KÖHNƏ VERSİYA            

ABŞ prezidenti seçkilərində gözlənilən saxtakarlıq ölkəni biri-birinə qatıb...

Image

ABŞ-ın iki aparıcı partiyası noyabr seçkiləri öncəsi seçkinin dürüstlüyü ilə bağlı narahatlıqlarını ifadə edir. Bura qeydiyyat prosesi, səsvermənin keçirilməsi, səslərin sayılması, nəticələrin təsdiqi və ortaya çıxan problemlərin adekvat həlli daxildir. 

Demokratlar Respublikçıları səsvermə məntəqələrinə çıxışın məhdudlaşdırılmasında və nəticələrin təsdiqi prosesinə maneələr yaratmaq yolları axtarmaqda ittiham edir. Respublikaçılar isə, öz növbəsində, Demokratları poçt vasitəsilə səsvermənin saxtalaşadırılması, səsləri sayan maşınların manipulyasiyası və qeyri-vətəndaşların seçicilər siyahısına salınmasında ittiham edir.

Qeyd edək ki, bunlar fonunda Respublikaçı namizəd, sabiq prezident Donald Tramp 2020-ci ildə məğlubiyyəti ilə yekunlaşan seçki nəticələrini öz xeyrinə dəyişmək cəhdinə görə cinayət ittihamı ilə üzləşir. Demokratlar Partiyasının namizədi, vitse-prezident Kamala Harris Trampı seçkiyə inamı sual altına almaqda ittiham edir. Harris fundamental Amerika prinsiplərinə sadiq qalacağını vəd edir: “Qanunun aliliyindən azad və ədalətli seçkilərə qədər. Hakimiyyətin dinc yolla ötürülməsi. Bunlar əsas vəzifələrdir”. Xatırladaq ki, Kamala Harrisin gözlənilmədən başladığı seçki kampaniyası Birləşmiş Ştatlar üçün əlamətdar hadisələrdən birinə çevrilib. Aydındır ki, Trampın Ağ Evə qayıtması təhlükəsi qarşısında demokratlar birləşib, bir-birinə qarşı şikayətlərini ictimaiyyətə çatdırmırlar və yekdilliklə Harrisi dəstəkləyirlər. Bu da nəticə verir. Avqustun sonuna olan sorğular göstərir ki, Harris Trampı təxminən 2% qabaqlayır. Seçicilərin əksəriyyətinin kimə səs verəcəyinə çoxdan qərar verdiyi indiki ABŞ üçün bu yaxşı göstəricidir. Bəzilərinin gözündə o qədər yaxşıdır ki, bəzi ekspertlər Harrisi noyabr seçkilərinin qalibi adlandırmağa başlayıblar. Trampın bütün qatı əleyhdarları, əlbəttə ki, Harrisə alternativin olmadığını və olmayacaqlarını başa düşürlər. Qeyd edək ki, Kamala Harris Amerikanın siyasi baxımdan ən liberal ştatlarından biri olan Kaliforniyadandır. Onun yerli ittihamçı, ştatın baş prokuroru və ABŞ senatoru kimi iş təcrübəsi Harrisin prezidentlik kampaniyasında mərkəzi rol oynayır. Onun rəqibi Donald Tramp deyir ki, Harrisin Kaliforniyadakı gördüyü işlər onun Amerikanın geri qalan hissəsi üçün çox liberal olduğunu göstərir. Harris isə bildirir ki, onun Kaliforniyadakı iş təcrübəsi onun ümumi narahatlıqlarla bağlı hərəkətə keçdiyini göstərir: “Mən Kaliforniyanın Okland şəhərində gənc ittihamçı ikən qadın və uşaqları onları istismar edənlərə qarşı qorudum. Kaliforniyanın baş prokuroru olaraq, mən böyük banklara qarşı mübarizə apardım. Mən kredit borclarını ödəyə bilmədikləri üçün evlərinin əllərindən alınması risqi ilə üzləşən orta sinif ailələrinə 20 milyard dolların verilməsini təmin etdim”. Onun Respublikaçı rəqibi Donald Tramp deyir ki, Harrisin Kaliforniyadakı təcrübəsi onu göstərir ki, o, Amerikanı məhv edəcək: “Onun radikal liberal siyasəti San-Fransiskonu məhv etdi. O, baş prokuror ikən Kaliforniyanı məhv etdi. O, bizim orta sinfimizi sıxışdırdı, sərhədimizi yıxdı, dünyanı məhv etdi. İndi də o, “baş iş yerləri qatili” vəzifəsinə çıxarılmaq istəyir”. 

