Bərdədə törədilən qətl hadisəsi ilə bağlı cinayət işi açılıb - prokurorluq
Avqustun 27-də saat 22 radələrində Bərdə rayonu ərazisində 2000-ci il təvəllüdlü Bəhmən Hüseynovun almış olduğu xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Rayon prokurorluğundan bildirilib ki, araşdırma zamanı 2008-ci il təvəllüdlü Mirsaleh Hüseynovun aralarında yaranmış mübahisə zamanı Bəhmən Hüseynova bıçaqla xəsarətlər yetirməsi nəticəsində sonuncunun müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işinin istintaqı aparılır. Mirsaleh Hüseynov iş üzrə şübhəli şəxs qismində tutulub.
Mətləb Salahov