KÖHNƏ VERSİYA            

Paris Olimpiya otellərində kondisioner yoxdur, idmançılar küçədə gecələyir, yemək isə...

Image

Fransanın ev sahibliyi etdiyi XXXIII Yay Olimpiya Oyunları çoxsaylı çatışmalıqlara görə ciddi tənqid obyektinə çevrilməkdədir. Belə görünür ki, Emmanuel makron hakimiyyəti bu ali idman tədbirinnin təşkilatçılığını layiqincə yerinə yetriə bilməyib. Bu səbəbdən çoxsaylı narazılıqlar davam edir.

Qeyd edək ki, Yay Olimpiya Oyunlarının açılış mərasimi də ciddi tənqidlərə məruz qalıb. Çünki burada ifadə azadlığı və tolerantlıq pərdəsi altında insan ləyaqətinin tapdalanılıb, dini və əxlaqi dəyərlərin ələ salınıb. Xatırladaq ki, iyulun 26-da Fransa paytaxtının mərkəzində Paris Olimpiadasının açılış mərasimi olub. İdmançıların paradı Sena sularında baş tutub və bütün nümayəndə heyətləri 85 qayıqda yerləşdirilib. “The Guardian” qəzeti  mərasimin Sena çayında keçirmək cəhdinin minlərlə tamaşaçının məyusluğuna səbəb olduğunu bildirib. Qeyd olunub ki, bu, logistik problemlərə və tamaşaçıların şounu tam görə bilməməsinə səbəb olub. Açılışdan sonra teatr tamaşası başlayıb, sonunda əfsanəvi italyan rəssamı Leonardo Da Vinçinin “Son şam yeməyi” əsərində təsvir olunan bibliya hekayəsinin parodiyası dini və əxlaqi dəyərlərin ələ salınması oldu. Açılış mərasimində xristianların dini hisləri təhqir olundu, peyğəmbər İsa Məsihin etikadan kənar obrazı yaradıldı. Artıq Olimpiya Oyunlarının təşkilat komitəsi açılış mərasiminin bəzi məqamlarına görə üzr istəyib. Bunun ardınca idmançıların çoxsaylı problemlərlə üzləşdikləri üzə çıxdı.  Elə indi də Parisdə Yay Olimpiya Oyunlarında iştirak edən müxtəlif ölkələrin idmançıları paytaxtdakı yaşayış şəraitini tənqid edirlər. Məsələn, avstraliyalı su polosu oyunçusu Matilda Kerns və Fil Dişi Sahilindən olan yüngül atlet Uitni Tee “Le Figaro” qəzetinə yataq otaqlarının çox rahatsız olduğunu deyiblər. “L'Equipe” nəşrinin məlumatına görə, idmançılar müəyyən qida məhsullarının çatışmazlığından da şikayətlənir. “Aftonbladet” qəzeti yazır ki, İsveç stolüstü tennis komandası idmançıların təlim-məşq bazalarına getdiyi avtobuslardakı tıxacdan şikayətlənib, həmçinin nəqliyyatda soyutma sistemlərinin çox vaxt nasaz olduğunu bildiriblər. Binalarda kondisioner olmadığı aşkar edildikdən sonra komandalar Olimpiya kəndində yaşayış şəraiti ilə bağlı narahatlıqlarını ifadə ediblər. İdmançıların etirazlarından sonra Oyunların təşkilatçıları elan ediblər ki, Olimpiya iştirakçıları portativ soyuducu qurğular quraşdıra bilərlər. Özlərinə kondisioner alan idmançılar arasında otaqlarında mükəmməl soyutma, rütubətə nəzarət və havanın təmizlənməsi sistemləri quraşdıran Yaponiya, ABŞ, Böyük Britaniya, İtaliya, Avstraliya, Danimarka, Kanada, Yunanıstan və digər milli komandalar var. Amma bunu heç də hamı edə bilmir. Bu fonda kişilər arasında 100 metr məsafəyə arxası üstə üzmə yarışında qızıl medal qazanan italiyalı üzgüçü Tomas Cekkon Paris Olimpiya kəndindəki şəraiti sərt tənqid edib.İdmançının parkda gecələməsi Olimpiya kəndindəki neqativ halları yenidən gündəmə gətirib. Bununla bağlı açıqlamasında Cekkon bildirib: “Kondisioner yoxdur, hava isti, yeməklər pisdir. Buna görə də bir çox idmançı başqa yerlərə köçür. Bu, kapriz və ya bəhanə deyil, bəlkə də hər kəsin bilmədiyi bir həqiqətdir". O, xüsusilə günorta saatlarında havanın isti keçdiyini və səs-küy səbəbindən yatmaqda çətinlik çəkdiyini bildirib. Tennisçi Coco Gauff, üzgüçü Ariarn Titmus və Asya Tuati kimi idmançılar da  Cekkona qoşularaq təşkilatın Parisdəki yerləşdirməsini sərt tənqid ediblər. 400 metr məsafəyə sərbəst üzməyə görə Olimpiadanın qızıl medalını qazanan Ariarn Titmus bildirib ki, yerləşdirmə şəraiti yaxşı olsaydı, dünya rekordunu qıra bilərdi. Onun sözlərinə görə, Olimpiya kəndindəki şərait yüksək performans göstərmək üçün uyğun deyil. Problemlər digər müstəvilərdə də özünü göstərir.