Bunlar fonunda indi diqqət mərkəzində yer alan məsələlərdən biri də 6 yanvar 2021-ci ildə baş verənlərin təkrarlanmasının qarşısının alınmasıdır. Həmin vaxt  Trampın tərəfdarları məğlubiyyətdən məyus olaraq, ABŞ Kapitolisinə hücum çəkiblər. İndi federal agentliklər bənzər vəziyyətdə hazırlılıqlı olmaqla bağlı müvafiq işlər görürlər. 104 illik tarixə malik ABŞ Qadın Seçiciləri Liqası belə hazırlıqların seçki dürüstlüyünə töhfə verəcəyinə ümid etdiklərini vurğulayır. Təşkilatın rəhbəri Selina Stüart qeyd edir: “Gözləməli və görməli olduğumuz məsələdir. Nə baş verəcəyini, seçkilərin nəticələrini, insanların buna necə reaksiya verəcəyini, etirazların zorakı hala keçib-keçməyəcəyini görməliyik. Ümid edirəm ki, keçməz”. Seçkilərə Yardım Komissiyasının sədri Ben Hovland deyir ki, bu seçki dövründə hələlik sistem özünü yaxşı göstərib: “Bu ana qədər çoxlu ilkin seçkilər keçirildi. Həm prezident seçkilərinin, həm də ştat seçkilərinin praymerizləri. Seçki rəsmilərinin bu il üçün artıq kifayət qədər təcrübəsi var. Düşünürəm ki, noyabr seçkilərinə yaxşı vəziyyətdə gedirik”.  Missuri ştatının Sent Luis ərazisində seçkilərə məsul olan Erik Freyin fikrincə, namizədləri, partiya rəsmilərini, ictimaiyyəti prosesin necə icra edildiyini izləməyə dəvət etmək vacibdir: “Poçtla göndərilən bülletenlərin açılması, səslərin toplanılması, səsvermə cihazlarının yoxlanılması, əllə hesablama, seçkidən sonra audit – bütün bunlar ictimai şəkildə müşahidə edilə bilən şeylərdir.” Bunlar fonunda Senat Respublikaçılarının rəhbərliyi səsvermə zamanı insanların vətəndaşlığı sübut edən sənəd təqdim etmələrini tələb edən qanun qəbul etmək istəyirlər. Kapitolidəki Demokratların çoxu isə deyir ki, hazırkı qanun qeyri-vətəndaşların seçkilərdə səsverməsini qanunsuz edir və bununla bərabər, qeyri-qanuni miqranlarınin seçkiyə hansısa formada təsiri olacaq səviyyədə səsverməsi ilə bağlı iddialar əsassızdır.

Nahid SALAYEV







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Fəlsəfə doktorları və professorların bəxti açıldı, ekspedisiyaçı alimlərin də istəyi var...

Azərbaycan yeni dünya düzəni quranlara kəskin arqument göstərdi - “bunsuz olmaz” deyildi...

Azərbaycan Suriyada terrorla mübarizəyə hansı formatlarda dəstək verəcək...

SON XƏBƏRLƏR

15.01.2025 | 14:15
Ermənistan Rusiyaya nota verdi...

15.01.2025 | 13:53
Qaradağda oğurluqda şübhəli bilinən 2 şəxs saxlandı

15.01.2025 | 13:45
COP29 könüllülərinə pul mükafatı verilir

15.01.2025 | 13:31
Üç gün ardıcıl iş olmayacaq

15.01.2025 | 13:18
Bakıda maşın qaçıran şəxs saxlandı

15.01.2025 | 13:15
Azərbaycanda dini qurumlara maliyyə yardımı göstəriləcək - SƏRƏNCAM

15.01.2025 | 13:11
Полный бред Ходорковского про Азербайджан - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

15.01.2025 | 12:51
Azərbaycan XİN-dən ABŞ səfirliyinə cavab - xarici müdaxilə qəbuledilməzdir...

