır. Necə ola bilir ki, “genosidləri araşdırmaqla” məşğul olan təşkilatlar ancaq erməni “soyqırımını” araşdırmaq istəyir? Niyə Fransa müstəmləkəsi altında əzilən, genosidlərə məruz qalan xalqları yada salmır?”

Q.Hacıyev əlavə etdi ki, xaricdəki erməni lobbisi, Fransa və bəzi digər ölkələr Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi faktı ilə barışmaq istəmir, bu səbəbdən də belə absurd qətnamələr qəbul edirlər. 

İradə SARIYEVA







VİDEO

Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir... - VİDEO

Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı... - VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

SON XƏBƏRLƏR

26.12.2024 | 16:08
Əsədin arvadının vəziyyəti ağırlaşdı - sağalma şansı 50 faizə düşüb, otağına heç kim buraxılmır...

26.12.2024 | 15:39
Gürcüstanın XİN başçısı Ceyhun Bayramova zəng vurdu - "Azərbaycanın yanındayıq"

26.12.2024 | 15:18
Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir

26.12.2024 | 15:17
BƏƏ Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 15:15
Həştərxanın qubernatoru Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 15:12
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 15:10
TDT Baş katibi Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 14:35
Tramp Milad təbrikində Kanadanın baş nazirini qubernator adlandırdı - ABŞ-ın 51-ci ştatı olsalar...

26.12.2024 | 14:32
Məhəmməd Şahbaz Şərif Prezident İlham Əliyevə məktub göndərib

26.12.2024 | 14:20
"Nəşlərin tanınması üçün yaxınlarının DNT analizinə ehtiyac olacaq" - Baş konsul

26.12.2024 | 14:16
Milorad Dodik Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb

26.12.2024 | 14:14
Məsud Pezeşkian Prezident İlham Əliyevə başsağlığı verdi

26.12.2024 | 14:05
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə zəng edib

26.12.2024 | 13:51
Təyyarə qəzasında vəfat edən sərnişinlər və ekipaj üzvlərinin siyahısı açıqlandı

26.12.2024 | 13:45
Azərbaycan və Qazaxıstanın Baş nazirləri arasında növbəti telefon danışığı olub

26.12.2024 | 13:34
ABŞ Departamenti AZAL təyyarəsinin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib

26.12.2024 | 12:46
AZAL prezidentindən təyyarə qəzasının səbəbləri ilə bağlı açıqlama...

26.12.2024 | 12:33
Tramp 20 yanvarda bu inanılmaz fərmanları verəcək - dünya yeni dönəmə girir... - VİDEO

26.12.2024 | 12:16
Təyyarə qəzasında xəsarət alanlardan daha birinin azərbaycanlı olduğu məlum oldu

26.12.2024 | 12:05
Təyyarə qəzasında həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi - FOTO

26.12.2024 | 12:00
Azərbaycan kubokunun final matçı Sumqayıtda keçiriləcək

26.12.2024 | 11:51
Qəzaya uğrayan təyyarənin ekipaj üzvlərindən 3-ü ölüb

26.12.2024 | 11:50
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı... - VİDEO

26.12.2024 | 11:45
Təyyarə qəzasında həlak olanlardan biri Cəlilabad sakinidir

26.12.2024 | 11:30
Qazaxıstan Baş nazirinin müavini Ceyhun Bayramova zəng edib

26.12.2024 | 11:20
Azərbaycan və Türkiyə BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olmalıdır - SƏBƏB?... Ramilə Dadaşova yazır

26.12.2024 | 11:05
"Xəstələrdən üçünün vəziyyəti ağır qiymətləndirilir” - Həkimdən açıqlama

26.12.2024 | 11:00
"Dualarımız və düşüncələrimiz Azərbaycanladır"- Pakistan səfirindən paylaşım

26.12.2024 | 10:40
Sumqayıtda 105 000 abonentə bəd xəbər- bu gün qaz olmayacaq...

26.12.2024 | 10:30
Bir gündə 48 cinayətin üstünün açılması təmin olunub - DİN

26.12.2024 | 10:20
Təyyarə qəzasında sağ qalanlardan 12 nəfəri bu gün Azərbaycana gətirilir

26.12.2024 | 10:15
Bu hökmün icrası barbarlıqdır və ləğv edilməlidir - Nobel sülh mükafatçısından İrana İTTİHAM

26.12.2024 | 10:10
Siyasi partiyalar təyyarə qəzası ilə əlaqədar bəyanat yayıblar

26.12.2024 | 10:05
"Real" bu almaniyalı futbolçuya "göz qoyub"...

26.12.2024 | 10:00
Təyyarə qəzası zamanı xəsarət almış doqquz rusiyalı təxliyə edilib - Rusiya FHN açıqlama yaydı

26.12.2024 | 09:30
Braziliya da təyyarə qəzasını araşdıracaq - Qazaxıstandan AÇIQLAMA

26.12.2024 | 09:26
“Azparkinq" işçilərinin böyük nöqsanı - ancaq cərimə yazır, nəzarət etmirlər...

26.12.2024 | 09:20
Baydendən Pentaqona "vəsiyyət" - Kiyevə hərbi yardımı davam etdirin...