Olimpiya Oyunlarına gəlmiş Böyük Britaniya nümayəndə heyətinin bəzi idmançıları Olimpiya kəndində qida qıtlığı ilə üzləşdiklərini və yeməkxanada heç nədən razı olmadıqlarını bildiriblər. “L'Equipe” idman mətbuat orqanı da Olimpiya kəndinin yeməkxanasında qida çatışmazlığı ilə üzləşdiyindən yazıb.

Qidanın miqdarı ilə bağlı da çox sayda şikayət olduğu bildirilir. Qeyd olunur ki, ən çox şikayətlənən britaniyalı idmançılardır. Atletlər yumurta və toyuq əti rasionunun qənaətbəxş olmadığı qənaətindədirlər. Mal ətinin bişirilməsindən də şikayətlər çoxdur. “Times”da bildirilir ki, Britaniya nümayəndə heyətinin rəhbəri Endi Anson Olimpiya kəndində təklif olunan yeməklərin uyğun olmadığını hesab edir və radikal təkmilləşdirməyə çağırır. Bildirilir ki, hətta Britaniyadan aşpaz gətirilməsi ilə bağlı fikirlər yayılıb. Üçqat Olimpiya çempionu, britaniyalı üzgüçü Adam Piti bildirib ki, idmançılar Olimpiya kəndində təklif olunan balıq yeməklərində qurdlar tapırlar. 30 yaşlı üzgüçü Paris Oyunlarında 100 metr məsafəyə brass üsulu ilə üzmə yarışında gümüş medal qazanıb, bundan sonra onun koronavirus testi də müsbət çıxıb: “Qidalanma idmançıların gözlədiyi səviyyə üçün kifayət qədər yaxşı deyil. Axı biz yarışlar üçün güc toplamalıyıq. Tokioda yeməklər Rio-de-Janeyroda olduğu kimi inanılmaz dərəcədə yaxşı idi. Amma bu dəfə kifayət qədər proteinli qida variantları yoxdur, uzun növbələr və yemək üçün 30 dəqiqə gözləmələr olur. Mən ət yemək istəyirəm, mübarizə aparmaq üçün mənə protein lazımdır və evdə də belə qidalanıram. Bəs niyə burada nəyisə dəyişməliyəm? Mən də balıq yeməklərini sevirəm, amma insanlar onun içindən qurd tapırlar. Bu, yaxşı hal deyil. Mən, sadəcə insanların öz işlərini daha yaxşı görməsini istəyirəm. Düşünürəm ki, vəziyyəti ən yaxşı şəkildə açıqlaya bilən idmançılardır”.

