KÖHNƏ VERSİYA            

Bakı hücumdadır - Fransanın müstəmləkə siyasəti növbəti sərt zərbəni aldı...

Image

Fransanın davam edən müstəmləkə siyasəti müasir beynəlxalq münasibətlər sistemində həlli vacib hesab edilən ən ciddi problemlərdən biri hesab olunur. Proseslər göstərir ki, Fransanın müstəmləkə siyasəti hələ də irqi və mədəni üstünlük ideyalarına söykənir. O da tarixi faktdır ki, bir çox ərazilərdə, məsələn, müasir Afrikanın sosial-iqtisadi problemlərinin əsas səbəblərindən biri Fransanın müstəmləkə siyasəti olub.

Latın Amerikası və Karib dənizi hövzəsində, eləcə də Cənub-Şərqi Asiya, Yaxın Şərq və Şimali Afrika ölkələri Fransa müstəmləkəçiliyindən çox əziyyət çəkib. Bütün bunların ifşasında indi Azərbaycan mühüm rol oynayır. Elə Bakıda keçirilən Fransanın işğalı altındakı Qəmər Adaları İttifaqının Mayot adasına həsr olunmuş beynəlxalq konfrans da bunun daha bir təzahürüdür. Tədbirdə Qəmər Adaları İttifaqının BMT-də, Cənubi Afrikada və digər regionlarda fəaliyyət göstərmiş nümayəndələri, “Maore komitəsi”, “Üçüncü Yol Kollektivi (C3V)”, “Demokratik Cəbhə”, “Qəmər adalarının bütövlüyü və suverenliyinin müdafiəsi üzrə kollektiv” təşkilatları, Mayot adasının təmsilçiləri, o cümlədən Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri, səfirlər, beynəlxalq təşkilatların, beyin mərkəzlərinin təmsilçiləri və media nümayəndələri iştirak edib. Xatırladaq ki, 1975-ci il iyulun 6-da Qəmər Adaları müstəqilliyini elan edib. Bundan əvvəl isə 1974-cü ildə Qəmərin müstəqilliyini qəti şəkildə dəstəkləyən bütün Qəmər Adaları ərazisində Mayot da daxil olmaqla referendum keçirilib. Yeni Qəmər Dövləti 1975-ci il noyabrın 12-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 3385 saylı qətnaməsi ilə Anjuan, Grand Comor, Mayot və Moheli adalarından ibarət Qəmər Dövlətinin birliyinə, eyni zamanda, ərazi bütövlüyünə hörmət edilməsinin labüdlüyünü təsdiqləyən qətnamə ilə BMT-yə yekdilliklə qəbul olundu. 1974-cü ildə, Qəmər xalqının iradəsinə baxmayaraq, Fransa Mayot üçün növbəti səsvermə keçirməkdə israr etdi və 1976-cı ildə 3385 saylı qətnamənin əksinə olaraq bu adada qanunsuz referendum keçirdi. Bu məsələ Qəmər dövlətinin başçısı tərəfindən BMT Təhlükəsizlik Şurasının diqqətinə çatdırıldı və 1976-cı il fevralın 6-da Təhlükəsizlik Şurası “belə bir referendumun keçirilməsini Qəmərin daxili işlərinə müdaxilə” adlandırdı və “Fransadan Mayotda referendumdan imtina etməyi tələb edən” bir qətnamə layihəsini nəzərdən keçirmək üçün toplaşdı. Fransa qətnamə layihəsinə veto qoydu və öz müstəmləkəçi siyasətini davam etdirdi. Nəticədə Mayotun Fransa tərəfindən işğalı baş tutdu. Qəmər Adaları İttifaqının təmsilçisi, hüquq müdafiəçisi Mohamed Rafsandjani Hassani qeyd edir ki, Fransa konstitusiyasının Qəmər adaları ilə bağlı 53-cü maddəsi saxtalaşdırılıb. O bildirib ki, bu, Fransa tərəfindən Qəmər adalarının qanunsuz olaraq zəbt edilməsi deməkdir. Mayotun Fransaya birləşdirilməsi və qəmərlilərə vurulmuş ziyandan danışan Hassaninin sözlərinə görə, məhz 53-cü maddəyə əsasən, Mayot adası Fransaya inteqrasiya edilməyib. Bu da Fransanın adaları işğal etməsinin sübutudur.

Hazırda rəsmi paris tərəfindən Mayotun məqsədyönlü şəkildə fransızlaşdırılması siyasəti həyata keçirilir. Bu fonda  Mayotda şirkətlərə fransız mənşəli rəhbər heyətin təyin edilməsi, Fransa qanunvericiliyinin vətəndaşlıq, din, torpaq mülkiyyəti və digər sahələrdə tətbiq edilməsi, fransızların Mayota kütləvi köç etməsi Parisin xüsusi diqqət mərkəzində yer alır.  Qəmərin Mayot adasının faktiki işğalının Qəmər Dövləti tərəfindən qəbul edilməsi üçün təzyiqin göstərilməsinə də Paris diqqət edir. Halbuki, Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Afrika İttifaqı Fransanın Mayotda mövcudluğunun Qəmər İttifaqının milli birliyinin, ərazi bütövlüyünün, suverenliyinin pozulması olduğunu qətiyyətlə vurğulayan çoxsaylı qətnamələrlə aydın və birmənalı şəkildə pisləyiblər. Amma bunlara rəğmən, Fransanın Qəmərin Mayot adasındakı müstəmləkəçiliyi davam edir. Qəmər Adaları İttifaqının BMT-də sabiq nümayəndəsi Mohamed Toihiri bildirir ki, Fransa tərəfindən Mayot adasında neokolonializm siyasəti hələ də davam etdirilir. Onun sözlərinə görə, adanın sakinləri çox əziyyət çəkirlər və tez-tez bir yerdən digər yerə köçürülürlər. Bu əziyyətlər nəticəsində minlərlə ada sakini həyatını itirib, on mindən çox insan adadan qovularaq çıxarılıb: “Biz azadlıq mübarizəmizi sonadək davam etdirəcəyik”. Mohamed Toihiri konstitusiyada Qəmər adaları ilə bağlı dəyişiklik edilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, Fransa beynəlxalq hüququn prinsiplərinə zidd hərəkət edir və ada sakinlərinin hüquqlarını nəzərə almır. Bunlar Azərbaycan sayəsində ifşa edilir, beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır. Qeyd edək ki, Mayot adasının Maore komitəsi ilə Bakı Təşəbbüs Qrupu arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Bu da Fransa müstəmləkəçiliyinə qarşı səmərəli mübarizə üçün əlavə imkanlar verir. Mayot Adasının Müstəqilliyi Uğrunda Mübarizə Komitəsinin üzvü Ahmed Tabet bu fonda qeyd edir: “Azərbaycan hökumətinin və Bakı Təşəbbüs Qrupunun bizə dəstəyini yüksək qiymətləndirir və təşəkkürümüzü bildiririk. Fransa xalqımıza qarşı müstəmləkəçilik siyasəti aparır. Qəmər xalqının müstəqilliyi BMT tərəfindən tanınıb. 1975-ci ildən sonra Fransa yenidən ordusunu Mayota yerləşdirdi. BMT-nin Fransa ordusunun Mayotdan çıxarılması ilə bağlı qətnamələri olsa da, müstəmləkəçi ölkə buna əhəmiyyət vermir və bununla Fransa beynəlxalq hüquqa qarşı çıxır”. O, mübarizənin məntiqi nəticəsinə çatacağına böyük ümidlərinin olduğunu da diqqətə çatdırıb.

Tahir TAĞIYEV







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Fəlsəfə doktorları və professorların bəxti açıldı, ekspedisiyaçı alimlərin də istəyi var...

Azərbaycan yeni dünya düzəni quranlara kəskin arqument göstərdi - “bunsuz olmaz” deyildi...

Azərbaycan Suriyada terrorla mübarizəyə hansı formatlarda dəstək verəcək...

SON XƏBƏRLƏR

15.01.2025 | 14:30
Bakıda avtomobildən 33 kiloqrama yaxın marixuana aşkarlandı

15.01.2025 | 14:15
Ermənistan Rusiyaya nota verdi...

15.01.2025 | 13:53
Qaradağda oğurluqda şübhəli bilinən 2 şəxs saxlandı

15.01.2025 | 13:45
COP29 könüllülərinə pul mükafatı verilir

15.01.2025 | 13:31
Üç gün ardıcıl iş olmayacaq

15.01.2025 | 13:18
Bakıda maşın qaçıran şəxs saxlandı

15.01.2025 | 13:15
Azərbaycanda dini qurumlara maliyyə yardımı göstəriləcək - SƏRƏNCAM

15.01.2025 | 13:11
Полный бред Ходорковского про Азербайджан - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

15.01.2025 | 12:51
Azərbaycan XİN-dən ABŞ səfirliyinə cavab - xarici müdaxilə qəbuledilməzdir...

