"Fransa Konstitusiyasının Qəmər adaları ilə bağlı 53-cü maddəsi saxtalaşdırılıb" - Hüquq müdafiəçisi
Fransa Konstitusiyasının Qəmər adaları ilə bağlı 53-cü maddəsi saxtalaşdırılıb. Bunu Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə sentyabrın 3-də Bakıda keçirilən "Qəmər Adaları İttifaqının Mayot adasının Fransa tərəfindən qeyri-qanuni işğalı" mövzusunda beynəlxalq konfransda Qəmər Adaları İttifaqının təmsilçisi, hüquq müdafiəçisi Mohamed Rafsandjani Hassani deyib.
O bildirib ki, bu, Fransa tərəfindən Qəmər adalarının qanunsuz olaraq zəbt edilməsi deməkdir.
Mayotun Fransaya birləşdirilməsi və qəmərlilərə vurulmuş ziyandan danışan Hassaninin sözlərinə görə, məhz 53-cü maddəyə əsasən, Mayot adası Fransaya inteqrasiya edilməyib. Bu da Fransanın adaları işğal etməsinin sübutudur.
ZÜMRÜD