“Paris-2024” Olimpiya kəndinə gələn atletlər karton çarpayıları da tənqid obyektinə çeviriblər. Su polosu üzrə avstraliyalı çempion Tilly Kearns qeyd edir: “Karton çarpayıda gecələr. Kürəyimi itirirəm”. Qısa məsafəyə qaçış üzrə idmançı Vitni Tay isə bildirir: “Çarpayılar həqiqətən də kartondandır, çox sərtdirlər”. Fransız cüdoçu Julyan Brular qeyd edir: “Zarafat deyil, gördüyünüz kimi Olimpiya çarpayısı kartondandır”. 26 000 ədəd olan bu çarpayıların hamısı kağız və ya plastik materialdan hazırlanıb. Ancaq Olimpiya kəndində təkcə çarpayılar gülüş obyekti olmayıb. Otaqlarda televizorların olmaması da idmançıları məyus edib. Həmçinin müxtəlif ölkələrdən gəlmiş idmançılar “TikTok” sosial şəbəkəsində yeməklərin ədviyyatsız, bir növ dadsız olmasına təəssüfləniblər. İdmançılar paltarlarının yuyulmasında da problemlərlə üzləşdiklərini bildirirlər. Bu vəziyyətdə yüngül atletika dünya rekordçusu, isveçli Armand Duplantis Olimpiya kəndində yaşamaqdan imtina edib. İsveç millisinin kapitanı Kaysa Berqkvist idmançının daha uyğun mənzil tapdığını bildirib: “O, peşəkardır və hörmət edilməli olan ehtiyacları var. Armand Duplantis bacardığı qədər hazırlaşmalıdır”. Britaniyalı idmançılar Paris Olimpiya Oyunlarında uşaq biletlərinin qiymətini tənqid ediblər. Belə ki, körpələr üçün də biletin qiyməti yetkin insan üçün nəzərdə tutulduğu qədərdir. Böyük Britaniyanın avarçəkmə üzrə yığma komandasının üzvü Matilda Hodgkins-Birn isə idmançılara hər çıxış günü üçün yalnız iki bilet verilməsini düzgün hesab etmədiyini bildirib. Ümumiyyətlə o, niyə bunun üçün ödəniş etməli olduqlarını başa düşmədiyini deyib. Qeyd edək ki, Paris Olimpiya Oyunları 11 avqustda başa çatacaq.

Samirə SƏFƏROVA







VİDEO

Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi - Şarl Mişel - VİDEO

Paşinyan Lavrovun üzünə sərt qayıtdı... - VİDEO

Ermənistan indi də İranın marionetkası adlandırıldı... - VİDEO

QHT Agentliyi bir addım atdı - bəs indiyədək bəzi QHT-lərin "döşlərə taxdığı" medallar necə olacaq...

Ermənistan Zəngəzur dəhlizində “özəl şirkət” fikrini təsdiqlədi - üstəlik, “onlar Azərbaycanda da olmalıdır” dedi...

Avropaya, Mərkəzi Asiya və Yaxın Şərqə uzanan əməkdaşlıq vektorları - qlobal aktora çevrilən Azərbaycan... - Aydın QULİYEV yazır

SON XƏBƏRLƏR

08.09.2024 | 20:43
Rusiyanı özündən çıxaracaq xəbər yayıldı - Paşinyan Kiyevə silah göndərməyə başladı...

08.09.2024 | 18:26
Tramp Harrisi impiçmentlə hədələdi Baydenin səriştəsizliyini gizlətsəz...

08.09.2024 | 17:33
Rusiya 2022-də Ukraynada nüvə silahından istifadə etmək istəyib? - ABŞ kəşfiyyat şefindən şok iddia...

08.09.2024 | 17:00
İranın Rusiyaya ballistik raketlər göndərdiyi ortaya çıxdı, Ukrayna Tehranı hədələdi - xəbərlər təsdiqlənsə...

08.09.2024 | 11:33
Göygöldə 3 bal gücündə zəlzələ oldu...

08.09.2024 | 10:43
Yəmən husiləri ABŞ-ın daha bir pilotsuz təyyarəsini vurdular...

08.09.2024 | 09:30
Dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanıldı

07.09.2024 | 23:47
Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan Raman Saleyi təbrik edib

07.09.2024 | 20:16
Rusiya raket hücumu təhlükəsinə qarşı qırıcılarını Ukrayna sərhədindən azı 300 km geriyə çəkdi...

07.09.2024 | 19:15
Makronun təyinatı Fransanı ayağa qaldırdı - ölkəni etiraz aksiyaları bürüdü...

07.09.2024 | 18:56
Rusiya Ermənistanın imzasını geri götüzdürdü - Ukraynadakı cinayətlər...

07.09.2024 | 18:35
Vilayət Eyvazov TDT dövlətlərinin daxili işlər nazirlərinin birinci iclasında iştirak edib - FOTO

07.09.2024 | 18:08
Ağdam və Bakıda maşın qaçıranlar tutuldu...

07.09.2024 | 17:51
İran vətəndaşına narkokuryerlik edən Ağcabədi sakini saxlandı...

07.09.2024 | 17:36
İtaliyadan Rusiyaya silah göndərən İrana təhdid kimi xəbərdarlıq - gərginliyi artırmayın...

07.09.2024 | 17:01
Bazar " Hundai"nin bu hissələrinin saxta variantları ilə doludu....

