KÖHNƏ VERSİYA            

Dünyanı hədələyən yeni təhlükə Bakıda müzakirə olunacaq...

Image

Bəllidir ki, qlobal temperatur insan fəaliyyəti sayəsində artır. Bu da daha sürətli istilik dalğaları və dəniz səviyyəsinin artımına rəvac verir. İqlim dəyişmələri sahəsində beynəlxalq ekspertlərin qiymətləndirmələrinə görə, yaxın onilliklərdə, çox güman ki, vəziyyət pisləşəcək, lakin təcili hərəkətlər iqlim dəyişmələrinin ən pis nəticələrini məhdudlaşdıra bilər. 

Xatırladaq ki, bu ilin noyabrında iqlim dəyişmələrini və onun planetimizə təsirini müzakirə etmək üçün dünyanın müxtəlif ölkələrindən ekspertlər ölkəmizdə toplaşacaqlar. Onlar qlobal istiləşmə ilə bağlı problemlərin mümkün həll yollarını müzakirə edəcək, tədqiqat və təcrübələrini bölüşəcək, həmçinin bu prosesin fəsadlarını yumşaltmaq və yeni şəraitə uyğunlaşmaq üçün birgə strategiyalar hazırlayacaqlar. Bütün bunlar dünya üçün artq həyati əhəmiyyətə malikdir. Məsələ burasındadır ki, iqlim dəyişikliyi Yer kürəsində orta temperaturlar və hava şəraitinin uzunmüddətli dəyişməsidir. İndi bu xüsusda proseslər özünü qabarıq şəkildə büruzə verir. Məsələn, təkcə bu ilin əvvəlindən ekstremal hava hadisələrinin tez-tez baş verməsi və iqlim dəyişikliklərinin güclənməsi nəticəsində 15 temperatur rekordu qırılıb. İqlim tarixçisi Maksimiliano Herreranın sözlərinə görə, ilk altı ayda misli görünməmiş rekordların sayı heyrətləndirici idi: “Bu miqdarda ekstremal istilik hadisələri indiyə qədər görülən və ya mümkün hesab edilənləri üstələyir. 2024-cü ilin fevral-iyul ayları bütün statistik göstəricilər üzrə ən yüksək dövr olub”. Bəzi günlərdə minlərlə monitorinq stansiyaları yeni aylıq maksimal və ya minimal rekordlar qırır. Gecələr yüksək temperatur o deməkdir ki, insanların və ekosistemlərin davam edən istidən özlərinə gəlmək üçün çox az vaxtı var. Məsələn, iyulun sonunda Çinin Yueyan bölgəsi gecə saatlarında görünməmiş yüksək - 32 dərəcəlik temperatura, təhlükəli dərəcədə yüksək rütubətə baxmayaraq, istidən əzab-əziyyət çəkirdi. Bütün zamanların milli rekordlarının coğrafi diapazonu heyrətamizdir. Meksika iyunun 20-də Tepaçedə 52 dərəcəlik zirvəsini təkrarladı. Dünyanın digər tərəfində, Kokos adalarının Avstraliya ərazisi bu il üçüncü dəfə aprelin 7-də 32,8 dərəcəyə çatdı. Lakin ən güclü istilik tropiklərdə cəmləşib. İyunun 7-də Misir Asuanda 50,9 dərəcəlik milli maksimum qeydə alınıb. Bu günlərdə Çad Fayedə 48 dərəcəlik milli rekordunu təkrarladı. Mayın 1-də Qana Navronqda 44,6 dərəcəlik yeni zirvəyə çatdı, Laos isə Tha Nqonda 43,7 dərəcəlik yeni istilik səviyyəsinə daxil oldu. Herreranın sözlərinə görə, tropiklər 15 ay ardıcıl olaraq hər gün rekordlar qırır.

