KÖHNƏ VERSİYA            

Xamneyi təhlükəsizlik bloku yaradır - Netanyahu geri çəkilir...

Image

Böyük Yaxın Şərq regionu partlayışa hazır vəziyyətdədir və burada böyük müharibə riski var. Bunun fonunda regional aktorlar belə demək olarsa, saatlarını sinxronlaşdırmağa və bir-birlərinin mövqelərini dəqiq bilməyə çalışırlar. Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun İrana, oradan isə Azərbaycana səfərinə də bu fonda yanaşılır.

Sergey Şoyqu ilə görüşdə prezident İlham Əliyev Moskva ilə münasibətləri mühüm təhlükəsizlik amili adlandırıb. Bu xüsusda “news.ru” portalı yazır: “Azərbaycan-Rusiya münasibətlərinin bəzi qonşu ölkələr üçün də nümunə olduğunu deyən prezident İlham Əliyev bunu Cənubi Qafqazda və daha geniş regionda təhlükəsizliyin mühüm amili kimi dəyərləndirib. Azərbaycan prezidenti qeyd edib ki, iki ölkə arasında əlaqələr çox uğurla inkişaf edir. Şoyqu, öz növbəsində, regional təhlükəsizlik məsələlərində səmərəli qarşılıqlı əlaqəni vurğulayıb və Moskvanın Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesini dəstəklədiyini bildirib”. Burada nəzərə alaq ki, şoyqu Azərbaycana İrandan gəlib. Ekspertlərin fikrincə, Rusiya və İranın strateji hərbi-siyasi ittifaqın formalaşmasına doğru getdiyi göz qabağındadır. Hər iki ölkə hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalamağa hazırlaşır. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının hazırkı katibinin əvvəlki vəzifəsində fəaliyyətini nəzərə alsaq, İranın Rusiyadan bir sıra silah və hərbi texnika tədarükünü gözlədiyini istisna etmək olmaz. Tehran həmçinin kəşfiyyat məlumatı mübadiləsi üçün Moskvaya müraciət edə bilər. Artıq Amerikanın “The New York Times” qəzeti öz mənbələrinə istinadən yazır ki, Sergey Şoyqunun Tehrana səfəri zamanı İran Rusiyadan yeni hava hücumundan müdafiə sistemləri istəyib. Moskva artıq onların çatdırılmasına başlayıb. Bununla yanaşı, Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin İran prezidenti Məsud Pezeşkian və Silahlı Qüvvələrin Baş Qərargahının rəhbəri Məhəmməd Baqiri ilə hava hücumundan müdafiə sistemlərinin tədarükü məsələsini müzakirə etdiyi iddia edilir. İki İran rəsmisi nəşrə açıqlamasında, Rusiyanın artıq radarlar və digər hava hücumundan müdafiə vasitələrini tədarük etməyə başladığını təsdiqləyib.  Qeyd edək ki, HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin sui-qəsd nəticəsində öldürülməsindən sonra rəsmi Tehran İsraildən qisas alacağını elan edib. Hücumun yaxın günlərdə başlayacağı gözlənilir. İran mediası da bildirib ki, İran İsraillə mümkün müharibəyə hazırlıq üçün Rusiyadan qabaqcıl hava hücumundan müdafiə sistemləri tələb edib. Amerika və İsrail rəsmiləri İran və onun regiondakı müttəfiqlərinin İsrailə qarşı koordinasiyalı hücuma keçəcəyini gözlədiklərini bildiriblər. “Müqavimət oxu” kimi tanınan bu qruplara Livandakı “Hizbullah” və Yəməndəki Husilər daxildir.

