KÖHNƏ VERSİYA            

Yaxın Şərq qarışır - alov Azərbaycanı da qarsa bilər...

Image

İranın HƏMAS lideri İsmayıl Haniyənin ölümünə görə qisas alacağı ilə bağlı xəbərdarlıqlar davam edir. İranın raketlərini gözləyən israillilər bu fonda lazım olan hər şeyi yığıb bomba sığınacaqlarına yerləşirlər. 

O da məlumdur ki, yaranmış vəziyyətdə Benyamin Netanyahu hökuməti təkcə Livandakı iranpərəst “Hizbullah” hərəkatının mövqelərinə deyil, həm də İranın özünə qarşı qabaqlayıcı zərbə endirmə ehtimalını müzakirə edir. Onlarla ölkənin Xarici İşlər Nazirliyi, o cümlədən də Azərbaycan öz vətəndaşlarını təcili olaraq bölgəni tərk etməyə çağırıb.

Hazırda İsrail yaxın günlərdə “Hizbullah” və ya HƏMAS-la adi raket zərbələri mübadiləsindən daha təhlükəli vəziyyətə hazırlaşır. Sonuncu dəfə bu, aprel ayında israillilərin Suriyadakı İran diplomatik binalarına hücumu zamanı baş verib. Sonra İranın cavabı simvolik oldu. İran İsrail ərazisi daxilindəki hədəflərə qarşı üç yüzə yaxın pilotsuz uçan aparat və raket göndərdi, lakin bunu elə etdi ki, zərər cüzi oldu. Eyni zamanda, o zaman vəziyyət indikindən fərqli idi. Çünki indi həqiqətən ciddi və genişmiqyaslı hərbi münaqişə gözləmək üçün daha çox səbəb var. Vəziyyət əvvəlindən fərqlənir. Belə ki, İsrailin aprelin 1-də Dəməşqə həyata keçirdiyi hücumda İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 7 zabiti, o cümlədən “Hizbullah” ilə əlaqəyə cavabdeh olan general Məhəmməd Rza Zahidi həlak olub. Bu, İrana çağırış idi, cavab tələb edirdi və başqa heç nə. İyulda isə israillilər HƏMAS-la danışıqlar prosesinin açıq-aşkar durğunluğu fonunda onlara qarşı çıxan qüvvələrin liderləri üçün əsl “ova” başladılar. Bu fonda Haniyə iyulun 31-də Tehranda öldürüldü. HƏMAS Siyasi Bürosunun rəhbəri  İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən mühafizə olunan evdə, özü də İranın ali dini rəhbəri Əli Xamneyinin qonağı olarkən qətlə yetrilib. Bundan əvvəl İsrailin müdafiə naziri Yoav Qalant Beyrut rayonlarından birində “Hizbullah” rəhbərlərindən olan Fuad Şükrün ləğv edilməsinə görə məsuliyyəti öz üzərinə götürüb. Fuad Şükr hərəkatın hərbi əməliyyatlarının planlaşdırılmasında bilavasitə iştirak edən “Hizbullah” lideri Şeyx Həsən Nəsrullahın sağ əli olub. dir. Və ardınca İsrail Müdafiə Nazirliyi də elan etdi ki, HƏMAS liderlərindən biri olan Məhəmməd Deyfin də öldürülməsinə nail olublar. O, 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailə qarşı hücumunun birbaşa təşkilatçısı olub və israillilər hərbi əməliyyatların bitməsindən asılı olmayaraq onun sağ qalmayacağını gizlətməyiblər. Onun ölümünün sübutu kimi İsrail hərbçiləri Qəzza zolağının Xan Yunis şəhəri yaxınlığında partlayışın yalnız görüntülərini göstəriblər. Hər halda, israillilərin hərəkətləri göstərir ki, Netanyahu hökuməti “Hizbullah” ilə müharibədən qaçmaq və 7-8 oktyabrda əsir götürülmüş israilli girovların azad edilməsi ilə bağlı HƏMAS ilə razılığa gəlmək ehtimalına inamını itirərək ilk addımı atmağa qərar verib. Döyüş potensialı aylarla davam edən müharibədə tam məhv edilməmiş HƏMAS isə indi Haniyənin yerinə yeni bir adam axtarmaqla məşğuldur. Onun vəzifəsinə çoxlu iddialılar var: təşkilat veteranı Musa Əbu Mərzuk, Siyasi Büronun keçmiş rəhbəri Xalid Məşəl, Məşəlin əzəli rəqibi, HƏMAS-ın Qəzza zolağındakı lideri Yəhya Sinvarın himayədarı olan HƏMAS-ın baş müzakirəçisi Xəlil əl-Həyya və bir sıra başqaları buna misal kimi göstərilə bilər. 