Avropa İttifaqının aparıcı monitorinq agentliyi olan “Copernicus” İqlim Dəyişmələri Xidməti bu yaxınlarda bildirib ki, iyun ayı ardıcıl olaraq aylıq temperatur rekordu vuran 13-cü ay olub. Ümumdünya Meteorologiya Təşkilatı, həmçinin bu il ən azı 10 ölkədə temperaturun 50 dərəcədən yuxarı olduğunu qeyd edib.

Qeyd edək ki, iqlim Yer kürəsi tarixi boyunca dəyişib. Lakin təbii səbəblər ötən yüzilliyin xüsusilə sürətli istilənməsini şərtləndirmir. Bu yaxınlarda baş vermiş iqlim dəyişmələrinə antropogen amil səbəb olub, bu da əsasən qazıntı yanacağının - kömür, neft və qazın evlərdə, zavodlarda və nəqliyyatda geniş istifadə edilməsinə görə baş verir. Qazıntı yanacağı yanan zaman istixana qazlarını - əsasən karbon qazını atmosferə buraxır. Bu, Yer səthinə yaxın atmosferdə artıq enerjini saxlayaraq, planetin istiləşməsinə səbəb olur. Ötən əsrin əvvəli ilə müqayisədə qlobal orta temperaturun Selsi üzrə 1,1 dərəcə artması o qədər də böyük problem kimi görünməyə bilər. Lakin bu, ətraf mühitə böyük təsir göstərib, o cümlədən istilik dalğaları və leysanlar kimi daha tez-tez və intensiv ekstremal hava şəraiti, dəniz səviyyəsinin yüksəlməsinə kömək edən buzlaqların və buz təbəqələrinin sürətlə əriməsi, Arktikada dəniz buzu sahəsinin kəskin azalması, okeanın istiləşməsinə səbəb olub. Bir çoxları üçün iqlim dəyişmələri temperaturun yüksəlməsi deməkdir. Lakin temperaturun artması hələ yalnız başlanğıcdır. Yer kürəsi sistemində hər şey bir-birilə əlaqəli olduğu üçün bir sahədəki dəyişikliklər digər sahələrə də təsirsiz ötüşmür. İqlim dəyişmələrinin fəsadlarına hazırda intensiv quraqlıqlar, su çatışmazlığı, güclü yanğınlar, dəniz səviyyəsinin qalxması, daşqınlar, qütb buzlaqlarının əriməsi, fəlakətə səbəb olan qasırğalar və biomüxtəlifliyin itirilməsi daxildir, lakin bu da hələ hamısı deyil. İqlim dəyişmələri sağlamlığımıza, ərzaq məhsulları yetişdirmə qabiliyyətimizə, yaşayış yerlərimizə, təhlükəsizliyimizə və işimizə təsir edə bilər. Kiçik ada dövlətlərində və digər inkişaf etməkdə olan ölkələrdə yaşayan insanlar iqlim dəyişmələrinə qarşı daha həssasdır. Dəniz səviyyəsinin qalxması və duzlu suyun əraziləri basması kimi hadisələr bütöv icmaların başqa yerlərə köçməsinə səbəb olub, uzunmüddətli quraqlıq isə insanları aclıq təhlükəsi ilə üz-üzə qoyur. Gələcəkdə hava şəraiti ilə bağlı məcburi köçkünlərin sayının artacağı gözlənilir. Problemin çözümü istiqamətində böyük dəyişikliklər hökumətlərdən və biznes dairələrindən irəli gəlməlidir, lakin fərdlərdən olan kiçik dəyişikliklər də kömək edə bilər: daha az uçmaq; daha az enerji sərf etmək; ev izolyasiyasını və enerji səmərəliliyini artırmaq; elektrik avtomobillərinə keçmək və ya avtomobilsiz yaşamaq; qaz mərkəzi isitmə sistemini istilik nasosları kimi elektrik sistemləri ilə əvəz etmək; həmçinin, digər müvafiq addımlar atmaq. Bütün bunlara COP29 zamanı xüsusi diqqət olunacaq.

