MSK sədri şikayətlərin araşdırılması üçün tərəfləri və medianı iştirakçılığa dəvət etdi
Kim Mərkəzi Seçki Komissiyasına ünvanlanan müraciətlərin araşdırmasında iştirak etmək istəyirsə ona lazımi şərait yaradılacaq. Trend xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
O, 3 dairədən daxil olan şikayətlərin araşdırılması üçün müşahidəçiləri, namizədləri, səlahiyyətli nümayəndələri və medianı iştirakçılığa dəvət edib.
M.Pənahov 22, 31 və 78 saylı seçki dairələrindən olan namizədlərdən daxil olan müraciətlərin hazırda araşdırıldığını diqqətə çatdırıb.
Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib.