5 Avropa universitetindən qəbul alan BMU məzunu “Stipendium Hungaricum” təqaüdünü qazanıb
Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və inşaat fakültəsinin “Kimya mühəndisliyi” ixtisasının builki məzunu Gözəl Hümbətzadə Avropanın 5 nüfuzlu universitetindən qəbul alıb. Almaniyanın Ulm, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının London Universitet Kolleci (UCL), Qlazqo, Krenflid, Aberdin universitetlərinin magistraturasına qəbul olan BMU məzunu “Stipendium Hungaricum” təqaüdünü qazanıb.
O, təhsilini Almaniyanın Ulm Universitetinin “Kimya mühəndisliyi” ixtisasında davam etdirmək qərarı verib.
G.Hümbətzadə BMU-da təhsil aldığı illərdə (2020-2024) elmi tədqiqatlara dərin maraq göstərib. V Beynəlxalq Tələbə Araşdırmaları və Elm Konfransı”(V International Student Research and Science Conference) adlı müsabiqədə “Enerji keçidi və bərpa olunan enerji” kateqoriyasında bərpaolunan enerji barədə araşdırması ilə uğur qazanıb. Eləcə də bir çox beynəlxalq tədbirlərdə, o cümlədən BMT-nin İqlim Konfransı (UN Climate Conference BONN), Türk Dövlətlərindən olan Beynəlxalq Gənc Könüllülər Məktəbi (International School of Young Volunteers from Turkic States) və.s tədbirlərdə Azərbaycanı Gənc İqlim Elçisi olaraq təmsil edib.
G.Hümbətzadə, həmçinin Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Missiya-2030” kimi müxtəlif hakatonlarda iştirak edib. BMU məzunu, eləcə də builki “TEKNOFEST” yarışının seçim mərhələsinin finalında qalib olub və 5-8 sentyabr tarixlərində Türkiyədə keçiriləcək yarışda iştirak hüququ qazanıb.