Parlament 6 milyon dollarlıq lüks yaxta istəyən prezidentə rədd cavabı verdi...
İqtisadi böhran içində olan Nigeriya parlamentinin aşağı palatası hökumətin prezident Bola Tinubu üçün 6 milyon dollarlıq yaxta almaq planını rədd edib.
BBC yazır ki ki, deputatlar büdcə təklifində bu xərci dəyişərək 6 milyon dolların tələbələrə kredit kimi verilməsinə qərar veriblər.
Hüquq müdafiəçisi və keçmiş deputat Şenu Sani deyib ki, yoxsul xalq sağ qalmaq üçün mübarizə apararkən ölkə lideri üçün yaxta ala bilməzsiniz. Nigeriyanın Sosial-İqtisadi Hüquqlar və Hesabatlılıq Layihəsi də bəyan edib ki, 137 milyon nigeriyalı həddindən artıq yoxsulluq içində yaşadığı halda, bu yaxtanın alınması heç bir şəkildə əsaslandırıla bilməz.
TAHİR