KÖHNƏ VERSİYA            

Azərbaycan-Ermənistan sülhünü pozan ən böyük əngəl aydınlaşdı - çıxış yolu da göründü...

Image

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu  Azərbaycanda olarkən prezident İlham Əliyevlə müzakirə etdiyi məsələləri açıqlayıb. TASS-ın xəbərinə görə, Sergey Şoyqu bildirib ki, Bakıya işgüzar səfəri zamanı Qərbin Cənubi Qafqazda təhlükəsizliyin yaradılması prosesinə müdaxilə cəhdləri müzakirə olunub: 

“Məsələlərin ən geniş spektri müzakirə edilib. Bu, ilk növbədə, Cənubi Qafqazda təhlükəsizliklə bağlıdır. Yəni Ermənistanın Azərbaycana 10-cu təkliflər paketi və təbii ki, Qərbin bu prosesə çox fəal müdaxilə cəhdləri də bura daxildir”. 

Konkret bu fikirlərə, hələlik, Qərb ölkələrinin rəsmilərindən münasibət bildirilməyib. Rusiyalı ekspert Yevgeni Mixaylov da iddia edir ki, Cənubi Qafqazda vəziyyət gözlənilməz və çox təhlükəli olacaq: “Bu hər şeyə təsir edəcək. Qərb regionda aqressiv antirusiya vektoru aşılayacaq. O, Rusiya ilə Azərbaycanı bir-birinə qarşı qoymaqda davam edəcək. Bundan əlavə, inanmıram ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlansın. Çünki Qərb bu məsələdə manipulyasiya etməyə, bir növ Ermənistanın maraqlarını qorumağa çalışır. Sülh müqaviləsi olmasa, Qərb Ermənistana silah tədarükünü artıracaq. Və yeni hərbi əməliyyatların baş verməsi mümkündür. Yaxın Şərqdə, İsraillə Fələstin arasında, İsraillə İran arasında uzun müddət - keçən ilin payızından bəri hadisələrin necə cərəyan etdiyini və son günlərdə vəziyyətin yenidən son dərəcə təhlükəli tendensiyalar aldığını nəzərə alsaq, istənilən vaxt Cənubi Qafqaz və Xəzər regionunun qovşağı alovlana bilər”. Amma bu yaxınlarda Amerika Birləşmiş Ştatları dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn Senatda “Avropanın Gələcəyi” mövzusunda dinləmələr zamanı demişdi ki, ölkəsi Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına güclü dəstək verir. Dinləmələrdə Moskvanın iki ölkənin sülh səylərini əngəlləməsi barədə suala cavab olaraq o vurğulayıb ki, Rusiya hər şeyin onun şərtləri çərçivəsində gerçəkləşməsini istəyir: “Səmimi deyim ki, hər iki ölkə bu durumdan məyusdur. Biz çox çalışırıq ki, tərəflərin ifadə etdiyi sülh istəyi saziş formasında əks olunsun”. Göründüyü kimi, ABŞ-da da regionun təhlükəsizliyi ilə bağlı tam əksini düşünürlər. Azərbaycan və Ermənistan arasında son illər həm Qərbin, həm də Rusiyanın ayrı-ayrılıqda vasitəçiliyi ilə sülh danışıqları gedir, hələlik, təşəbbüslər real nəticə vermir. Bunun səbəblərindən biri də kənar qüvvələrin prosesə müdaxilə cəhdləridir. Eyni zamanda Rusiya və ABŞ rəsmilərinin açıqlamalarından bəlli olur ki, onlar biri-birlərini regionda sülh prosesinə əngəl olmaqda ittiham edirlər. Bütün bunlar fonunda ikitərəfli əsaslarda danışıqlar daha effektiv görünür. Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiya prosesinin başlanılması iki ölkə arasında nizamlanmada mühüm irəliləyiş olub. Cari ilin aprelin 19-da iki ölkənin komissiyalarının keçirdiyi iclas zamanı Ermənistan Azərbaycanın Qazax rayonunun daha öncə işğal olunmuş 4 kəndinin qaytarılmasına razılıq verib. Daha əvvəl isə Azərbaycan və Ermənistan ikitərəfli danışıqlarla saxladıqları hərbçiləri dəyişdirdilər, Ermənistan Azərbaycanın xeyrinə COP29 ev sahibliyinə namizədliyini geri götürdü. Bu proseslər Bakı ilə İrəvan arasında birbaşa ikitərəfli danışıqların dəqiq nəticə verdiyinin bariz sübutudur. Amma adətən, Ermənistan Azərbaycanın təklif etdiyi ikitərəfli danışıqlar formatına müsbət yanaşmır. Amma erməni konfliktoloq Artur Martirosyan qeyd edir ki, Azərbaycan erməni məsələsinə son qoymaq, qarşısında duran problemləri həll etmək istəyir.  Onun sözlərinə görə, əgər Ermənistan tərəfi Azərbaycanın tələb etdiyi bütün sülh şərtlərini qəbul etsə, azərbaycanlılar belə sülhə getməyə hazır olacaqlar.

