KÖHNƏ VERSİYA            

İranın dövlət idarəçiliyində Azərbaycan faktoru önə çıxır...

Image

Cənub qonşumuzda baş verən hadisələr, xüsusən də islahatçı qanadın təmsilçisi olan etnik azərbaycanlının prezident postuna seçilməsi ilə bağlı müzakirələr davam edir. Məhz belə bir vaxtda Şərqi Azərbaycan vilayətindən olan millət vəkilləri prezident Məsud Pezeşkianın kabinetində 5 əsas nazirlik üçün türk siyasətçilər arasından adlar təklif ediblər.

Məsələ ilə bağlı Təbriz millət vəkili Əlirza Novin qeyd edib ki, Şərqi Azərbaycan vilayətindən olan deputatlar birliyi Azərbaycanın elitası və bacarıqlı idarəçilərindən olan türk ziyalılardan 5 əsas nazirliyə təyin edilmək üçün adlar təklif edib: “Təklif edilən şəxslərin idarəçilik keçmişi və bacarıqları birlik tərəfindən qiymətləndirib. Adlar prezidentin özünə təqdim edilib və ümid edirik ki, diqqətə alınacaq”. Şərqi Azərbaycan deputatlar birliyi “Sənaye, Mədən və Ticarət”, “Yol və Şəhərsalma”, “Neft”, “Mədəni İrs və Turizm” və “Əmək və Sosial Rifah” nazirlikləri üçün adlar təklif edib. Əlirza Novin adların yalnız təklif kimi və məşvərətçi mövqedən təqdim olunduğunu vurğulayıb: “Bu təklif pay istəmək və ya prezidentə hər hansı bir təzyiq anlamına gəlməməlidir”. Təbriz millət vəkili əlavə edib ki, Azərbaycanın ziyalıları və idarəçiləri sadəcə Nazirlər Kabinetində deyil, olduqları hər yerdə yaradıcılıq və inkişaf qaynağı olublar: “Biz ümid edirik ki, onları hökümətin digər bölmələri, o cümlədən, dövlət şirkətləri, baş idarələrdə, nazir müavinliyi kimi vəzifələrdə də görək”. Qərbi Azərbaycan vilayətində yaşayan türk fəal və araşdırmaçı Musa Aşüftə bütün bunların təsadüfi xarakter daşımadığını qeyd edir: “Məsud Pezeşkian ikinci turda İran Azərbaycanının üç sərhəd vilayəti olan Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbildə səslərin təqribən 85 faizini topladı. Bu seçimlərdə Pezeşkian bir islahatçı namizəd kimi təqdim olundu. Amma biz səsləri incələdiyimizdə birinci olaraq türk faktoru, ikinci olaraq İranın kənarlaşdırılmış kəsimlər faktorunu görə bilərik”. Onun sözlərinə görə, İran prezident seçkilərinin hər iki turunda türk kimliyinin təsiri İran Azərbaycanının əsas dörd vilayətində gözəçarpan bir şəkildə, ölkənin digər bölgələrində isə fərqli şəkillərdə görünüb: “Biz ümumən İrandakı türklərin seçim davranışını incələyib analiz edəndə, əsasən daha rəsmi şəkildə Azərbaycan olaraq tanınan dörd vilayəti birlikdə incələrik. Bir də daha geniş bir miqyasda daha geniş bir coğrafi çərçivədə Tehrana qədər uzanan vilayət və bölgələri incələrik. Çox təzadlardan və götür-qoy etdikdən sonra bu son tablo, yəni ikinci turun tablosu - türk bölgələrindən Pezeşkiana önəmli ölçüdə dəstək və onun prezidentliyi nəticəsi ortaya çıxdı... Məsud Pezeşkian uzun müddətdən sonra Azərbaycanın özünə daha yaxın hiss etdiyi bir namizəd idi, yəni aidiyyəti Urmiyəyə və Təbrizə olan, ömrünün önəmli bölümünü oralarda keçirmiş olan biri. Türk məsələsinə, mükəmməl də olmasa, doğru və haqlı bir tanımlama ilə baxan bir siyasətçinin göstərilməsi o bölgədə tarixdə heç kimsənin götürə bilmədiyi bir səsi götürməsinə səbəb oldu”. 