Amma o da faktdır ki, Rusiya üçün Qərblə və Ukrayna ilə qarşıdurma kontekstində düz qonşuluqda daha bir genişmiqyaslı eskalasiya çox arzuolunmazdır. Ukrayna ilə məşğul olmasına baxmayaraq, Moskvanın Cənubi Qafqaz və Yaxın Şərqdə həyati maraqları var. Şoyqunun Bakıya səfərinə bu prizmadan yanaşanlar da var. Bakı ilə Təl-Əviv arasında kifayət qədər həssas və spesifik münasibətləri nəzərə alaraq, Azərbaycanın Yaxın Şərqdə müharibənin qarşısının alınmasına öz töhfəsini verə  biləcəyi istisna olunmur.  İran da bu məsələdə Azərbaycanın köməyindən istifadə olunmasında maraqlı ola bilər çünki İsraillə müharibə həm də ABŞ-la savaş deməkdir. ABŞ-ın müdafiə naziri Lloyd Ostin bəyan edib ki, Vaşinqton administrasiyası İranın İsrailə hücum edib-etməyəcəyi barədə danışmayacaq, lakin ABŞ hərbçiləri lazım gələrsə, yəhudi dövlətinə dəstək verməyə hazırlaşırlar: “İranın İsrailə hücum edib-etməyəcəyinə dair və nə vaxt İranın bundan sonrakı hərəkətləri barədə spekulyasiya etməyəcəyəm. Hərbçilərimizi qorumaq üçün əlimizdən gələni edirik və istənildiyi təqdirdə İsrailə kömək etmək imkanımız var. Gördünüz ki, qüvvələrimizin mövqelərini gücləndirmək üçün bir sıra addımlar atdıq”. ABŞZ-ın savaşa qatılması İran üçün məqbul deyil. Ola bilsin ki, Şoyqu bu mesajlarla Tehrandan Bakıya gedib. Hər halda proseslərin inkişaf axarı yaxın tezlikdə bəlli olacaq. İsrail üçün də İranla genişmiqyaslı savaş arzuedilən deyil. Bu durumda İsrailin baş naziri Benyamin Netanyahu özünün təhlükəsizlik bloku ilə yeni siyasətə start verə bilər. Hökumət başçısı komandası tərəfindən sərhəd perimetri boyunca gərginliyi azaltmaq üçün HƏMAS-la kompromis sazişi imzalamağa inandırılır.  Amerikanın CNN telekanalının son araşdırması göstərir ki, HƏMAS-ın “yerdə” məğlubiyyəti barədə məlumat vermək hələ tezdir. İsrailin sahilyanı anklavda apardığı 10 aydan çox müharibəyə baxmayaraq, HƏMAS-ın Qəzzanın şimalında və mərkəzində yerləşən hərbi batalyonlarının demək olar ki, yarısı döyüş qabiliyyətinin bir hissəsini bərpa edib. CNN qeyd edir ki, bir neçə bölmə şiddətli döyüşlərdən və intensiv bombardmanlardan sonra İsrail ordusu tərəfindən təmizlənmiş əsas ərazilərə qayıdıb. Bu, o deməkdir ki, müharibə ancaq davam edəcək. HƏMAS-ın yenidən qruplaşması təkcə hərbi səviyyədə baş vermir. Qrupun siyasi şurası yeni siyasi lider seçib. Bu, Fələstin təşkilatı daxilində kölgə fiqur sayılan Məhəmməd İsmayıl Dərvişdir. Belə vəziyyətdə İranın və onun dəstəklədiyi qüvvələrin savaşa başlaması İsrail üçün müsbət heç nə vəd etmir. O səbəbdən İsrailin də sülhə ehtiyacı var.

Tahir TAĞIYEV







VİDEO

Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi - Şarl Mişel - VİDEO

Paşinyan Lavrovun üzünə sərt qayıtdı... - VİDEO

Ermənistan indi də İranın marionetkası adlandırıldı... - VİDEO

QHT Agentliyi bir addım atdı - bəs indiyədək bəzi QHT-lərin "döşlərə taxdığı" medallar necə olacaq...

Ermənistan Zəngəzur dəhlizində “özəl şirkət” fikrini təsdiqlədi - üstəlik, “onlar Azərbaycanda da olmalıdır” dedi...

Avropaya, Mərkəzi Asiya və Yaxın Şərqə uzanan əməkdaşlıq vektorları - qlobal aktora çevrilən Azərbaycan... - Aydın QULİYEV yazır

SON XƏBƏRLƏR

09.09.2024 | 10:06
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edildi

09.09.2024 | 10:04
İsrail İranın raket istehsalı bazasını vurub

09.09.2024 | 10:00
Lukaşenko Ukrayna ilə sərhədə ordu cəmləşdirir - qəfil hücum ehtimalına görə...

09.09.2024 | 09:20
Küveyt Əmiri neft nazirini işdən qovdu

09.09.2024 | 09:16
“Yaqi” qasırğası bu ölkədə 21 nəfərin həyatına son qoydu

09.09.2024 | 09:12
Trampla teledebatlara hazıram - Kamala Harrisdən AÇIQLAMA

09.09.2024 | 09:10
Bakının mərkəzində bu yerlər bağlandı- ayın 17- si saat 8.00- dək....

09.09.2024 | 09:00
Ağdaşda 28 yaşlı gənci öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

08.09.2024 | 20:43
Rusiyanı özündən çıxaracaq xəbər yayıldı - Paşinyan Kiyevə silah göndərməyə başladı...

08.09.2024 | 18:26
Tramp Harrisi impiçmentlə hədələdi Baydenin səriştəsizliyini gizlətsəz...

08.09.2024 | 17:33
Rusiya 2022-də Ukraynada nüvə silahından istifadə etmək istəyib? - ABŞ kəşfiyyat şefindən şok iddia...

