Paşinyan Minsk qrupunun ləğvini mümkün hesab edir...
Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh prosesi kontekstində ATƏT-in Minsk qrupunun ləğvini mümkün sayır.
“ATƏT-in Minsk Qrupunun ləğvinə gəlincə, biz hesab edirik ki, dinc kontekstdə belə bir qərar qəbul oluna bilər və əgər sülh bitmiş nəticəyə çevrilərsə, o zaman bu formatın mövcudluğu suallar yarada bilər”, - deyə o bildirib.
Xatırladaq ki, Azərbaycan tərəfi regiondakı mövcud reallıqlar fonunda ATƏT-in Minsk qrupuna artıq heç bir ehtiyac qalmadığını və onun ləğv olunması məsələsini dəfələrlə qaldırıb.
ZÜMRÜD