Amerika vətəndaşına Yerevanda mühüm vəzifə verildi- Rusiya etiraz etdi...
Qərb ölkələrinin Ermənistanda getdikcə güclənən təsir imkanları Moskvada ciddi etirazla qarşılanır. Xüsusilə İrəvanda reallaşdırılan son kadr təyinatları Rusiya XİN tərəfindən "mənfi hadisə" kimi qiymtləndirilib. “Qərb dövlətlərinin Ermənistanın media resurslarına təsirinin artması hər bir ölkə kimi yaxşı heç nəyə gətirib çıxarmayacaq.” Bunu brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Andrey Nastasin deyib. Bu barədə Ermənistanın İctimai Radiosu məlumat yayıb.
A. Nastasin, “Azadlıq” radiosunun keçmiş əməkdaşı, ABŞ vətəndaşı Armen Koloyanın icraçı direktor vəzifəsinə təyin edilməsini şərh edərkən bildirib ki, hər bir ölkə kimi Ermənistanın media resurslarına Qərbin təsirinin artması yaxşı heç nəyə gətirib çıxara bilməz.
Nastassin əlavə edib ki, ABŞ və Qərb hər yerdə ictimai rəyi Rusiyaya qarşı yönəltmək məqsədi güdür. “Onlar çoxəsrlik Rusiya-Ermənistan dostluğunun əhəmiyyətini və Moskvanın Ermənistana tam fərqli sahələrdə göstərdiyi və göstərməkdə olan yardımını azaltmaq istəyirlər”, - o qeyd edib.
Mətləb Salahov