Hələlik ermənistanın yanaşması sülhün daha tez bərqərar olmasına imkan vermir. Təbii ki, burada xarici qüvvələrin, o cümlədən də Fransanın Ermənistana təsirləri öz rolunu oynayır. Elə bu səbəbdən Azərbaycan digər ssenarilərə də hazırdır. Ötən ay baş tutan Şuşa Qlobal Media Forumunda çıxışında prezident İlham Əliyev bu xüsusda qeyd edib: “Biz görürük ki, bu gün beynəlxalq hüquq normaları kobud şəkildə pozulur. Biz görürük ki, beynəlxalq hüquq selektiv tətbiq edilir. Biz uzun illər bu yanaşmaya məruz qalmışıq. Biz səsimizi ucaldırdıq və deyirdik BMT Təhlükəsizlik Şurası 4 qət¬namə qəbul edib ki, Ermənistan qoşunları dərhal və qeyd-şərtsiz Azərbaycanın ərazi¬sindən çıxarılmalıdır. Ancaq o qətnamələrə riayət edilmirdi və bu gün həmin o ten¬densiya davam edir. Beynəlxalq hüquq işləməyəndə, imza o qədər də əhəmiyyətə malik olmayanda sülhün təminatı yalnız gücdür. Bunu deyərkən, əlbəttə, biz gələ¬cəkdə yarana biləcək təhlükələri istisna et¬məməliyik, çünki dünya və bizim regionu¬muz bu gün çətin proqnozlaşdırılır”. Sülhün təminatçısının yal¬nız güc olduğunu təkcə Cənubi Qafqazın ən uzunömürlü münaqişəsinin həlli timsa¬lında deyil, eləcə də dünyanın digər qaynar nöqtələrində müşahidə edilən tendensi¬yalarda görmək olar. Bununla belə Azərbaycan sülh prosesinə sadiqdir. Öü də bunun üçün imkanlar var. Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov ABŞ-ın Hadson İnstitutundakı onlayn seminarda çıxışı zamanı bu xüsusda qeyd edib: “Biz sülh sazişi istiqamətində mühüm irəliləyiş əldə etdik. Biz heç vaxt sülhə bu qədər yaxın olmamışıq. İndi hər iki ölkənin nəhayət, bu düşmənçilik fəslini bağlamaq, Cənubi Qafqaz regionunda vəziyyəti dəyişmək və bölgəni mehriban qonşuluq, sabitlik və sülh məkanına çevirmək üçün tarixi fürsəti var. Bildiyiniz kimi, bu proses uzun müddətdir ki, davam edir. Demək olar ki, otuz ildir vasitəçilik fəaliyyəti mövcud olub. Lakin ötən dekabrda hər iki ölkə qərara gəlib ki,0ə danışıqları davam etdirmək, onları başa çatdırmaq üçün ən effektiv və ən perspektivli format ikitərəfli birbaşa formatdır. O vaxtdan bəri bir sıra mühüm nailiyyətlər, o cümlədən etimadın yaradılması baxımından uğurlar əldə olunub”. Hər halda qarşıdakı dövr ərzində sülhlə bağlı nəticənin əldə olunması ermənistanın mövqeyindən asıı olacaq.