26.12.2024 | 09:15
Hacıqabulda onlayn narkotika alverçisi yaxalanıb

26.12.2024 | 09:10
Antonio Qutereşdən başsağlığı mesajı

26.12.2024 | 09:00
FHN-in həkimləri və xilasediciləri Qazaxıstana göndərilib

26.12.2024 | 08:41
Minimum pensiya birdən-birə 40 manat artırıldı...

26.12.2024 | 01:13
Yeni Suriya hökumətinin İrana xəbərdarlığından 24 saat sonra ölkə qarışdı – Əsəd tərəfdarları silahlı üsyan qaldırdı...

26.12.2024 | 00:10
Bu gün Azərbaycanda matəm günüdür

25.12.2024 | 23:17
Təyyarə qəzasında həyatını itirənlərin cənazələri yaxın zamanda Azərbaycana gətiriləcək

25.12.2024 | 22:35
Ərdoğan Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 22:30
Azərbaycan çempionatı bir günlük təxirə salındı

25.12.2024 | 22:28
Mədəniyyət Nazirliyinin teatr-konsert müəssisələrində bütün mədəni-kütləvi tədbirlər təxirə salınıb

25.12.2024 | 22:26
ABL-ın basketbol görüşü təxirə düşdü

25.12.2024 | 22:22
Matəmə görə güləş üzrə Azərbaycan çempionatı 1 günlük təxirə salındı

25.12.2024 | 22:10
"Təyyarənin qəzaya uğramasının səbəbi barədə danışmaq hələ tezdir" - Qazaxıstan Baş nazirin müavini

25.12.2024 | 21:32
Dünya liderləri təyyarə qəzası ilə əlaqədar Azərbaycana başsağlığı veriblər - YENİLƏNDİ

25.12.2024 | 21:30
Aktauda qəzaya uğramış təyyarənin “qara qutu”su tapıldı

25.12.2024 | 21:23
"Yaralıların yaxın qohumlarından DNT analizi götürülür" - Baş Prokurorluq

25.12.2024 | 21:14
Azərbaycanın Suriya quruculuğunda iştirakına start verildi...

25.12.2024 | 20:58
Paşinyan yeni seçki kampaniyasına başladı - ilk hədəf sabiq prezidentlərdir...

25.12.2024 | 20:43
Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir...

25.12.2024 | 20:28
SOCAR-ı özəl şirkətlərdən asılı salan kim və nələrdir?..

25.12.2024 | 20:15
Kazan, Minsk, Gəncə - gələn ildən başlanır...

25.12.2024 | 20:01
Fransanın kəşfiyyat şeflərindən biri Bakı haqqında pis danışdı...

25.12.2024 | 19:57
İrakli Kobaxidze Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Məsud Pezeşkian Prezident İlham Əliyevə başsağlığı verdi

25.12.2024 | 19:56
Təyyarə qəzasının səbəblərinin araşdırılması üçün yaradılmış dövlət komissiyasının iclası keçirildi - FOTO

25.12.2024 | 19:53
Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

25.12.2024 | 19:51
Emoməli Rəhmon Prezident İlham Əliyevə başsağlığı ünvanlayıb

25.12.2024 | 19:50
Kasım-Jomart Tokayev Prezident İlham Əliyevə başsağlığı verib

25.12.2024 | 19:49
Türkiyə memarlığının ŞAH ƏSƏRLƏRİ

25.12.2024 | 19:46
Zurabişvili hökuməti çevrilişlə hədələdi - Hakim partiya ona "psixi xəstə" dedi...

25.12.2024 | 19:38
Təyyarə qəzasında 38 nəfər ölüb, 29 nəfər yaralanıb...

25.12.2024 | 19:33
Hansı müəllimlər güzəştli kartlar ala biləcək?...

25.12.2024 | 19:18
Makron Fransanı "dinozavr iyinə bürüdü" - 5-ci respublika dağılır...

25.12.2024 | 19:04
Uşaq hüquqları ilə bağlı yeni norma - Nazirlər Kabinetinə vaxt verildi...

25.12.2024 | 18:50
Sellofan torba kampaniyasında udan supermarketlər oldu - bəzi nazirliklər isə lobbiçilik etdi...

25.12.2024 | 18:36
Azad rayonlarda idman obyektlərinə qarşı çıxanlar var...

25.12.2024 | 18:22
İranın gizli şəkildə "Suriyaya qayıtmaq planı" - yeni islam birliyi?..

25.12.2024 | 18:08
Polisin bu addımı da kütləvi şəkildə dəstəkləndi...

25.12.2024 | 17:55
Nazirliklərin "hesabat verməsi" ləğv edildi - yeni qayda necə olacaq?

25.12.2024 | 17:41
Faşizm üzərində qələbə vaxtı Şimali Koreya var idi? - Moskvanın 80 illik qərarına ciddi iradlar var...

25.12.2024 | 17:35
Mətbuat Şurasından təyyarə qəzası ilə bağlı media orqanlarına çağırış …

25.12.2024 | 17:30
Rusiya diplomatlarını təyyarə qəzası ilə bağlı Aktauya göndərdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031