15.01.2025 | 12:37
Şuşa, Xocalı və Ballıcaya növbəti köç yola düşdü - FOTO

15.01.2025 | 12:22
Cəlilabadda 28 yaşlı kişi 10 kiloqram narkotiklə tutuldu - FOTO

15.01.2025 | 12:05
Rudi Qarsiya “Beşiktaş”a "HƏ" dedi

15.01.2025 | 12:00
Prezident İlham Əliyev Kayrat Sarıbayı qəbul edib - YENİLƏNİB

15.01.2025 | 11:30
“Səma xanımı” filminin təqdimatı keçirilib

15.01.2025 | 11:20
Azərbaycandan Avropaya qaz satışı bir ildə 9 faizdən çox artıb

15.01.2025 | 11:10
ABŞ - Ermənistan strateji Xartiyası. Vəziyyət ciddiləşir - CANLI

15.01.2025 | 11:10
Bərdədə odlu silah satmaq istəyən şəxs yaxalandı

15.01.2025 | 11:05
"Qurulan inklüziv hökuməti dəstəkləyirik" - İrandan Suriya açıqlaması

15.01.2025 | 11:00
İşlədikləri mağazadan 48 min manatlıq oğurluq edənlər yaxalandı

15.01.2025 | 10:30
Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Moldovadan ekstradisiya edilib - Baş Prokurorluq

15.01.2025 | 10:28
Daşaltı Dövlət Təbiət Yasaqlığının sanitariya-mühafizə zonası təsdiqlənib - Baş nazirdən QƏRAR

15.01.2025 | 10:20
Ötən gün 110 cinayətin üstünün açılması təmin olunub - DİN

15.01.2025 | 10:10
Məşhur aktyor "Deha" serialında

15.01.2025 | 10:08
"Təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq" - yol polisindən sürücülərə ÇAĞIRIŞ

15.01.2025 | 10:00
Ermənistan ABŞ-ın anti- İŞİD koalisiyasına niyə qoşuldu? Rusiyaya xəyanətin yeni forması.. Başqa şeylər də var...

15.01.2025 | 09:40
35 minə yaxın şəxs qrip əleyhinə peyvənd olunub - TƏBİB-dən açıqlama

15.01.2025 | 09:24
Xaricdən gətirilən heyvan və quş ətləri yerli məhsuldan daha ucuz satılır - səbəb...

15.01.2025 | 09:20
Rusiyaya BƏD XƏBƏR - 16-cı sanksiyalar paketi qapədadər

15.01.2025 | 09:10
Qvardiolanın üzü gülmür - "Mançester Siti" yenə xal itirdi...

15.01.2025 | 09:05
Göyçayda narkotik vasitədən istifadə edən sürücü həbs olundu

15.01.2025 | 09:00
Və bu ölkədə polis Prezidenti həbs etdi - SON DƏQİQƏ

15.01.2025 | 08:39
Tikinti sahibkarlarının vergisi azaldıldı - mənzilin qiymətində nə gözlənilir...

14.01.2025 | 22:57
ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzaladı

14.01.2025 | 21:20
Parisdə daha bir rüsvayçılıq - 100 idmançı medallarını Makronun üstünə atdı...

14.01.2025 | 21:06
Mirzoyan hakimiyyətdən gedən Baydenin “yaxasından düşmür”...

14.01.2025 | 20:52
Avroittifaqın Ermənistandakı "mülki missiyası" Azərbaycana hesabat verir?..

14.01.2025 | 20:37
Fransa Əlcəzairə faktiki müharibə elan etdi - 1968 və 1999-cu il müqavilələrinin ləğvi tələb edilir...

14.01.2025 | 20:33
Fəlsəfə doktorları və professorların bəxti açıldı, ekspedisiyaçı alimlərin də istəyi var...

14.01.2025 | 20:23
Azərbaycanda 12 sığorta şirkəti sıradan çıxarıla bilər...

14.01.2025 | 20:09
Moskva Paşinyana qarşı “beşinci kolon”u işə saldı...

14.01.2025 | 19:55
ABŞ Qrenlandiyanın ələ keçirilməsinə başladı - Konqresə qanun layihəsi daxil oldu...

14.01.2025 | 19:28
Trampın 5 faiz tələbinə NATO üzvlərindən cavab - SSRİ 6 faiz tələb etdi və dağıldı...

14.01.2025 | 19:15
İsrailin Bakıdakı yeni səfiri nə vaxt mətbuat konfransı keçirəcək...

14.01.2025 | 19:00
Azərbaycana xam palma yağı idxalı ilbəil artır - yağ nəyə sərf edilir?...

14.01.2025 | 18:46
Tramp komandasından Zelenskiyə ilk açıq mesaj - güzəşt və atəşkəs...

14.01.2025 | 18:32
Ermənistanın Azərbaycanda törətdiyi heç bir cinayət cəzasız qalmayacaq...

