Qubada sel körpünü uçurub
Quba rayonunda sel körpünü uçurub, altı kəndin rayon mərkəzi ilə əlaqəsi tam kəsilib. Belə ki, Quba-Xınalıq yolunun 42-ci kilometrində yerləşən Əlikçayın üzərindəki körpü uçub. Məlumata görə, iyulun 28-dən başlayaraq yağan güclü yağışlardan əmələ gələn sel körpünü uçurdub.
Nəticədə Xınalıq, Bostankeş, Haput, Cek, Əlik, Qəley-Xudat kəndlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Qeyd olunur ki, hava şəraiti ilə əlaqədar körpünün bərpa edilməsi işlərinə hələ başlanılmayıb.
Mətləb