08.09.2024 | 17:00
İranın Rusiyaya ballistik raketlər göndərdiyi ortaya çıxdı, Ukrayna Tehranı hədələdi - xəbərlər təsdiqlənsə...

08.09.2024 | 11:33
Göygöldə 3 bal gücündə zəlzələ oldu...

08.09.2024 | 10:43
Yəmən husiləri ABŞ-ın daha bir pilotsuz təyyarəsini vurdular...

08.09.2024 | 09:30
Dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanıldı

07.09.2024 | 23:47
Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan Raman Saleyi təbrik edib

07.09.2024 | 20:16
Rusiya raket hücumu təhlükəsinə qarşı qırıcılarını Ukrayna sərhədindən azı 300 km geriyə çəkdi...

07.09.2024 | 19:15
Makronun təyinatı Fransanı ayağa qaldırdı - ölkəni etiraz aksiyaları bürüdü...

07.09.2024 | 18:56
Rusiya Ermənistanın imzasını geri götüzdürdü - Ukraynadakı cinayətlər...

07.09.2024 | 18:35
Vilayət Eyvazov TDT dövlətlərinin daxili işlər nazirlərinin birinci iclasında iştirak edib - FOTO

07.09.2024 | 18:08
Ağdam və Bakıda maşın qaçıranlar tutuldu...

07.09.2024 | 17:51
İran vətəndaşına narkokuryerlik edən Ağcabədi sakini saxlandı...

07.09.2024 | 17:36
İtaliyadan Rusiyaya silah göndərən İrana təhdid kimi xəbərdarlıq - gərginliyi artırmayın...

07.09.2024 | 17:01
Bazar " Hundai"nin bu hissələrinin saxta variantları ilə doludu....

07.09.2024 | 16:52
Erməni məktəblərində rus dili siyahıdan silindi...

07.09.2024 | 16:31
Əliyev AŞPA-nın qərarına qarşı bu şərti qoydu...

07.09.2024 | 15:27
Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

07.09.2024 | 14:48
Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Orxan Aslanovu təbrik edib - FOTO

07.09.2024 | 13:55
COP29 Azərbaycan sədrliyi diplomatik korpus üzvləri üçün növbəti brifinq keçirildi

07.09.2024 | 13:18
Mehriban Əliyeva gümüş medal qazanan Lamiyə Vəliyevanı təbrik etdi - FOTO

07.09.2024 | 13:14
Kapadokiya – Türkiyənin nağıl dünyası,tarixi incisi...

07.09.2024 | 13:00
Siqaret və spirtli içki gətirmək istəsən, 200 min dollar depozit qoymalısan...

07.09.2024 | 12:53
İran səfiri Zəngəzur dəhlizinə "heç vaxt real olmayacaq xəyal" dedi - həm də ermənilərin yanında...

07.09.2024 | 12:30
Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi - Şarl Mişel - VİDEO

07.09.2024 | 11:58
Prezident İlham Əliyev Braziliya liderini təbrik edib

07.09.2024 | 11:34
Zakir Həsənov və Hikmət Mirzəyev sərhəddə xidmət edən hərbçilərlə görüşüblər - FOTO

07.09.2024 | 11:00
Polis Xocalıya gedən vətəndaşlara xəbərdarlıq edib

07.09.2024 | 11:00
Antoni Blinken Andriy Sibiqaya zəng edib

07.09.2024 | 10:30
Məsud Pezeşkian Rusiyaya səfər edəcək

07.09.2024 | 10:15
Ukraynada müharibənin bitəcəyi tarix açıqlandı...

07.09.2024 | 10:06
Salyan Regional Qaz İdarəsinə yeni rəis təyin olunub

07.09.2024 | 10:00
Co Bayden Kir Tarmet ilə gələn həftə görüşəcək

07.09.2024 | 09:31
Gürcüstan "LGBT-çi ailə" normalarından yaxasını qurtarır - bəs biz?

07.09.2024 | 09:30
Bakıda 5 otaqlı ev yanıb

07.09.2024 | 09:16
Millətlər Liqası: kim uddu, kim uduzdu?

07.09.2024 | 09:10
Daha 27 ailə Şuşaya köçürülüb

07.09.2024 | 09:07
Dünya mediası Prezident İlham Əliyevin Çernobbio Forumundakı çıxışından yazır

07.09.2024 | 08:43
Rusiya əmək miqrantlarına ailə ilə gəlməyi qadağan edəcək - azərbaycanlılar təlaşlanıb...

06.09.2024 | 23:49
Şuşada 32 ildən sonra ilk toy mərasimi... - FOTO

06.09.2024 | 23:42
Qarımış hay xislətinin “erməni” arzusu...

