MSK seçkilərlə bağlı sosial şəbəkələrdə paylaşılan görüntüləri araşdırır...
Növbədənkənar parlament seçkiləri ilə bağlı sosial şəbəkələrdə paylaşılan məsələlər araşdırılır. Ümumilikdə bizə daxil olan bütün görüntülərə baxılmalıdır.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın sentyabrın 9-da keçirilən iclasında söyləyib
O bildirib ki, bəzi görüntülər oxşarlıq təşkil edir. Bunun üçün bütün prosesi əhatə edən əsas görüntülərə baxmaq lazımdır. Ümumiyyətlə, növbədənkənar parlament seçkiləri ilə əlaqədar bütün məntəqələrdəki əsas görüntülərə baxılacaq.
MSK sədrinin müavini Rövzət Qasımov isə bildirib ki, seçki ilə bağlı sosial şəbəkələrdə tirajlanan 508 görüntü 25 dairənin 49 məntəqəsini əhatə edib.
ZÜMRÜD