14.01.2025 | 18:26
Ağciyər Xəstəlikləri Mərkəzinə direktor təyin edilib

14.01.2025 | 18:18
Orduda radikal dinçilik meyllərinin yayılmasına qarşı daha bir tədbir görüldü...

14.01.2025 | 18:05
Taksilərin sayı sürətlə azalır...

14.01.2025 | 17:56
Azərbaycanla Maldiv arasında xüsusi pasporta malik şəxslər vizadan azad edildi

14.01.2025 | 17:52
Azərbaycan yeni dünya düzəni quranlara kəskin arqument göstərdi - “bunsuz olmaz” deyildi...

14.01.2025 | 17:45
Lavrov Azərbaycan-Ermənistan sülh danışıqlar barədə - iki həll olunmamış məsələ var, onların üstündən keçmək çətindir

14.01.2025 | 17:39
Azərbaycan Suriyada terrorla mübarizəyə hansı formatlarda dəstək verəcək...

14.01.2025 | 17:26
Heyvandarlığa ciddi bəla gəlir - otlaq sahələri yox ola bilər...

14.01.2025 | 17:24
Tarixin sirlərini daş yaddaşında yaşadan turizm şəhəri - HALFETİ...

14.01.2025 | 17:18
Türkiyənin Azərbaycandakı yeni səfirindən ilk paylaşım...

14.01.2025 | 17:15
Nazir Vilayət Eyvazov Daxili Qoşunlarda əməliyyat müşavirəsi keçirdi

14.01.2025 | 17:10
Bələdiyyə seçkilərilə bağlı akkreditasiyadan keçən müşahidəçilərin sayı açıqlandı

14.01.2025 | 17:04
Makronun nümayəndəsindən şok Afrika etirafı - bizi əməlli-başlı qovdular...

14.01.2025 | 16:46
Putinlə Tramp arasında görüşün İstanbulda keçirilməsi təklif edildi...

14.01.2025 | 16:33
"AZAL-ın təyyarəsinin "qara qutu"larının deşifrə edilməsi KİV-dəki ilkin qənaətləri təsdiqləmir" - Lavrov

14.01.2025 | 16:25
Əməliyyat zamanı doğum günü keçirən həkim işdən azad edildi

14.01.2025 | 16:14
Qəhrəmanlıq dastanı yazan Mirxəyal...

14.01.2025 | 16:06
İsrail ordusu Dəməşqə doğru irəliləyir – Təl Əvivin Suriya ilə bağlı planları ortaya çıxdı...

14.01.2025 | 15:51
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının cari il üzrə ilk iclası keçirildi - FOTO

14.01.2025 | 15:38
Prezident İlham Əliyevin BƏƏ-yə işgüzar səfəri başa çatıb - FOTO

14.01.2025 | 15:33
Polis Nərimanovda əməliyyat keçirdi, 11 kq narkotik və 9 odlu silah aşkarlandı - FOTO

14.01.2025 | 15:15
"Ukraynada müharibə Putinlə razılaşma ilə bitməsə, sülh olmayacaq" - NATO baş katibi

14.01.2025 | 14:49
Ermənistan üçün YALANÇI VƏD

14.01.2025 | 14:48
Burkina-Faso prezidenti Makronu yıxıb sürüdü - bizim sayəmizdə bu günə qədər mövcud ola bilibsiz

14.01.2025 | 14:36
"Rusiya-Ermənistan münasibətləri indiki mərhələdə asan deyil" - Lavrov

14.01.2025 | 14:19
Belarus Azərbaycandakı səfirini dəyişdi...

14.01.2025 | 14:08
İsmayıllıda narkotik satan və qanunsuz odlu silah saxlayan şəxs saxlandı - FOTO

14.01.2025 | 13:48
Səhiyyə Nazirliyi plastik cərrahlara müraciət etdi

14.01.2025 | 13:34
Fuat Oktay Prezident İlham Əliyevə başsağlığı verdi

14.01.2025 | 13:25
QAİ Petrosyanın bəyanatı ilə bağlı Quterreş və Ali komissar Folker Türkə müraciət etdi...

14.01.2025 | 13:14
9 və 11-ci sinifi başa vura bilməyən şəxslər üçün imtahan keçiriləcək

14.01.2025 | 13:03
Маргарита Симоньян плачет? Странно... - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

14.01.2025 | 12:48
QAİ Azərbaycana böhtan atan Almaniya radiosunu sərt tənqid etdi...

14.01.2025 | 12:35
Seçkilərdə polisin xidməti fəaliyyətinə həsr olunan regional seminar-müşavirələrə başlanıb - FOTO

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031