Haniyənin ölümünə görə İranda polis generalının həbsi xəbəri yayıldı
HƏMAS lideri İsmayıl Haniyə Tehranda öldürüldükdən sonra İran Polis Qüvvələrinin xüsusi təyinatlı bölməsinin komandanı general Hüseyn Kərəminin həbsi xəbəri yayılıb.
İddialara görə, general Mossad-a casusluq etdiyi iddiası ilə Tehranda həbs edilib.
Qeyd edək ki, İran HƏMAS lideri İsmayıl Haniyənin paytaxt Tehranda öldürülməsinin 7 kiloqramlıq döyüş başlığı daşıyan qısa mənzilli raketlə həyata keçirildiyini açıqlayıb. Tehran bildirir ki, sui-qəsd İsrail tərəfindən həyata keçirilib və ABŞ da ona dəstək verib.
TAHİR