Musa Aşüftə hesab edir ki, Məsud Pezeşkianın idarəçilikdə də türk faktorundan istifadəsinə diqqət yetirməsi gözlənilir. Burada qeyd edək ki, Pezeşkian etnik azərbaycanlı olması ilə fəxr edir, özünün və uşaqlarının Azərbaycan dilində danışdığını açıq vurğulayır. Beləliklə, Ali rəhbərdən sonra ölkədə ikinci şəxs sayılan Prezidentin bu səpkidə cəsarətli addımlar atacağını proqnozlaşdırmaq olar. Pezeşkiandan həm daxili, həm də xarici problemlərin həllində gözləntilər böyükdür. Belə ki, yeni prezidentdən həm də ölkədə iqtisadi problemlərin həlli və Qərblə gərgin münasibətlərin yoluna qoyulması gözlənilir. Pezeşkian güney azərbaycanlıların ana dili və Urmiya gölünün quruması ilə bağlı illərlə etiraz etdiyi problemləri də həll edə bilər. Onun etnik azərbaycanlı olması yenicə mülayimləşən Azərbaycan-İran münasibətlərinin hansı istiqamətdə inkişaf edəcəyinə, o cümlədən İranda yaşayan güney azərbaycanlıların milli hüquqları ilə bağlı problemlərin həll ediləcəyinə inamı artırıb. Gözlənilir ki, Pezeşkian Azərbaycanla münasibətləri inkişaf etdirəcək. Son zamanlar Azərbaycan-İran münasibətlərində yeni mərhələ yaranıb. Əslində münasibətlərdə dönüş prezident İlham Əliyev İranın mərhum prezidenti Seyid İbrahim Rəisi ilə may ayında sərhəddə keçirdiyi görüşdə yaranmışdı. Təəssüf ki, bu görüşdən sonra Seyid İbrahim Rəisi helikopter qəzasında həlak oldu və proses bir qədər yubandı. İranda yeni prezident seçkilərindən dərhal sonra verilən yeni açıqlamalar, İran və Azərbaycan arasında əldə olunmuş razılaşmalar hazırda əsası qoyulan müsbət istiqamətlənmiş siyasətin davam edəcəyini göstərir. Bu, hər iki ölkənin marağına uyğundur. Burada bir daha xatırladaq ki, İranda ölkənin ali rəhbəri Əli Xamneyi sayılır. O, məhkəmə, ordu və media rəhbərlərini təyin edir, prezidentin seçildiyini təsdiqləyir. Prezident ən yüksək vəzifəli şəxsdir və ali liderdən sonra ikincidir. O, hökumətin gündəlik işinə cavabdehdir və daxili siyasətə və xarici siyasətə əhəmiyyətli təsir göstərir. Lakin onun səlahiyyətləri nisbətən məhduddur, xüsusən də təhlükəsizlik məsələlərində. Polis qüvvələrinin komandiri ali rəhbər tərəfindən təyin edilir və birbaşa onun qarşısında cavabdehdir. İstənilən halda isə İranda milli şüur əvvəlki illərlə müqayisədə xeyli dəyişib və hakimiyyət gec-tez müvafiq haqları vermək məcburiyyətində qalacaq.

Samirə SƏFƏROVA







VİDEO

Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi - Şarl Mişel - VİDEO

Paşinyan Lavrovun üzünə sərt qayıtdı... - VİDEO

Ermənistan indi də İranın marionetkası adlandırıldı... - VİDEO

Türk dünyasının 34 hərfdən ibarət ortaq əlifbası qəbul edildi - Bakıda tarixi qərar...

Azərbaycan və Rusiya Qərbin Ermənistandakı məkrli oyununu pozur...

“Azdrama”da Əlif Cahan - Ziya Ağa münaqişəsi - “qudurdanda belə olur"...

SON XƏBƏRLƏR

11.09.2024 | 19:07
Elmi əsaslar, müvafiq proqramlar üzərində qurulan inkişaf strategiyası...

11.09.2024 | 18:53
Erkin Qədirliyə görə saxtakar 6 məntəqə sədrinə cinayət işi açıla bilər...

11.09.2024 | 18:47
İlqar Məmmədov REAL-ın sədrliyindən istefa verdi

11.09.2024 | 18:39
Paşinyan Zəngəzur dəhlizi barədə mühüm məqamı kobudcasına təhrif etdi...

11.09.2024 | 18:38
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçıları Prezidentə müraciət etdi

11.09.2024 | 18:25
İnternetdə 100 Mb sürəti almaq üçün əlavə 25 manat da xərc çəkilməlidir...

11.09.2024 | 18:12
Bakıda avtobus zolaqlarının xeyirdən çox ziyan vurduğunu düşünənlər var...

11.09.2024 | 17:57
Paşinyan düz deyir? - 9 noyabr sənədinin 7 və 8-ci maddələrini kim pozub?

11.09.2024 | 17:44
Putin sərhədlər məsələsində Monqolustandan Paşinyana da söz atdı...

11.09.2024 | 17:30
Türk dünyasının 34 hərfdən ibarət ortaq əlifbası qəbul edildi - Bakıda tarixi qərar...

11.09.2024 | 17:24
İnanılmaz - Azərbaycanda "dirijorluq" ən bahalı ixtisaslardan imiş - izah verildi...