ABŞ da müharibənin qarşısını almaq iqtidarında deyil. ABŞ prezidenti postunu tərk etməyə hazırlaşan Cozef Bayden Netanyahuya fəal şəkildə qarşı çıxmayacaq: o, Amerikanın daxili işləri ilə məşğuldur və Yaxın Şərq işlərinə lazımsız müdaxilə onun üçün sərfəli deyil. Xatırladaq ki, noyabrda ABŞ-da prezident seçkiləri var və onun Demokrat Partiyasının namizədi Kamala Harris nə İsrail, nə də Fələstin tərəfdarı seçiciləri qorxutmamaq istəyir. Bu vəziyyətdə İsrail mediası baş nazirin daha da irəli getməyə hazır olduğunu bildirdi. İddialara görə, hökumət İrana qarşı qabaqlayıcı zərbə ideyasını ciddi şəkildə müzakirə edir. Əvvəllər israilli ekspertlər ölkənin hətta iki cəbhədə - HƏMAS və “Hizbullah”la müharibə aparacağına şübhə ilə yanaşmışdılar. Amma belə çıxır ki, Netanyahu üçüncü cəbhə açmaqdan çəkinmir. “Bloomberg” qeyd edir ki, paytaxtının mərkəzində yüksək rütbəli xarici qonağın öldürülməsindən doğan təhqiri nəzərə alsaq, bu dəfə İranın cavab tədbirləri daha sərt ola bilər: “Tehranın variantları İsrailə növbəti birbaşa hücumdan tutmuş İsrailin bütün dünyadakı hədəflərinə zərbələrə qədərdir”. Netanyahu bildirib ki, ölkəsi İranın şər oxuna qarşı çoxcəbhəli müharibə aparır: “Biz onun hər bir silahını böyük güclə vururuq. İstənilən ssenariyə hazırıq - həm hücum, həm də müdafiəyə”. Bütün bunlar Yaxın Şərqi ciddi hadisələrin gözlədiyini göstərir. İran-İsrail müharibəsi baş versə, burda təkcə iki dövlət savaşmayacaq. Bu artıq NATO, Penqaton və digər böyük təşkilatların, eyni zamanda, Rusiya və Çinin işə qarışması ilə böyük üçüncü dünya müharibəsinin real olaraq daha geniş miqyasda baş verməsi deməkdir. Təbii ki, bu, Cənubi Qafqaza da təirsiz ötüşməyəcək. Əgər müharibə baş verərsə, o zaman Azərbaycana İrandan xeyli sayda qaçqın axını ola bilər. Bunlar fonunda Azərbaycan bölgədə sabitliyin olmasını istəyir. 

Tahir TAĞIYEV







VİDEO

Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi - Şarl Mişel - VİDEO

Paşinyan Lavrovun üzünə sərt qayıtdı... - VİDEO

Ermənistan indi də İranın marionetkası adlandırıldı... - VİDEO

QHT Agentliyi bir addım atdı - bəs indiyədək bəzi QHT-lərin "döşlərə taxdığı" medallar necə olacaq...

