Ölkədə ilk: “Bakı-Xəbər” alternativ namizədlər üçün ödənişsiz efir verir…
Məlum olduğu kimi, hazırda növbədənkənar parlament seçkilərinin təbliğat-təşviqat mərhələsinə qədəm qoymuşuq.
Seçki fəallığını artırmaq məqsədilə “Bakı-Xəbər” Media Qrupu namizədlər üçün ödənişsiz debat təşkil etməyə hazır olduğunu bəyan edir. Bununla bağlı alternativ namizədlər “Bakı-Xəbər” redaksiyasına müraciət edib, həm studiyanın imkanlarından yararlana bilər, həm də onların debatının “YouTube” kanalımızda yayılmasını təmin etmiş olacağıq.