11.09.2024 | 17:11
Putinin Türkiyə səfərinin təxirə salınmasının səbəbi açıqlandı - Moskva onun təyyarəsini rus qırıcılarının müşayiət etməsini istəyir, ancaq...

11.09.2024 | 17:03
Banklarımız mənfəətə görə gürcülərə və ermənilərə uduzur - unikal səbəb var...

11.09.2024 | 16:50
22 saylı seçki dairəsində də 3 məntəqədə səsvermənin nəticələri ləğv edildi

11.09.2024 | 16:43
Əli Məmmədbağıroğlunun “XVII əsr Azərbaycan əlyazma kitabı” çapdan çıxıb

11.09.2024 | 16:18
MSK iki seçki məntəqəsində nəticələri ləğv etdi...

11.09.2024 | 15:50
Rəşadət zirvəsinin Xəyalı

11.09.2024 | 15:33
Rusiya ordusu Kurskda hücuma keçdi - 10 kənd geri qaytarıldı...

11.09.2024 | 15:18
BMU ilə İndoneziyanın dövlət universiteti arasında memorandum imzalanıb

11.09.2024 | 15:06
Prezident cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı sərəncam imzaladı

11.09.2024 | 14:35
Rusiya kəşfiyyatından şok iddia - ABŞ-la ATƏT razılaşdı, seçkidən əvvəl Gürcüstanı qarışdıracaqlar...

11.09.2024 | 14:21
Yasamalda marketdən oğurluğa cəhd edən şəxs saxlandı

11.09.2024 | 14:00
2-ci Qarabağ müharibəsi robotlaşdırılmış sistemlərlə qazanılmış ilk müharibə oldu - İsveçrə nəşri ordumuzdakı inqilabi dəyişikliklərdən yazdı

11.09.2024 | 13:44
İsmayıllıda meşədə çətənə kolu yetişdirən şəxs tutuldu

11.09.2024 | 13:29
Bakıda müğənnini toyda fonoqram ifa etdiyi üçün döydülər...

11.09.2024 | 13:18
Hacıqabulda narkotiklərin qanunsuz dövriyyəsinə görə saxlananlar var...

11.09.2024 | 13:03
Политика - не шарлатанство, Пашинян - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.09.2024 | 12:48
"ABŞ 11 sentyabr terroru zamanı Azərbaycanın dəstəyini unutmayıb" - Səfirlik

11.09.2024 | 12:30
Azərbaycanda iqtisadi artım 4 faizi ötüb

11.09.2024 | 12:20
Naxçıvan istiqamətində mövqelərimiz yenə atəşə tutuldu

11.09.2024 | 12:00
Şəmkirdə yük maşını dərəyə aşıb

11.09.2024 | 11:57
"Sosial şəbəkələrdən asılılıq qorxunc həddə çatıb"

11.09.2024 | 11:30
Respublikaçılardan Baydenə çağırış- Rusiyanı vurmağa icaz ver!

11.09.2024 | 11:10
Nədən Ermənistan yarımçıq "sülh müqaviləsi"nə can atır? - CANLI

11.09.2024 | 11:05
Bir gündə 50 cinayətin üstü açılıb - DİN açıqladı

11.09.2024 | 11:00
Fransada 50 kişi kütləvi zorakılığa görə məhkəmə qarşısına çıxarılıb - ŞOK

11.09.2024 | 10:30
"Artıq aktrisalıq etməyəcəm" - "Titanik"in aktrisasından AÇIQLAMA

11.09.2024 | 10:20
Yolu keçən 15 yaşlı gənci maşın vurub

11.09.2024 | 10:16
Məsud Pezeşkian İraqda səfərdədir

11.09.2024 | 10:06
Rusiyalı komediya aktyoru həbs edildi - vətəndaşlara qarşı təhqiramiz zarafatlarına görə...

11.09.2024 | 10:00
ABŞ -dan Rusiya və İrana qarşı növbəti sanksiya - siyahıda 10 fiziki və 6 hüquqi şəxsin adı var

11.09.2024 | 09:30
Gürcüstan millisi albanları da devirdi - gözümüzə "su verək"...

11.09.2024 | 09:27
Bank əmanətləri azalıb, Mərkəzi Bankın "Naxçıvanbank" izahı qəbul olunmadı...

11.09.2024 | 09:20
Antoni Blinken Ukrayna və Polşa yolçusudur

11.09.2024 | 09:16
Kamala Harris və Donald Tramp arasında ilk debat keçirilib

11.09.2024 | 09:10
Xocalıda yanğın baş verib - FHN məlumat yaydı

11.09.2024 | 09:06
Daha 18 ailə Laçına köçürüldü

11.09.2024 | 09:00
Bu ölkə Türkiyə üzərindən qaz almağa hazırlaşır

11.09.2024 | 08:40
Elə rayonlarımız var ki, ötən 6 ayda 1 yeni iş yeri açılmayıb - 45-in 36 mini Bakıya aiddir...