Ramil QULİYEV







VİDEO

Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi - Şarl Mişel - VİDEO

Paşinyan Lavrovun üzünə sərt qayıtdı... - VİDEO

Ermənistan indi də İranın marionetkası adlandırıldı... - VİDEO

Türk dünyasının 34 hərfdən ibarət ortaq əlifbası qəbul edildi - Bakıda tarixi qərar...

Azərbaycan və Rusiya Qərbin Ermənistandakı məkrli oyununu pozur...

“Azdrama”da Əlif Cahan - Ziya Ağa münaqişəsi - “qudurdanda belə olur"...

SON XƏBƏRLƏR

11.09.2024 | 19:21
Nazirin dediyi belə məktəb direktorlarından tanıdığınız varmı...

11.09.2024 | 19:07
Elmi əsaslar, müvafiq proqramlar üzərində qurulan inkişaf strategiyası...

11.09.2024 | 18:53
Erkin Qədirliyə görə saxtakar 6 məntəqə sədrinə cinayət işi açıla bilər...

11.09.2024 | 18:47
İlqar Məmmədov REAL-ın sədrliyindən istefa verdi

11.09.2024 | 18:39
Paşinyan Zəngəzur dəhlizi barədə mühüm məqamı kobudcasına təhrif etdi...

11.09.2024 | 18:38
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçıları Prezidentə müraciət etdi

11.09.2024 | 18:25
İnternetdə 100 Mb sürəti almaq üçün əlavə 25 manat da xərc çəkilməlidir...

11.09.2024 | 18:12
Bakıda avtobus zolaqlarının xeyirdən çox ziyan vurduğunu düşünənlər var...

11.09.2024 | 17:57
Paşinyan düz deyir? - 9 noyabr sənədinin 7 və 8-ci maddələrini kim pozub?

11.09.2024 | 17:44
Putin sərhədlər məsələsində Monqolustandan Paşinyana da söz atdı...

11.09.2024 | 17:30
Türk dünyasının 34 hərfdən ibarət ortaq əlifbası qəbul edildi - Bakıda tarixi qərar...

11.09.2024 | 17:24
İnanılmaz - Azərbaycanda "dirijorluq" ən bahalı ixtisaslardan imiş - izah verildi...

11.09.2024 | 17:11
Putinin Türkiyə səfərinin təxirə salınmasının səbəbi açıqlandı - Moskva onun təyyarəsini rus qırıcılarının müşayiət etməsini istəyir, ancaq...

11.09.2024 | 17:03
Banklarımız mənfəətə görə gürcülərə və ermənilərə uduzur - unikal səbəb var...

11.09.2024 | 16:50
22 saylı seçki dairəsində də 3 məntəqədə səsvermənin nəticələri ləğv edildi

11.09.2024 | 16:43
Əli Məmmədbağıroğlunun “XVII əsr Azərbaycan əlyazma kitabı” çapdan çıxıb

11.09.2024 | 16:18
MSK iki seçki məntəqəsində nəticələri ləğv etdi...

11.09.2024 | 15:50
Rəşadət zirvəsinin Xəyalı

11.09.2024 | 15:33
Rusiya ordusu Kurskda hücuma keçdi - 10 kənd geri qaytarıldı...

11.09.2024 | 15:18
BMU ilə İndoneziyanın dövlət universiteti arasında memorandum imzalanıb

11.09.2024 | 15:06
Prezident cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı sərəncam imzaladı

11.09.2024 | 14:35
Rusiya kəşfiyyatından şok iddia - ABŞ-la ATƏT razılaşdı, seçkidən əvvəl Gürcüstanı qarışdıracaqlar...