Ermənistan Zəngəzur dəhlizində “özəl şirkət” fikrini təsdiqlədi - üstəlik, “onlar Azərbaycanda da olmalıdır” dedi...

Avropaya, Mərkəzi Asiya və Yaxın Şərqə uzanan əməkdaşlıq vektorları - qlobal aktora çevrilən Azərbaycan... - Aydın QULİYEV yazır

SON XƏBƏRLƏR

09.09.2024 | 09:20
Küveyt Əmiri neft nazirini işdən qovdu

09.09.2024 | 09:16
“Yaqi” qasırğası bu ölkədə 21 nəfərin həyatına son qoydu

09.09.2024 | 09:12
Trampla teledebatlara hazıram - Kamala Harrisdən AÇIQLAMA

09.09.2024 | 09:10
Bakının mərkəzində bu yerlər bağlandı- ayın 17- si saat 8.00- dək....

09.09.2024 | 09:00
Ağdaşda 28 yaşlı gənci öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

08.09.2024 | 20:43
Rusiyanı özündən çıxaracaq xəbər yayıldı - Paşinyan Kiyevə silah göndərməyə başladı...

08.09.2024 | 18:26
Tramp Harrisi impiçmentlə hədələdi Baydenin səriştəsizliyini gizlətsəz...

08.09.2024 | 17:33
Rusiya 2022-də Ukraynada nüvə silahından istifadə etmək istəyib? - ABŞ kəşfiyyat şefindən şok iddia...

08.09.2024 | 17:00
İranın Rusiyaya ballistik raketlər göndərdiyi ortaya çıxdı, Ukrayna Tehranı hədələdi - xəbərlər təsdiqlənsə...

08.09.2024 | 11:33
Göygöldə 3 bal gücündə zəlzələ oldu...

08.09.2024 | 10:43
Yəmən husiləri ABŞ-ın daha bir pilotsuz təyyarəsini vurdular...

08.09.2024 | 09:30
Dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanıldı

07.09.2024 | 23:47
Birinci vitse-prezident Mehriban Əliyeva Paralimpiya Oyunlarında bürünc medal qazanan Raman Saleyi təbrik edib

07.09.2024 | 20:16
Rusiya raket hücumu təhlükəsinə qarşı qırıcılarını Ukrayna sərhədindən azı 300 km geriyə çəkdi...

07.09.2024 | 19:15
Makronun təyinatı Fransanı ayağa qaldırdı - ölkəni etiraz aksiyaları bürüdü...

07.09.2024 | 18:56
Rusiya Ermənistanın imzasını geri götüzdürdü - Ukraynadakı cinayətlər...

07.09.2024 | 18:35
Vilayət Eyvazov TDT dövlətlərinin daxili işlər nazirlərinin birinci iclasında iştirak edib - FOTO

07.09.2024 | 18:08
Ağdam və Bakıda maşın qaçıranlar tutuldu...

07.09.2024 | 17:51
İran vətəndaşına narkokuryerlik edən Ağcabədi sakini saxlandı...

07.09.2024 | 17:36
İtaliyadan Rusiyaya silah göndərən İrana təhdid kimi xəbərdarlıq - gərginliyi artırmayın...

07.09.2024 | 17:01
Bazar " Hundai"nin bu hissələrinin saxta variantları ilə doludu....

07.09.2024 | 16:52
Erməni məktəblərində rus dili siyahıdan silindi...

07.09.2024 | 16:31
Əliyev AŞPA-nın qərarına qarşı bu şərti qoydu...

07.09.2024 | 15:27
Dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək

07.09.2024 | 14:48
Mehriban Əliyeva Paralimpiya Oyunlarında qızıl medal qazanan Orxan Aslanovu təbrik edib - FOTO

07.09.2024 | 13:55
COP29 Azərbaycan sədrliyi diplomatik korpus üzvləri üçün növbəti brifinq keçirildi

07.09.2024 | 13:18
Mehriban Əliyeva gümüş medal qazanan Lamiyə Vəliyevanı təbrik etdi - FOTO

07.09.2024 | 13:14
Kapadokiya – Türkiyənin nağıl dünyası,tarixi incisi...

