KÖHNƏ VERSİYA            

Kərbəla ziyarətini antiazərbaycan fəaliyyət meydanına döndərirlər - fakt...

Image

Tural İrfan: “Həmin şəxslərdir ki, Kərbəlaya gedəndə belə antiazərbaycan fəaliyyəti ilə məşğul olurlar”

Azərbaycana xəyanət edən bir qrup “dindarlar” var ki, hazırda onların İranda yaşadıqları, ordan dövlətimizin əleyhinə təbliğat apardıqları məlumdur. 

Çox təəssüflər olsun ki, belələri öz vətəndaşlıq hisslərini, milli təəssübkeşliyi, dövlətçilik maraqlarına xidməti tamamilə unudublar.  

Onların oradakı çirkin əməllərindən cəmiyyətimizin xəbəri var. 

MOİZE Teleqram kanalı yazır ki, Azərbaycana xəyanət edənlərin şəkilləri Ərbəin ziyarətində nümayiş etdirilir. Onlar "qəhrəman" kimi təqdim olunur. “Bu ziyarəti təşkil edənləri məsuliyyətə cəlb etmək lazımdır. Ümumiyyətlə, Azərbaycan Kərbəla ziyarətinə STOP qoymalıdır!”-deyə kanal yazıb. Çox maraqlıdır, niyə İrandakı ziyarətgahlarda Azərbaycan dövlətinə xəyanət edənlərin fotoları qoyulur, onlar reklam edilir?

“Bu Kərbəla ziyarətini ölkədə kim təşkil edirsə onlara nəzarət gücləndirilməlidir” 

Tanınmış ilahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə şərhində bildirdi ki, daxildə və ölkə xaricində Vətənə qarşı hər an xəyanətə hazır olanlar, ölkəni, dövləti, dövlət rəhbərini təhqir edənlər, xarici qüvvələrin xidmətində olanlar, xarici agentlər var. “Belələri iki qismə bölünür. Onların bir qismi Avropada, Qərbdə, ABŞ-da oturub, orada vətəndaşlıq alıblar, yaxud da başqa üsullarla Youtube kanalları açıb ölkənin imicinə xələl gətirməklə məşğuldurlar. İkinci qisim isə İran tərəfindən yönləndirilənlərdir. Bilirsiz ki, belə şəxslərdən bir neçəsi də İrandadır, sığınacaq alıb orada yaşayırlar. Onların bir neçəsinə hətta saxta dini rütbələr də verilib, bu o şəxslərdir ki, Azərbaycanda “Kərimə dövləti” qurmaq üçün təlimlər keçirlər, adamlar yetişdirirlər. Həmçinin onların Azərbaycanda da tərəfdarları var. Bunların bir hissəsi bir vaxtlar “Müsəlman Hərəkatı” adlı bir təşkilat qurmuşdu. İndi də “Kərimə dövləti” dediklərinin burda tərəfdarları, mənsubları var. Onlara Rusiya vasitəsilə guya yardım adı ilə  maliyyə dəstəyi də göstərilir.  Müxtəlif yollarla bunlar artıq şəbəkələşib, təşkilatlanıb formalaşıblar. Həmin şəxslərdir ki, Kərbəlaya gedəndə belə antiazərbaycan fəaliyyəti ilə məşğul olurlar. Məkkədə də onlar elə şeylərə cəhd edirlər, lakin orada nəzarət ciddi olur. Ora gedən dəstə rəhbərləri, məzhəbçi təfəkkürdə olan adamlar olmur adətən. 

Çünki Məkkəyə bütün məzhəblərin nümayəndələri gedir. Amma Kərbəlaya əsasən bir yönün adamları daha çox gedirlər, ona görə də onlara o qədər nəzarət olmur. Bu Kərbəla ziyarətini ölkədə kim təşkil edirsə onlara nəzarət gücləndirilməlidir. Bildiyim qədər, bu cür təbliğatın, bu cür ziyarət qaydasının təməlini QMİ qoyub, bu səbəbdən də belə məsələlər onlarla danışılmalıdır, məsuliyyəti onlar daşıyır. QMİ bu məsələlərə nəzarət etməlidir. Bu məsələlər təəssüf doğurur. Bəli, bu çoxdan var və Kərbəlada Vətən xainlərinin, Azərbaycana düşmən olan şəxslərin şəkilləri nümayiş etdirilir, onların şüarları səsləndirilir, orda olan digər müsəlman xalqlara Azərbaycan haqda mənfi məlumat verilir. Bir növ ora bir siyasi toplaşma yeri kimi istifadə olunur. 