11.09.2024 | 00:17
ABŞ Rusiyaya ballistik raketlər verdiyinə görə İrana sanksiya tətbiq etdi - 5 gəmi müsadirə ediləcək...

10.09.2024 | 23:40
Paşinyandan Rusiyaya daha bir zərbə - Aİ-yə üzvlük prosesinə başlamaq imkanını nəzərdən keçiririk...

10.09.2024 | 21:41
MEDİA və AzTV birgə layihəyə start verdi

10.09.2024 | 21:05
Azərbaycanla saziş məsələsində erməni rəsmiləri dərin ziddiyyətlər içindədir...

10.09.2024 | 20:47
Azərbaycan və Rusiya Qərbin Ermənistandakı məkrli oyununu pozur...

10.09.2024 | 20:32
İran Ermənistanı, Borrel İranı dəstəklədi - təsadüf, ya..?

10.09.2024 | 20:17
Makron yeni parlament seçkisinə məcbur edilir - ən güclü müxalifət şərt qoydu...

10.09.2024 | 20:04
Prezident İlham Əliyevin rəsmi "Instagram" səhifəsində COP29-a hazırlıqla bağlı aparılan işlərin görüntüləri paylaşıldı - VİDEO

10.09.2024 | 20:00
Zəngəzur dəhlizinə görə Rusiya ilə qarşıdurma İrana baha başa gələcək...

10.09.2024 | 19:59
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik etdi

10.09.2024 | 19:44
“Azdrama”da Əlif Cahan - Ziya Ağa münaqişəsi - “qudurdanda belə olur"...

10.09.2024 | 19:30
İrəvanda Azərbaycana şərt hazırlanır - “separatçıları azad edin, COP-a gələk”...

10.09.2024 | 19:20
Paşinyan saziş layihəsini və üçtərəfli bəyanatı açıq-aşkar təhrif etdi - Azərbaycan XİN-dən ifşaedici açıqlama...

10.09.2024 | 19:16
Zəngəzur dəhlizi yalnız İranın razılığı ilə açıla bilər? - "SEPAH-ın iddiaları şişir"...

10.09.2024 | 19:02
Saxta avtomobil hissələri - bazar xaos icərisində, bu heç kimi qayğılandırmır...

10.09.2024 | 18:51
Ermənistanın konstitusiyadan başqa da dəyişməli olduğu vacib sənədlər var...

10.09.2024 | 18:36
İrəvandan yarımçıq saziş mətni, ardınca “imzalaya bilərik” təklifi - yeni oyun başladı?

10.09.2024 | 18:28
Formula 1 Azərbaycan Qran-Prisinə bütün biletlər satılıb

10.09.2024 | 18:22
Separatçıların İrəvandakı ofisinin bağlanması hələ uzanır...

10.09.2024 | 18:15
Batumi Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin görüşü keçirildi - üçtərəfli protokol imzalandı

10.09.2024 | 18:08
Rəsmi İrəvan ermənilərin Qarabağa qayıdış ideyasından əl üzdü, bəzi Qərb dairələri hələ də...

10.09.2024 | 17:53
Azərbaycanda "karbon vergisi" tətbiq olunacaq - ekoloji və yaşıl vergilər dövrü başlayır...

10.09.2024 | 17:40
Azərbaycan Milli Paralimpiya komandasının üzvləri təltif edildi

10.09.2024 | 17:39
Dini tolerantlıq - bütün bölgələrə, bütün dinlərə, bütün ibadətgahlara eyni yanaşma...

10.09.2024 | 17:37
Prezident Paralimpiya Oyunlarının medalçılarını mükafatlandırdı

10.09.2024 | 17:30
DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsi bir ayda 352 kq narkotiki dövriyyədən çıxardı

10.09.2024 | 17:25
Bakı-İrəvan sazişi Astanada imzalana bilər - Ermənistan hələ cavab verməyib...

10.09.2024 | 17:15
Perinatal Mərkəzdəki dəhşətli yanğınla bağlı iş məhkəməyə göndərildi

10.09.2024 | 17:12
Xaricdə yaşayan alimlərimizin fəaliyyətinə ölkə içindən alim baxışları...

10.09.2024 | 16:58
Nazir Əmrullayevin fikrinə alimlərin yanaşması - elmdə "ürəkaçmayan" nələr var...

10.09.2024 | 16:45
"Şikayətiniz varsa, göndərin, sabah axırıncı gündür" - MSK sədri

XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30