07.09.2024 | 13:00
Siqaret və spirtli içki gətirmək istəsən, 200 min dollar depozit qoymalısan...

07.09.2024 | 12:53
İran səfiri Zəngəzur dəhlizinə "heç vaxt real olmayacaq xəyal" dedi - həm də ermənilərin yanında...

07.09.2024 | 12:30
Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi - Şarl Mişel - VİDEO

07.09.2024 | 11:58
Prezident İlham Əliyev Braziliya liderini təbrik edib

07.09.2024 | 11:34
Zakir Həsənov və Hikmət Mirzəyev sərhəddə xidmət edən hərbçilərlə görüşüblər - FOTO

07.09.2024 | 11:00
Polis Xocalıya gedən vətəndaşlara xəbərdarlıq edib

07.09.2024 | 11:00
Antoni Blinken Andriy Sibiqaya zəng edib

07.09.2024 | 10:30
Məsud Pezeşkian Rusiyaya səfər edəcək

07.09.2024 | 10:15
Ukraynada müharibənin bitəcəyi tarix açıqlandı...

07.09.2024 | 10:06
Salyan Regional Qaz İdarəsinə yeni rəis təyin olunub

07.09.2024 | 10:00
Co Bayden Kir Tarmet ilə gələn həftə görüşəcək

07.09.2024 | 09:31
Gürcüstan "LGBT-çi ailə" normalarından yaxasını qurtarır - bəs biz?

07.09.2024 | 09:30
Bakıda 5 otaqlı ev yanıb

07.09.2024 | 09:16
Millətlər Liqası: kim uddu, kim uduzdu?

07.09.2024 | 09:10
Daha 27 ailə Şuşaya köçürülüb

07.09.2024 | 09:07
Dünya mediası Prezident İlham Əliyevin Çernobbio Forumundakı çıxışından yazır

07.09.2024 | 08:43
Rusiya əmək miqrantlarına ailə ilə gəlməyi qadağan edəcək - azərbaycanlılar təlaşlanıb...

06.09.2024 | 23:49
Şuşada 32 ildən sonra ilk toy mərasimi... - FOTO

06.09.2024 | 23:42
Qarımış hay xislətinin “erməni” arzusu...

06.09.2024 | 21:56
Müdafiə Nazirliyi antiterror əməliyyatı ilə bağlı yeni detallar açıqladı…

06.09.2024 | 21:18
Erməni müxalifəti də keşişdən imtina edir - Paşinyana qarşı yeni cəbhə qurulur...

06.09.2024 | 21:03
Separatçı canilər üzərində Bakı prosesi Ermənistanın sülh siyasətinə necə təsir göstərəcək...

06.09.2024 | 20:50
QHT Agentliyi bir addım atdı - bəs indiyədək bəzi QHT-lərin "döşlərə taxdığı" medallar necə olacaq...

06.09.2024 | 20:34
Rusiyanın Zəngəzur siyasəti Ermənistandan çox İranın yuxusuna haram qatıb...

06.09.2024 | 20:28
Prezident İlham Əliyevin İtaliyaya işgüzar səfərinin ikinci günü ilə bağlı VİDEOÇARX...

06.09.2024 | 20:20
İran-Rusiya əhatəli müqaviləsi pozula bilər - Zəngəzur dəhlizi vəziyyəti gərginləşdirdi...

06.09.2024 | 20:06
Hökumət 44 günlük müharibə ilə bağlı istintaq hesabatını dərc etməkdən qorxur...

06.09.2024 | 19:52
Rusiya “Azərbaycan-Ermənistan balanslı saziş” ideyasını gündəmə gətirdi...