Ramil QULİYEV







VİDEO

Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi - Şarl Mişel - VİDEO

Paşinyan Lavrovun üzünə sərt qayıtdı... - VİDEO

Ermənistan indi də İranın marionetkası adlandırıldı... - VİDEO

QHT Agentliyi bir addım atdı - bəs indiyədək bəzi QHT-lərin "döşlərə taxdığı" medallar necə olacaq...

Ermənistan Zəngəzur dəhlizində “özəl şirkət” fikrini təsdiqlədi - üstəlik, “onlar Azərbaycanda da olmalıdır” dedi...

Avropaya, Mərkəzi Asiya və Yaxın Şərqə uzanan əməkdaşlıq vektorları - qlobal aktora çevrilən Azərbaycan... - Aydın QULİYEV yazır

SON XƏBƏRLƏR

09.09.2024 | 09:12
Trampla teledebatlara hazıram - Kamala Harrisdən AÇIQLAMA

09.09.2024 | 09:10
Bakının mərkəzində bu yerlər bağlandı- ayın 17- si saat 8.00- dək....

09.09.2024 | 09:00
Ağdaşda 28 yaşlı gənci öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

08.09.2024 | 20:43
Rusiyanı özündən çıxaracaq xəbər yayıldı - Paşinyan Kiyevə silah göndərməyə başladı...

08.09.2024 | 18:26
Tramp Harrisi impiçmentlə hədələdi Baydenin səriştəsizliyini gizlətsəz...

08.09.2024 | 17:33
Rusiya 2022-də Ukraynada nüvə silahından istifadə etmək istəyib? - ABŞ kəşfiyyat şefindən şok iddia...

08.09.2024 | 17:00
İranın Rusiyaya ballistik raketlər göndərdiyi ortaya çıxdı, Ukrayna Tehranı hədələdi - xəbərlər təsdiqlənsə...

08.09.2024 | 11:33
Göygöldə 3 bal gücündə zəlzələ oldu...

08.09.2024 | 10:43
Yəmən husiləri ABŞ-ın daha bir pilotsuz təyyarəsini vurdular...

08.09.2024 | 09:30
Dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanıldı

07.09.2024 | 23:47
Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan Raman Saleyi təbrik edib

07.09.2024 | 20:16
Rusiya raket hücumu təhlükəsinə qarşı qırıcılarını Ukrayna sərhədindən azı 300 km geriyə çəkdi...

07.09.2024 | 19:15
Makronun təyinatı Fransanı ayağa qaldırdı - ölkəni etiraz aksiyaları bürüdü...

07.09.2024 | 18:56
Rusiya Ermənistanın imzasını geri götüzdürdü - Ukraynadakı cinayətlər...

07.09.2024 | 18:35
Vilayət Eyvazov TDT dövlətlərinin daxili işlər nazirlərinin birinci iclasında iştirak edib - FOTO

07.09.2024 | 18:08
Ağdam və Bakıda maşın qaçıranlar tutuldu...

07.09.2024 | 17:51
İran vətəndaşına narkokuryerlik edən Ağcabədi sakini saxlandı...

07.09.2024 | 17:36
İtaliyadan Rusiyaya silah göndərən İrana təhdid kimi xəbərdarlıq - gərginliyi artırmayın...

07.09.2024 | 17:01
Bazar " Hundai"nin bu hissələrinin saxta variantları ilə doludu....

07.09.2024 | 16:52
Erməni məktəblərində rus dili siyahıdan silindi...

07.09.2024 | 16:31
Əliyev AŞPA-nın qərarına qarşı bu şərti qoydu...