07.09.2024 | 16:52
Erməni məktəblərində rus dili siyahıdan silindi...

07.09.2024 | 16:31
Əliyev AŞPA-nın qərarına qarşı bu şərti qoydu...

07.09.2024 | 15:27
Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

07.09.2024 | 14:48
Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Orxan Aslanovu təbrik edib - FOTO

07.09.2024 | 13:55
COP29 Azərbaycan sədrliyi diplomatik korpus üzvləri üçün növbəti brifinq keçirildi

07.09.2024 | 13:18
Mehriban Əliyeva gümüş medal qazanan Lamiyə Vəliyevanı təbrik etdi - FOTO

07.09.2024 | 13:14
Kapadokiya – Türkiyənin nağıl dünyası,tarixi incisi...

07.09.2024 | 13:00
Siqaret və spirtli içki gətirmək istəsən, 200 min dollar depozit qoymalısan...

07.09.2024 | 12:53
İran səfiri Zəngəzur dəhlizinə "heç vaxt real olmayacaq xəyal" dedi - həm də ermənilərin yanında...

07.09.2024 | 12:30
Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi - Şarl Mişel - VİDEO

07.09.2024 | 11:58
Prezident İlham Əliyev Braziliya liderini təbrik edib

07.09.2024 | 11:34
Zakir Həsənov və Hikmət Mirzəyev sərhəddə xidmət edən hərbçilərlə görüşüblər - FOTO

07.09.2024 | 11:00
Polis Xocalıya gedən vətəndaşlara xəbərdarlıq edib

07.09.2024 | 11:00
Antoni Blinken Andriy Sibiqaya zəng edib

07.09.2024 | 10:30
Məsud Pezeşkian Rusiyaya səfər edəcək

07.09.2024 | 10:15
Ukraynada müharibənin bitəcəyi tarix açıqlandı...

07.09.2024 | 10:06
Salyan Regional Qaz İdarəsinə yeni rəis təyin olunub

07.09.2024 | 10:00
Co Bayden Kir Tarmet ilə gələn həftə görüşəcək

07.09.2024 | 09:31
Gürcüstan "LGBT-çi ailə" normalarından yaxasını qurtarır - bəs biz?

07.09.2024 | 09:30
Bakıda 5 otaqlı ev yanıb

07.09.2024 | 09:16
Millətlər Liqası: kim uddu, kim uduzdu?

07.09.2024 | 09:10
Daha 27 ailə Şuşaya köçürülüb

07.09.2024 | 09:07
Dünya mediası Prezident İlham Əliyevin Çernobbio Forumundakı çıxışından yazır

07.09.2024 | 08:43
Rusiya əmək miqrantlarına ailə ilə gəlməyi qadağan edəcək - azərbaycanlılar təlaşlanıb...

06.09.2024 | 23:49
Şuşada 32 ildən sonra ilk toy mərasimi... - FOTO

06.09.2024 | 23:42
Qarımış hay xislətinin “erməni” arzusu...

06.09.2024 | 21:56
Müdafiə Nazirliyi antiterror əməliyyatı ilə bağlı yeni detallar açıqladı…

06.09.2024 | 21:18
Erməni müxalifəti də keşişdən imtina edir - Paşinyana qarşı yeni cəbhə qurulur...

06.09.2024 | 21:03
Separatçı canilər üzərində Bakı prosesi Ermənistanın sülh siyasətinə necə təsir göstərəcək...

06.09.2024 | 20:50
QHT Agentliyi bir addım atdı - bəs indiyədək bəzi QHT-lərin "döşlərə taxdığı" medallar necə olacaq...

06.09.2024 | 20:34
Rusiyanın Zəngəzur siyasəti Ermənistandan çox İranın yuxusuna haram qatıb...

06.09.2024 | 20:28
Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfərinin ikinci günü ilə bağlı VİDEOÇARX...

06.09.2024 | 20:20
İran-Rusiya əhatəli müqaviləsi pozula bilər - Zəngəzur dəhlizi vəziyyəti gərginləşdirdi...

06.09.2024 | 20:06
Hökumət 44 günlük müharibə ilə bağlı istintaq hesabatını dərc etməkdən qorxur...

06.09.2024 | 19:52
Rusiya “Azərbaycan-Ermənistan balanslı saziş” ideyasını gündəmə gətirdi...

06.09.2024 | 19:38
Putin ABŞ prezidentliyinə Harrisin namizədliyini niyə müdafiə etdi...

