"Mayot adası Fransanın müstəmləkə siyasətinə qarşı savaşmağa çalışır" - Mahmud Muidin
Qəmər adaları müstəqil olduğu zaman onun 4 adası da müstəqil olmalıdır. Bununla bağlı BMT qərarı mövcuddur. Həmin qərar qəbul edilsə də, həyata keçirilməyib. Bunun da bir səbəbi var. O da Fransanın müstəmləkəçilik siyasətidir.
Bu barədə Trend-ə açıqlamasında Mahore komitəsinin üzvü Mahmud Muidin deyib.
O qeyd edib ki, Mayot adası hazırda Fransanın müstəmləkə siyasətinə qarşı savaşmağa çalışır.
"Amma hələlik bir nəticə yoxdur. Biz Azərbaycandan dəstək aldıq. Həmçinin, Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm ki, o, Mayot adası haqqında danışıb. Fransa burada mədəni bir divar hörüb. Çünki etnik və bioloji olaraq biz Mayot adasından olanlar, digər ada sakinləri ilə eyniyik. Amma Fransa bunun davam etməsini istəmir. Biz Fransanın bu siyasətini pisləyirik", - deyə o bildirib.