11.09.2024 | 14:21
Yasamalda marketdən oğurluğa cəhd edən şəxs saxlandı

11.09.2024 | 14:00
2-ci Qarabağ müharibəsi robotlaşdırılmış sistemlərlə qazanılmış ilk müharibə oldu - İsveçrə nəşri ordumuzdakı inqilabi dəyişikliklərdən yazdı

11.09.2024 | 13:44
İsmayıllıda meşədə çətənə kolu yetişdirən şəxs tutuldu

11.09.2024 | 13:29
Bakıda müğənnini toyda fonoqram ifa etdiyi üçün döydülər...

11.09.2024 | 13:18
Hacıqabulda narkotiklərin qanunsuz dövriyyəsinə görə saxlananlar var...

11.09.2024 | 13:03
Политика - не шарлатанство, Пашинян - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.09.2024 | 12:48
"ABŞ 11 sentyabr terroru zamanı Azərbaycanın dəstəyini unutmayıb" - Səfirlik

11.09.2024 | 12:30
Azərbaycanda iqtisadi artım 4 faizi ötüb

11.09.2024 | 12:20
Naxçıvan istiqamətində mövqelərimiz yenə atəşə tutuldu

11.09.2024 | 12:00
Şəmkirdə yük maşını dərəyə aşıb

11.09.2024 | 11:57
"Sosial şəbəkələrdən asılılıq qorxunc həddə çatıb"

11.09.2024 | 11:30
Respublikaçılardan Baydenə çağırış- Rusiyanı vurmağa icaz ver!

11.09.2024 | 11:10
Nədən Ermənistan yarımçıq "sülh müqaviləsi"nə can atır? - CANLI

11.09.2024 | 11:05
Bir gündə 50 cinayətin üstü açılıb - DİN açıqladı

11.09.2024 | 11:00
Fransada 50 kişi kütləvi zorakılığa görə məhkəmə qarşısına çıxarılıb - ŞOK

11.09.2024 | 10:30
"Artıq aktrisalıq etməyəcəm" - "Titanik"in aktrisasından AÇIQLAMA

11.09.2024 | 10:20
Yolu keçən 15 yaşlı gənci maşın vurub

11.09.2024 | 10:16
Məsud Pezeşkian İraqda səfərdədir

11.09.2024 | 10:06
Rusiyalı komediya aktyoru həbs edildi - vətəndaşlara qarşı təhqiramiz zarafatlarına görə...

11.09.2024 | 10:00
ABŞ -dan Rusiya və İrana qarşı növbəti sanksiya - siyahıda 10 fiziki və 6 hüquqi şəxsin adı var

11.09.2024 | 09:30
Gürcüstan millisi albanları da devirdi - gözümüzə "su verək"...

11.09.2024 | 09:27
Bank əmanətləri azalıb, Mərkəzi Bankın "Naxçıvanbank" izahı qəbul olunmadı...

11.09.2024 | 09:20
Antoni Blinken Ukrayna və Polşa yolçusudur

11.09.2024 | 09:16
Kamala Harris və Donald Tramp arasında ilk debat keçirilib

11.09.2024 | 09:10
Xocalıda yanğın baş verib - FHN məlumat yaydı

11.09.2024 | 09:06
Daha 18 ailə Laçına köçürüldü

11.09.2024 | 09:00
Bu ölkə Türkiyə üzərindən qaz almağa hazırlaşır

11.09.2024 | 08:40
Elə rayonlarımız var ki, ötən 6 ayda 1 yeni iş yeri açılmayıb - 45-in 36 mini Bakıya aiddir...

11.09.2024 | 00:17
ABŞ Rusiyaya ballistik raketlər verdiyinə görə İrana sanksiya tətbiq etdi - 5 gəmi müsadirə ediləcək...

10.09.2024 | 23:40
Paşinyandan Rusiyaya daha bir zərbə - Aİ-yə üzvlük prosesinə başlamaq imkanını nəzərdən keçiririk...