06.09.2024 | 19:25
Bakı Qlobal İqlim Şəffaflığı Platforması - "yaşıl mühit" uğrunda mübarizədə yeni hadisə...

06.09.2024 | 19:12
Kişi ibtidai sinif müəllimləri get-gedə azalır...

06.09.2024 | 18:58
İKT sektoru Azərbaycanın inkişaf gücünə çevrilir...

06.09.2024 | 18:44
Ermənistan Zəngəzur dəhlizində “özəl şirkət” fikrini təsdiqlədi - üstəlik, “onlar Azərbaycanda da olmalıdır” dedi...

06.09.2024 | 18:30
Samanta Pauerin erməni lobbisi ilə qeyri-şəffaf dostluğunun daha bir sübutu - 130 milyon...

06.09.2024 | 18:15
Avropaya, Mərkəzi Asiya və Yaxın Şərqə uzanan əməkdaşlıq vektorları - qlobal aktora çevrilən Azərbaycan... - Aydın QULİYEV yazır

06.09.2024 | 18:06
Makron Fransa demokratiyasını rüsvay etdi - xalqın seçdiyi partiyanın hökumət qurmasına imkan vermədi...

06.09.2024 | 17:52
Ermənistanın KTMT-dən çıxmasına 1 addım qaldı - Zaxarova hələ ümidlidir...

06.09.2024 | 17:50
Azərbaycan dünya səviyyəsində öz sözünü deyir və qəbul edilir

06.09.2024 | 17:46
Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar sentyabrın 10-da ödəniləcək

06.09.2024 | 17:40
Prezident İlham Əliyevin sosial şəbəkə hesabında İtaliyaya səfərinin ikinci gününə həsr olunmuş videoçarx yayımlanıb - VİDEO

06.09.2024 | 17:38
Ermənilər daha bir alban kilsəsini Tavuşda erməniləşdirirlər...

06.09.2024 | 17:33
"Azərbaycan və İtaliya uzun illərdir strateji tərəfdaş olaraq fəaliyyət göstərir" - Prezident İlham Əliyev

06.09.2024 | 17:25
Ermənistanın İtaliya ilə ticarəti ölü nöqtədən çıxa bilmir - ilginc səbəblər...

06.09.2024 | 17:12
Azərbaycanla İtaliya birgə istehsal sahələrinin yeni dövrünə başlayır...

06.09.2024 | 17:00
Paşinyan yenidən Rusiyanın qucağına qayıdır – İLGİNC İDDİA...

06.09.2024 | 16:43
BTQ Mayot adasının Fransa tərəfindən işğalı ilə bağlı beynəlxalq qurumlara müraciət etdi...

06.09.2024 | 16:30
"AŞPA üzvlərinin Azərbaycana səfərinə qoyulan qadağa ölkənin nümayəndə heyətinin bu təşkilata qayıtmasından sonra ləğv ediləcək" - Prezident

06.09.2024 | 16:20
Trampın 7 ölkəni F-35 proqramından çıxarmaq planı – onlarla müharibə vəziyyətində olsaq, nə edəcəyik?..

06.09.2024 | 16:10
Dövlət Agentliyi dərsliklərlə bağlı valideynlərə müraciət etdi...

06.09.2024 | 15:58
ABŞ-dan İsrailə xəbərdarlıq - təyyarə gəmilərimiz sizi İrandan əbədi qoruya bilməyəcək...

06.09.2024 | 15:48
Prezident İlham Əliyev: "Lazım gələrsə, Azərbaycan Rusiya ilə Ukrayna arasında münaqişənin həllində iştirak etməyə hazırdır"

06.09.2024 | 15:42
COP29 çərçivəsində Liderlər Sammiti keçiriləcək

06.09.2024 | 15:33
Rusiyalı iki oliqarx Britaniyanın ən böyük neft şirkətinin səhmlərinin 15 faizini aldı...

06.09.2024 | 15:10
Prezident İlham Əliyevin rəsmi "Instagram" səhifəsində Çernobbio forumunda iştirakla bağlı videoçarx paylaşılıb - VİDEO

06.09.2024 | 15:08
Bakıda satışa çıxarılan məşhur məktəbin binası 2.4 milyon manat ucuzlaşdı...

06.09.2024 | 15:05
Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfəri başa çatıb - FOTO

06.09.2024 | 14:36
Naxçıvan Səfərbərlik ...Xidmətinin sabiq rəisinin həbs müddəti uzadıldı

XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30