07.09.2024 | 15:27
Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

07.09.2024 | 14:48
Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Orxan Aslanovu təbrik edib - FOTO

07.09.2024 | 13:55
COP29 Azərbaycan sədrliyi diplomatik korpus üzvləri üçün növbəti brifinq keçirildi

07.09.2024 | 13:18
Mehriban Əliyeva gümüş medal qazanan Lamiyə Vəliyevanı təbrik etdi - FOTO

07.09.2024 | 13:14
Kapadokiya – Türkiyənin nağıl dünyası,tarixi incisi...

07.09.2024 | 13:00
Siqaret və spirtli içki gətirmək istəsən, 200 min dollar depozit qoymalısan...

07.09.2024 | 12:53
İran səfiri Zəngəzur dəhlizinə "heç vaxt real olmayacaq xəyal" dedi - həm də ermənilərin yanında...

07.09.2024 | 12:30
Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi - Şarl Mişel - VİDEO

07.09.2024 | 11:58
Prezident İlham Əliyev Braziliya liderini təbrik edib

07.09.2024 | 11:34
Zakir Həsənov və Hikmət Mirzəyev sərhəddə xidmət edən hərbçilərlə görüşüblər - FOTO

07.09.2024 | 11:00
Polis Xocalıya gedən vətəndaşlara xəbərdarlıq edib

07.09.2024 | 11:00
Antoni Blinken Andriy Sibiqaya zəng edib

07.09.2024 | 10:30
Məsud Pezeşkian Rusiyaya səfər edəcək

07.09.2024 | 10:15
Ukraynada müharibənin bitəcəyi tarix açıqlandı...

07.09.2024 | 10:06
Salyan Regional Qaz İdarəsinə yeni rəis təyin olunub

07.09.2024 | 10:00
Co Bayden Kir Tarmet ilə gələn həftə görüşəcək

07.09.2024 | 09:31
Gürcüstan "LGBT-çi ailə" normalarından yaxasını qurtarır - bəs biz?

07.09.2024 | 09:30
Bakıda 5 otaqlı ev yanıb

07.09.2024 | 09:16
Millətlər Liqası: kim uddu, kim uduzdu?

07.09.2024 | 09:10
Daha 27 ailə Şuşaya köçürülüb

07.09.2024 | 09:07
Dünya mediası Prezident İlham Əliyevin Çernobbio Forumundakı çıxışından yazır

07.09.2024 | 08:43
Rusiya əmək miqrantlarına ailə ilə gəlməyi qadağan edəcək - azərbaycanlılar təlaşlanıb...

06.09.2024 | 23:49
Şuşada 32 ildən sonra ilk toy mərasimi... - FOTO

06.09.2024 | 23:42
Qarımış hay xislətinin “erməni” arzusu...

06.09.2024 | 21:56
Müdafiə Nazirliyi antiterror əməliyyatı ilə bağlı yeni detallar açıqladı…

06.09.2024 | 21:18
Erməni müxalifəti də keşişdən imtina edir - Paşinyana qarşı yeni cəbhə qurulur...

06.09.2024 | 21:03
Separatçı canilər üzərində Bakı prosesi Ermənistanın sülh siyasətinə necə təsir göstərəcək...

06.09.2024 | 20:50
QHT Agentliyi bir addım atdı - bəs indiyədək bəzi QHT-lərin "döşlərə taxdığı" medallar necə olacaq...

06.09.2024 | 20:34
Rusiyanın Zəngəzur siyasəti Ermənistandan çox İranın yuxusuna haram qatıb...

06.09.2024 | 20:28
Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfərinin ikinci günü ilə bağlı VİDEOÇARX...

06.09.2024 | 20:20
İran-Rusiya əhatəli müqaviləsi pozula bilər - Zəngəzur dəhlizi vəziyyəti gərginləşdirdi...

06.09.2024 | 20:06
Hökumət 44 günlük müharibə ilə bağlı istintaq hesabatını dərc etməkdən qorxur...

06.09.2024 | 19:52
Rusiya “Azərbaycan-Ermənistan balanslı saziş” ideyasını gündəmə gətirdi...

06.09.2024 | 19:38
Putin ABŞ prezidentliyinə Harrisin namizədliyini niyə müdafiə etdi...