10.09.2024 | 21:41
MEDİA və AzTV birgə layihəyə start verdi

10.09.2024 | 21:05
Azərbaycanla saziş məsələsində erməni rəsmiləri dərin ziddiyyətlər içindədir...

10.09.2024 | 20:47
Azərbaycan və Rusiya Qərbin Ermənistandakı məkrli oyununu pozur...

10.09.2024 | 20:32
İran Ermənistanı, Borrel İranı dəstəklədi - təsadüf, ya..?

10.09.2024 | 20:17
Makron yeni parlament seçkisinə məcbur edilir - ən güclü müxalifət şərt qoydu...

10.09.2024 | 20:04
Prezident İlham Əliyevin rəsmi "Instagram" səhifəsində COP29-a hazırlıqla bağlı aparılan işlərin görüntüləri paylaşıldı - VİDEO

10.09.2024 | 20:00
Zəngəzur dəhlizinə görə Rusiya ilə qarşıdurma İrana baha başa gələcək...

10.09.2024 | 19:59
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik etdi

10.09.2024 | 19:44
“Azdrama”da Əlif Cahan - Ziya Ağa münaqişəsi - “qudurdanda belə olur"...

10.09.2024 | 19:30
İrəvanda Azərbaycana şərt hazırlanır - “separatçıları azad edin, COP-a gələk”...

10.09.2024 | 19:20
Paşinyan saziş layihəsini və üçtərəfli bəyanatı açıq-aşkar təhrif etdi - Azərbaycan XİN-dən ifşaedici açıqlama...

10.09.2024 | 19:16
Zəngəzur dəhlizi yalnız İranın razılığı ilə açıla bilər? - "SEPAH-ın iddiaları şişir"...

10.09.2024 | 19:02
Saxta avtomobil hissələri - bazar xaos icərisində, bu heç kimi qayğılandırmır...

10.09.2024 | 18:51
Ermənistanın konstitusiyadan başqa da dəyişməli olduğu vacib sənədlər var...

10.09.2024 | 18:36
İrəvandan yarımçıq saziş mətni, ardınca “imzalaya bilərik” təklifi - yeni oyun başladı?

10.09.2024 | 18:28
Formula 1 Azərbaycan Qran-Prisinə bütün biletlər satılıb

10.09.2024 | 18:22
Separatçıların İrəvandakı ofisinin bağlanması hələ uzanır...

10.09.2024 | 18:15
Batumi Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin görüşü keçirildi - üçtərəfli protokol imzalandı

10.09.2024 | 18:08
Rəsmi İrəvan ermənilərin Qarabağa qayıdış ideyasından əl üzdü, bəzi Qərb dairələri hələ də...

10.09.2024 | 17:53
Azərbaycanda "karbon vergisi" tətbiq olunacaq - ekoloji və yaşıl vergilər dövrü başlayır...

10.09.2024 | 17:40
Azərbaycan Milli Paralimpiya komandasının üzvləri təltif edildi

10.09.2024 | 17:39
Dini tolerantlıq - bütün bölgələrə, bütün dinlərə, bütün ibadətgahlara eyni yanaşma...

10.09.2024 | 17:37
Prezident Paralimpiya Oyunlarının medalçılarını mükafatlandırdı

10.09.2024 | 17:30
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi bir ayda 352 kq narkotiki dövriyyədən çıxardı

10.09.2024 | 17:25
Bakı-İrəvan sazişi Astanada imzalana bilər - Ermənistan hələ cavab verməyib...

10.09.2024 | 17:15
Perinatal Mərkəzdəki dəhşətli yanğınla bağlı iş məhkəməyə göndərildi

10.09.2024 | 17:12
Xaricdə yaşayan alimlərimizin fəaliyyətinə ölkə içindən alim baxışları...

10.09.2024 | 16:58
Nazir Əmrullayevin fikrinə alimlərin yanaşması - elmdə "ürəkaçmayan" nələr var...

XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30