15.01.2025 | 12:37
Şuşa, Xocalı və Ballıcaya növbəti köç yola düşdü - FOTO

15.01.2025 | 12:22
Cəlilabadda 28 yaşlı kişi 10 kiloqram narkotiklə tutuldu - FOTO

15.01.2025 | 12:05
Rudi Qarsiya “Beşiktaş”a "HƏ" dedi

15.01.2025 | 12:00
Prezident İlham Əliyev Kayrat Sarıbayı qəbul edib - YENİLƏNİB

15.01.2025 | 11:30
“Səma xanımı” filminin təqdimatı keçirilib

15.01.2025 | 11:20
Azərbaycandan Avropaya qaz satışı bir ildə 9 faizdən çox artıb

15.01.2025 | 11:10
ABŞ - Ermənistan strateji Xartiyası. Vəziyyət ciddiləşir - CANLI

15.01.2025 | 11:10
Bərdədə odlu silah satmaq istəyən şəxs yaxalandı

15.01.2025 | 11:05
"Qurulan inklüziv hökuməti dəstəkləyirik" - İrandan Suriya açıqlaması

15.01.2025 | 11:00
İşlədikləri mağazadan 48 min manatlıq oğurluq edənlər yaxalandı

15.01.2025 | 10:30
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Moldovadan ekstradisiya edilib - Baş Prokurorluq

15.01.2025 | 10:28
Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası təsdiqlənib - Baş nazirdən QƏRAR

15.01.2025 | 10:20
Ötən gün 110 cinayətin üstünün açılması təmin olunub - DİN

15.01.2025 | 10:10
Məşhur aktyor "Deha" serialında

15.01.2025 | 10:08
"Təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq" - yol polisindən sürücülərə ÇAĞIRIŞ

15.01.2025 | 10:00
Ermənistan ABŞ-ın anti- İŞİD koalisiyasına niyə qoşuldu? Rusiyaya xəyanətin yeni forması.. Başqa şeylər də var...

15.01.2025 | 09:40
35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub - TƏBİB-dən açıqlama

15.01.2025 | 09:24
Xaricdən gətirilən heyvan və quş ətləri yerli məhsuldan daha ucuz satılır - səbəb...

15.01.2025 | 09:20
Rusiyaya BƏD XƏBƏR - 16-cı sanksiyalar paketi qapədadər

15.01.2025 | 09:10
Qvardiolanın üzü gülmür - "Mançester Siti" yenə xal itirdi...

15.01.2025 | 09:05
Göyçayda narkotik vasitədən istifadə edən sürücü həbs olundu

15.01.2025 | 09:00
Və bu ölkədə polis Prezidenti həbs etdi - SON DƏQİQƏ

15.01.2025 | 08:39
Tikinti sahibkarlarının vergisi azaldıldı - mənzilin qiymətində nə gözlənilir...

14.01.2025 | 22:57
ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzaladı

14.01.2025 | 21:20
Parisdə daha bir rüsvayçılıq - 100 idmançı medallarını Makronun üstünə atdı...

14.01.2025 | 21:06
Mirzoyan hakimiyyətdən gedən Baydenin “yaxasından düşmür”...

14.01.2025 | 20:52
Avroittifaqın Ermənistandakı "mülki missiyası" Azərbaycana hesabat verir?..

14.01.2025 | 20:37
Fransa Əlcəzairə faktiki müharibə elan etdi - 1968 və 1999-cu il müqavilələrinin ləğvi tələb edilir...

14.01.2025 | 20:33
Fəlsəfə doktorları və professorların bəxti açıldı, ekspedisiyaçı alimlərin də istəyi var...

14.01.2025 | 20:23
Azərbaycanda 12 sığorta şirkəti sıradan çıxarıla bilər...

14.01.2025 | 20:09
Moskva Paşinyana qarşı “beşinci kolon”u işə saldı...

14.01.2025 | 19:55
ABŞ Qrenlandiyanın ələ keçirilməsinə başladı - Konqresə qanun layihəsi daxil oldu...

14.01.2025 | 19:28
Trampın 5 faiz tələbinə NATO üzvlərindən cavab - SSRİ 6 faiz tələb etdi və dağıldı...

14.01.2025 | 19:15
İsrailin Bakıdakı yeni səfiri nə vaxt mətbuat konfransı keçirəcək...

14.01.2025 | 19:00
Azərbaycana xam palma yağı idxalı ilbəil artır - yağ nəyə sərf edilir?...

14.01.2025 | 18:46
Tramp komandasından Zelenskiyə ilk açıq mesaj - güzəşt və atəşkəs...

14.01.2025 | 18:32
Ermənistanın Azərbaycanda törətdiyi heç bir cinayət cəzasız qalmayacaq...

14.01.2025 | 18:26
Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin edilib

14.01.2025 | 18:18
Orduda radikal dinçilik meyllərinin yayılmasına qarşı daha bir tədbir görüldü...

