İlin sonuna kimi Xocavəndə 53 ailə köçürüləcək - Prezidentin xüsusi nümayəndəsi
Bu ilin sonuna kimi Xocavəndə 53 ailənin köçürülməsi nəzərdə tutulub. Bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov Şuşada keçirilən “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə çıxışı zamanı deyib.
Emin Hüseynovun sözlərinə görə, Xocavənd şəhərinə bitişik kənd Xocavənddə də hazırda təmir işləri aparılır.
Mətləb Salahov