06.09.2024 | 21:56
Müdafiə Nazirliyi antiterror əməliyyatı ilə bağlı yeni detallar açıqladı…

06.09.2024 | 21:18
Erməni müxalifəti də keşişdən imtina edir - Paşinyana qarşı yeni cəbhə qurulur...

06.09.2024 | 21:03
Separatçı canilər üzərində Bakı prosesi Ermənistanın sülh siyasətinə necə təsir göstərəcək...

06.09.2024 | 20:50
QHT Agentliyi bir addım atdı - bəs indiyədək bəzi QHT-lərin "döşlərə taxdığı" medallar necə olacaq...

06.09.2024 | 20:34
Rusiyanın Zəngəzur siyasəti Ermənistandan çox İranın yuxusuna haram qatıb...

06.09.2024 | 20:28
Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfərinin ikinci günü ilə bağlı VİDEOÇARX...

06.09.2024 | 20:20
İran-Rusiya əhatəli müqaviləsi pozula bilər - Zəngəzur dəhlizi vəziyyəti gərginləşdirdi...

06.09.2024 | 20:06
Hökumət 44 günlük müharibə ilə bağlı istintaq hesabatını dərc etməkdən qorxur...

06.09.2024 | 19:52
Rusiya “Azərbaycan-Ermənistan balanslı saziş” ideyasını gündəmə gətirdi...

06.09.2024 | 19:38
Putin ABŞ prezidentliyinə Harrisin namizədliyini niyə müdafiə etdi...

06.09.2024 | 19:25
Bakı Qlobal İqlim Şəffaflığı Platforması - "yaşıl mühit" uğrunda mübarizədə yeni hadisə...

06.09.2024 | 19:12
Kişi ibtidai sinif müəllimləri get-gedə azalır...

06.09.2024 | 18:58
İKT sektoru Azərbaycanın inkişaf gücünə çevrilir...

06.09.2024 | 18:44
Ermənistan Zəngəzur dəhlizində “özəl şirkət” fikrini təsdiqlədi - üstəlik, “onlar Azərbaycanda da olmalıdır” dedi...

06.09.2024 | 18:30
Samanta Pauerin erməni lobbisi ilə qeyri-şəffaf dostluğunun daha bir sübutu - 130 milyon...

06.09.2024 | 18:15
Avropaya, Mərkəzi Asiya və Yaxın Şərqə uzanan əməkdaşlıq vektorları - qlobal aktora çevrilən Azərbaycan... - Aydın QULİYEV yazır

06.09.2024 | 18:06
Makron Fransa demokratiyasını rüsvay etdi - xalqın seçdiyi partiyanın hökumət qurmasına imkan vermədi...

06.09.2024 | 17:52
Ermənistanın KTMT-dən çıxmasına 1 addım qaldı - Zaxarova hələ ümidlidir...

06.09.2024 | 17:50
Azərbaycan dünya səviyyəsində öz sözünü deyir və qəbul edilir

06.09.2024 | 17:46
Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar sentyabrın 10-da ödəniləcək

06.09.2024 | 17:40
Prezident İlham Əliyevin sosial şəbəkə hesabında İtaliyaya səfərinin ikinci gününə həsr olunmuş videoçarx yayımlanıb - VİDEO

06.09.2024 | 17:38
Ermənilər daha bir alban kilsəsini Tavuşda erməniləşdirirlər...

06.09.2024 | 17:33
"Azərbaycan və İtaliya uzun illərdir strateji tərəfdaş olaraq fəaliyyət göstərir" - Prezident İlham Əliyev

06.09.2024 | 17:25
Ermənistanın İtaliya ilə ticarəti ölü nöqtədən çıxa bilmir - ilginc səbəblər...

06.09.2024 | 17:12
Azərbaycanla İtaliya birgə istehsal sahələrinin yeni dövrünə başlayır...

06.09.2024 | 17:00
Paşinyan yenidən Rusiyanın qucağına qayıdır – İLGİNC İDDİA...

06.09.2024 | 16:43
BTQ Mayot adasının Fransa tərəfindən işğalı ilə bağlı beynəlxalq qurumlara müraciət etdi...

06.09.2024 | 16:30
"AŞPA üzvlərinin Azərbaycana səfərinə qoyulan qadağa ölkənin nümayəndə heyətinin bu təşkilata qayıtmasından sonra ləğv ediləcək" - Prezident

06.09.2024 | 16:20
Trampın 7 ölkəni F-35 proqramından çıxarmaq planı – onlarla müharibə vəziyyətində olsaq, nə edəcəyik?..

06.09.2024 | 16:10
Dövlət Agentliyi dərsliklərlə bağlı valideynlərə müraciət etdi...

XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30