Sumqayıtda yolu keçən qadını "Jiquli" vurub
Sumqayıt şəhərində gecə saatlarında "Vaz 2107" markalı avtomobilin vurduğu piyadanın şəxsiyyəti məlum olub. Belə ki, 1957-ci il təvəllüdlü Gülüstan Əhməd qızı Əhmədova yolu keçmək istəyərkən İntiqam Mirzəyevin idarə etdiyi “Vaz 2107” markalı avtomobil onu vurub.
Piyada hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
Mətləb