14.01.2025 | 18:05
Taksilərin sayı sürətlə azalır...

14.01.2025 | 17:56
Azərbaycanla Maldiv arasında xüsusi pasporta malik şəxslər vizadan azad edildi

14.01.2025 | 17:52
Azərbaycan yeni dünya düzəni quranlara kəskin arqument göstərdi - “bunsuz olmaz” deyildi...

14.01.2025 | 17:45
Lavrov Azərbaycan-Ermənistan sülh danışıqlar barədə - iki həll olunmamış məsələ var, onların üstündən keçmək çətindir

14.01.2025 | 17:39
Azərbaycan Suriyada terrorla mübarizəyə hansı formatlarda dəstək verəcək...

14.01.2025 | 17:26
Heyvandarlığa ciddi bəla gəlir - otlaq sahələri yox ola bilər...

14.01.2025 | 17:24
Tarixin sirlərini daş yaddaşında yaşadan turizm şəhəri - HALFETİ...

14.01.2025 | 17:18
Türkiyənin Azərbaycandakı yeni səfirindən ilk paylaşım...

14.01.2025 | 17:15
Nazir Vilayət Eyvazov Daxili Qoşunlarda əməliyyat müşavirəsi keçirdi

14.01.2025 | 17:10
Bələdiyyə seçkilərilə bağlı akkreditasiyadan keçən müşahidəçilərin sayı açıqlandı

14.01.2025 | 17:04
Makronun nümayəndəsindən şok Afrika etirafı - bizi əməlli-başlı qovdular...

14.01.2025 | 16:46
Putinlə Tramp arasında görüşün İstanbulda keçirilməsi təklif edildi...

14.01.2025 | 16:33
"AZAL-ın təyyarəsinin "qara qutu"larının deşifrə edilməsi KİV-dəki ilkin qənaətləri təsdiqləmir" - Lavrov

14.01.2025 | 16:25
Əməliyyat zamanı doğum günü keçirən həkim işdən azad edildi

14.01.2025 | 16:14
Qəhrəmanlıq dastanı yazan Mirxəyal...

14.01.2025 | 16:06
İsrail ordusu Dəməşqə doğru irəliləyir – Təl Əvivin Suriya ilə bağlı planları ortaya çıxdı...

14.01.2025 | 15:51
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının cari il üzrə ilk iclası keçirildi - FOTO

14.01.2025 | 15:38
Prezident İlham Əliyevin BƏƏ-yə işgüzar səfəri başa çatıb - FOTO

14.01.2025 | 15:33
Polis Nərimanovda əməliyyat keçirdi, 11 kq narkotik və 9 odlu silah aşkarlandı - FOTO

14.01.2025 | 15:15
"Ukraynada müharibə Putinlə razılaşma ilə bitməsə, sülh olmayacaq" - NATO baş katibi

14.01.2025 | 14:49
Ermənistan üçün YALANÇI VƏD

14.01.2025 | 14:48
Burkina-Faso prezidenti Makronu yıxıb sürüdü - bizim sayəmizdə bu günə qədər mövcud ola bilibsiz

14.01.2025 | 14:36
"Rusiya-Ermənistan münasibətləri indiki mərhələdə asan deyil" - Lavrov

14.01.2025 | 14:19
Belarus Azərbaycandakı səfirini dəyişdi...

14.01.2025 | 14:08
İsmayıllıda narkotik satan və qanunsuz odlu silah saxlayan şəxs saxlandı - FOTO

14.01.2025 | 13:48
Səhiyyə Nazirliyi plastik cərrahlara müraciət etdi

14.01.2025 | 13:34
Fuat Oktay Prezident İlham Əliyevə başsağlığı verdi

14.01.2025 | 13:25
QAİ Petrosyanın bəyanatı ilə bağlı Quterreş və Ali komissar Folker Türkə müraciət etdi...

14.01.2025 | 13:14
9 və 11-ci sinifi başa vura bilməyən şəxslər üçün imtahan keçiriləcək

14.01.2025 | 13:03
Маргарита Симоньян плачет? Странно... - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

14.01.2025 | 12:48
QAİ Azərbaycana böhtan atan Almaniya radiosunu sərt tənqid etdi...

14.01.2025 | 12:35
Seçkilərdə polisin xidməti fəaliyyətinə həsr olunan regional seminar-müşavirələrə başlanıb - FOTO

14.01.2025 | 12:21
Prezident İlham Əliyev Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində iştirak edib - FOTO/YENİLƏNDİ

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031