06.09.2024 | 19:25
Bakı Qlobal İqlim Şəffaflığı Platforması - "yaşıl mühit" uğrunda mübarizədə yeni hadisə...

06.09.2024 | 19:12
Kişi ibtidai sinif müəllimləri get-gedə azalır...

06.09.2024 | 18:58
İKT sektoru Azərbaycanın inkişaf gücünə çevrilir...

06.09.2024 | 18:44
Ermənistan Zəngəzur dəhlizində “özəl şirkət” fikrini təsdiqlədi - üstəlik, “onlar Azərbaycanda da olmalıdır” dedi...

06.09.2024 | 18:30
Samanta Pauerin erməni lobbisi ilə qeyri-şəffaf dostluğunun daha bir sübutu - 130 milyon...

06.09.2024 | 18:15
Avropaya, Mərkəzi Asiya və Yaxın Şərqə uzanan əməkdaşlıq vektorları - qlobal aktora çevrilən Azərbaycan... - Aydın QULİYEV yazır

06.09.2024 | 18:06
Makron Fransa demokratiyasını rüsvay etdi - xalqın seçdiyi partiyanın hökumət qurmasına imkan vermədi...

06.09.2024 | 17:52
Ermənistanın KTMT-dən çıxmasına 1 addım qaldı - Zaxarova hələ ümidlidir...

06.09.2024 | 17:50
Azərbaycan dünya səviyyəsində öz sözünü deyir və qəbul edilir

06.09.2024 | 17:46
Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar sentyabrın 10-da ödəniləcək

06.09.2024 | 17:40
Prezident İlham Əliyevin sosial şəbəkə hesabında İtaliyaya səfərinin ikinci gününə həsr olunmuş videoçarx yayımlanıb - VİDEO

06.09.2024 | 17:38
Ermənilər daha bir alban kilsəsini Tavuşda erməniləşdirirlər...

06.09.2024 | 17:33
"Azərbaycan və İtaliya uzun illərdir strateji tərəfdaş olaraq fəaliyyət göstərir" - Prezident İlham Əliyev

06.09.2024 | 17:25
Ermənistanın İtaliya ilə ticarəti ölü nöqtədən çıxa bilmir - ilginc səbəblər...

06.09.2024 | 17:12
Azərbaycanla İtaliya birgə istehsal sahələrinin yeni dövrünə başlayır...

06.09.2024 | 17:00
Paşinyan yenidən Rusiyanın qucağına qayıdır – İLGİNC İDDİA...

06.09.2024 | 16:43
BTQ Mayot adasının Fransa tərəfindən işğalı ilə bağlı beynəlxalq qurumlara müraciət etdi...

06.09.2024 | 16:30
"AŞPA üzvlərinin Azərbaycana səfərinə qoyulan qadağa ölkənin nümayəndə heyətinin bu təşkilata qayıtmasından sonra ləğv ediləcək" - Prezident

06.09.2024 | 16:20
Trampın 7 ölkəni F-35 proqramından çıxarmaq planı – onlarla müharibə vəziyyətində olsaq, nə edəcəyik?..

06.09.2024 | 16:10
Dövlət Agentliyi dərsliklərlə bağlı valideynlərə müraciət etdi...

06.09.2024 | 15:58
ABŞ-dan İsrailə xəbərdarlıq - təyyarə gəmilərimiz sizi İrandan əbədi qoruya bilməyəcək...

06.09.2024 | 15:48
Prezident İlham Əliyev: "Lazım gələrsə, Azərbaycan Rusiya ilə Ukrayna arasında münaqişənin həllində iştirak etməyə hazırdır"

06.09.2024 | 15:42
COP29 çərçivəsində Liderlər Sammiti keçiriləcək

06.09.2024 | 15:33
Rusiyalı iki oliqarx Britaniyanın ən böyük neft şirkətinin səhmlərinin 15 faizini aldı...

06.09.2024 | 15:10
Prezident İlham Əliyevin rəsmi "Instagram" səhifəsində Çernobbio forumunda iştirakla bağlı videoçarx paylaşılıb - VİDEO

XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30