Türkiyənin 11 vilayətində FETÖ-yə qarşı əməliyyat keçirilib
Türkiyənin 11 vilayətində FETÖ terror təşkilatına qarşı “Kıskaç-25” əməliyyatı keçirilib. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb. O bildirib ki, əməliyyatlar Adana, Ankara, Antalya, Çorum, Elazığ, İstanbul, İzmir, Ordu, Samsun, Kahramanmaraş və Van vilayətlərini əhatə edib.
Məlumata görə, əməliyyat nəticəsində 20 FETÖ şübhəlisi saxlanılıb. Onların təşkilatın qondarma "Hərbi Şəxsi" strukturunda fəaliyyət göstərdikləri, təşkilatın məsul şəxsləri ilə əlaqə saxladıqları, FETÖ-nun "ByLock" kriptokommunikasiya proqramının istifadəçiləri olduğu üzə çıxıb.
Mətləb Salahov