Biz bunu illərdir deyirik ki, bu cür dini məsələləri artıq fars şəbəkəsi tamamilə siyasiləşdirib. Yəni yas məclislərindən tutmuş imamların doğum, ölüm günlərinə qədər hamısını siyasiləşdiriblər. Bunu ona görə edirlər ki, orda şüarlar səsləndirsinlər, o toplanışı bir siyasi təsir, təzyiq vasitəsinə çevirsinlər, həmçinin də Kərbəla ziyarətini. Bu işi orada insanları bu ziyarətə aparanlar, dəstə rəhbərləri təşkil edir. Dəstə rəhbərlərini də buradan göndərən adamlar var, onların da hamısı QMİ-yə bağlı adamlardır. Yəni burda heç kim özbaşına gedib o şüarı səsləndirə bilməz. Həmin dəstə rəhbəri bu cür işlərə görə məsuliyyət daşıyır ki, sən Azərbaycandan gedəsən, Azərbaycanı biabır edəsən, sonra da əl-qolunu sallayıb gəlib burda oturasan. Bu mümkün deyil. Bu işi təşkil edənlər və onun arxasında duranlar var. Onlar tapılmalıdır. Daha doğrusu, onlar məlumdur, amma nəyə görəsə məsuliyyətə cəlb etmirlər, onları zərərsizləşdirmirlər. Bunun səbəbi məlum deyil. Orda müxtəlif görüşlər keçirilə bilər. Hətta aldığım məlumata görə, bunlar da var. Çünki İraqla İranın müəyyən qüvvələrinin müqavilələri, yaxın əlaqələri var. Əsasən də din adı altında gördükləri işlərdə həmişə ruhanilər və sairlər vəhdətdədir.   Bu ziyarətə gedənlərin heç də hamısı ora ziyarətə getmir, 80 faizi Məşhədə və Kərbəlaya başqa məqsədlərlə aparılır. Yəni orda kimlərləsə görüşülür, hansısa razılığa gəlinir. Bax, bu kimi şeylər din adı altında baş verir”-deyə T.İrfan bildirdi. 