06.09.2024 | 19:38
Putin ABŞ prezidentliyinə Harrisin namizədliyini niyə müdafiə etdi...

06.09.2024 | 19:25
Bakı Qlobal İqlim Şəffaflığı Platforması - "yaşıl mühit" uğrunda mübarizədə yeni hadisə...

06.09.2024 | 19:12
Kişi ibtidai sinif müəllimləri get-gedə azalır...

06.09.2024 | 18:58
İKT sektoru Azərbaycanın inkişaf gücünə çevrilir...

06.09.2024 | 18:44
Ermənistan Zəngəzur dəhlizində “özəl şirkət” fikrini təsdiqlədi - üstəlik, “onlar Azərbaycanda da olmalıdır” dedi...

06.09.2024 | 18:30
Samanta Pauerin erməni lobbisi ilə qeyri-şəffaf dostluğunun daha bir sübutu - 130 milyon...

06.09.2024 | 18:15
Avropaya, Mərkəzi Asiya və Yaxın Şərqə uzanan əməkdaşlıq vektorları - qlobal aktora çevrilən Azərbaycan... - Aydın QULİYEV yazır

06.09.2024 | 18:06
Makron Fransa demokratiyasını rüsvay etdi - xalqın seçdiyi partiyanın hökumət qurmasına imkan vermədi...

06.09.2024 | 17:52
Ermənistanın KTMT-dən çıxmasına 1 addım qaldı - Zaxarova hələ ümidlidir...

06.09.2024 | 17:50
Azərbaycan dünya səviyyəsində öz sözünü deyir və qəbul edilir

06.09.2024 | 17:46
Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar sentyabrın 10-da ödəniləcək

06.09.2024 | 17:40
Prezident İlham Əliyevin sosial şəbəkə hesabında İtaliyaya səfərinin ikinci gününə həsr olunmuş videoçarx yayımlanıb - VİDEO

06.09.2024 | 17:38
Ermənilər daha bir alban kilsəsini Tavuşda erməniləşdirirlər...

06.09.2024 | 17:33
"Azərbaycan və İtaliya uzun illərdir strateji tərəfdaş olaraq fəaliyyət göstərir" - Prezident İlham Əliyev

06.09.2024 | 17:25
Ermənistanın İtaliya ilə ticarəti ölü nöqtədən çıxa bilmir - ilginc səbəblər...

06.09.2024 | 17:12
Azərbaycanla İtaliya birgə istehsal sahələrinin yeni dövrünə başlayır...

06.09.2024 | 17:00
Paşinyan yenidən Rusiyanın qucağına qayıdır – İLGİNC İDDİA...

06.09.2024 | 16:43
BTQ Mayot adasının Fransa tərəfindən işğalı ilə bağlı beynəlxalq qurumlara müraciət etdi...

06.09.2024 | 16:30
"AŞPA üzvlərinin Azərbaycana səfərinə qoyulan qadağa ölkənin nümayəndə heyətinin bu təşkilata qayıtmasından sonra ləğv ediləcək" - Prezident

06.09.2024 | 16:20
Trampın 7 ölkəni F-35 proqramından çıxarmaq planı – onlarla müharibə vəziyyətində olsaq, nə edəcəyik?..

06.09.2024 | 16:10
Dövlət Agentliyi dərsliklərlə bağlı valideynlərə müraciət etdi...

06.09.2024 | 15:58
ABŞ-dan İsrailə xəbərdarlıq - təyyarə gəmilərimiz sizi İrandan əbədi qoruya bilməyəcək...

06.09.2024 | 15:48
Prezident İlham Əliyev: "Lazım gələrsə, Azərbaycan Rusiya ilə Ukrayna arasında münaqişənin həllində iştirak etməyə hazırdır"

06.09.2024 | 15:42
COP29 çərçivəsində Liderlər Sammiti keçiriləcək

XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30