Sel Qubada körpünü uçurdu
İntensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları Quba-Xınalıq avtomobil yolunun 42-ci kilometrində Əlikçayın üzərində yerləşən və 20 ildən çox tarixə malik avtomobil körpüsünün uçmasına səbəb olub.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, körpünün uçması ilə Xınalıq, Bostankeş, Haput, Cek, Əlik, Qəley-Xudat kəndlərinin rayon mərkəzi ilə əlaqə tam kəsilib.
“Dərhal əraziyə AAYDA –nın xüsusi texnikaları və canlı qüvvəsi cəlb olunub, ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb. Hazırda təbii fəlakət nəticəsində dəymiş ziyanın aradan qaldırılması istiqamətində işlər aparılır. Sürücülər alternativ olaraq Alpan-Susay-Xınalıq yolundan istifadə edə bilərlər”, - deyə məlumatda bildirilir.
ZÜMRÜD