T.İrfanın sözlərinə görə, biz bunu İran casuslarının burada həbs edilməsində gördük ki, onlar bu ziyarətlərə gedərkən necə ələ keçiriliblər. T.İrfan qeyd etdi ki, belə insanları həvəsləndirib pulsuz şəkildə aparırlar, sonra isə onları ələ keçirib əməkdaşlığa cəlb edirlər, müxtəlif adamların təsiri altına salırlar. “Bu ziyarətlərə getməyin qadağan edilməsi düz gəlməz, bunu qadağan etmək olmaz, bu, insan haqlarına ziddir, dini azadlıqlara uyğun deyil. Sadəcə, dövlət bu cür ziyarətlərin təşkil edilməsinə ciddi nəzarət etməlidir. Onları özbaşına buraxmamalıdır. Amma indi özbaşına buraxılıblar. Mən həmişə demişəm, yenə də deyirəm, QMİ indiyə qədər ermənilərin Azərbaycan xalqına  Xocalıda ziyan vurduğu qədər ziyan vurub. Ola bilsin bu hələ ifşa ediləməsin, nəyə görəsə deyilməsin, ancaq o idarənin Azərbaycana vurduğu ziyan erməninin Azərbaycana vurduğu ziyanla müqayisə oluna bilər. Bunu tam məsuliyyətlə demək lazımdır. Onlar bu işi təşkil edir. Məlum idi, 44 günlük müharibədən sonra o idarənin rəhbəri bu qələbəni nə cür təqdim etdi? Bir ölkənin şeyxi deyəndə ki, bu torpaqlar İranın ali dini  liderinin fətvası ilə alındı, təbii ki, onu təqlid edən molla, din xadimi də Kərbəlaya gedəndə orada xalq düşməninin şəklini qaldıracaq. Yəni o, böyüyündən örnək götürür. Ona görə də bu işlər nizamlanmalıdır. Dövlət QMİ-nin  nazı ilə çox oynayır. Artıq ölkədə ikitirəlik yaranıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “a”, QMİ “b” deyir. Bu nifaq davam edir. Artıq elə bilin ki, bir “sünni-şiəlik” də bunlar yaradıblar. Əksinə, sünni və şiəliyi birləşdirmək əvəzinə bu iki dini idarə daha da dini mühitdə nifaq yaradır. QMİ rəhbəri konkret olaraq dövlət idarəsi ilə rəqabət aparır. Özü də bu dövlət idarəsi yaranan gündən. Ona görə də bu məsələ aradan götürülməlidir. Ya bu adamla danışılmalıdır ki, bu cür şeyləri yığışdırın, ya da bu qurum birdəfəlik bağlanmalı, onun səlahiyyətləri dövlət qurumuna verilməlidir. Hər şey yarımçıqdır. Deyək ki, qazılar QMİ-nin əlinin altındadır, təyinatındadır, ziyarət onların monopolyasındadır, nəzir də həmçinin. Amma axundların təyinatı, onların maaşının verilməsi işini Dini Komitə görür. Dini Komitə onlara maaş verir, onlar da gedib məscidlərin minbərindən İranı tərifləyir. Dövlətin bir işində o din xadimlərinin rolu, fəaliyyəti yoxdur. Bax, bu məsələlərdir ki, gedib Kərbəla ziyarətində də bu cür işlər görürlər. Onun məsuliyyətini də QMİ daşıyır. Çünki ölkədə indiyə qədər elə bir fars yönümlü dini təbliğat aparıb ki,  bu şeylər də adi qarşılanmalıdır. Amma onun da qarşısını almaq üçün bir otuz il də lazımdır ki, insanları düzgün dini maarifləndirək və “bu belə deyil, başqa cürdür”-deyək”-deyə T.İrfan bildirdi. 

İradə SARIYEVA  







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı?...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

20.12.2024 | 18:53
Qəri Counz Prezident İlham Əliyevi təbrik etdi

20.12.2024 | 18:51
Gənc nəslin milli şüurunun inkişafında Media savadlılığı və savadlı medianın rolu...

20.12.2024 | 18:43
Rəqabət komissiyasının yaradılması və qərarların qəbul edilməsi qaydaları təsdiqləndi

20.12.2024 | 18:36
Xalq rəssamı Tofiq Ağababayev vəfat edib

20.12.2024 | 18:33
Universitetlərdə Media savadlılığı dərsi...

20.12.2024 | 18:25
QDİƏT-ə sədrlik Azərbaycana təhvil verildi

20.12.2024 | 18:20
Avroparlament qətnamə, səfirliklər bəyanat yaydı - Azərbaycana hücumlar bir mərkəzdən gəlir...

20.12.2024 | 18:10
Təhsil Tələbə Kredit Fondunun fəaliyyətində nöqsanlar aşkarlandı

20.12.2024 | 18:07
Putin Qərbi duelə çağırdı - "Kiyevdə istənilən nöqtəni verin və bacarsanız "Oreşnik" raketimizi vurun"...

20.12.2024 | 17:54
27 ildə sıraları ilk dəfə artan beynəlxalq təşkilat - İlham Əliyev qürur mənbəyi dedi...

20.12.2024 | 17:42
Hərbçimiz Ermənistanla şərti sərhəd istiqamətində minaya düşdü

20.12.2024 | 17:40
Paşinyan Kazanda İlham Əliyevə verdiyi sözdən niyə qaçdı...

20.12.2024 | 17:35
“Prezidentin siyasətində Qərbi Azərbaycan faktoru prioritet təşkil edir” - Əhliman ƏMİRASLANOV yazır

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031