Qarabağı Suriya, Şimali Koreya, Venesuela və Əfqanıstanla bir sıraya qoydular - uğursuz gediş...
"Bakı-Xəbər" qəzetinin Baş redaktoru, politoloq Aydın Quliyev öz Facebook səhifəsində siyasi proseslərlə balı maraqlı paylaşım edib.
A.Quliyev yazır:
"Freedom Hause"-nin məlumatına görə, Qarabağ 2023- cü ilin payızında Azərbaycanın təcavüzündən sonra dünyanın ən qeyri-azad ərazilərindən birinə çevrilib. Burada vəziyyət Şimali Koreya, Venesuela, Suriya və Əfqanıstandan da pisdir."
Bu sözləri Amerikada Dövlət Departamentinin rəsmisi Vedant Patelin mətbuat konfransında erməni lobbiçiləri deyiblər. Pateldən soruşublar ki, ABŞ bu situasiyanı yaxşılaşdırmaq üçün nəsə edirmi?
Patelin cavabı: "Dünyanın bütün ölkələri insan haqlarına və insan ləyaqətinə hörmət etməlidirlər"....
Təbii ki, Patelin cavabı Azərbaycanın mənafelərinə uyğun deyil. Çünki dolayı olaraq guya Qarabağda haqq və hüquqların pozulduğuna işarə vurur. Ancaq kimin nə deməsindən, Freedom Hausenin nə yazmasından asılı olmayaraq bu gün Qarabağ azaddır, erməni işğalından tam azad olunub, Qarabağı 30 il əsarətdə saxlamış separatçı canilər bu gün Bakıda "haqq etdikləri yerdə" saxlanılırlar. Qarabağ heç vaxt olmadığı qədər azaddır, separatçıların Bakı türməsində saxlanması Qarabağın azadlığına xələl gətirə bilməz....
Əksinə, separatçı canilər həbsxanaya şalınıbsa, deməli, Qarabağ həqiqətən azaddır..."
Mətləb