Azad edilmiş ərazilərdə sahibkarlar üçün güzəştlər tətbiq edilir - Mikayıl Cabbarov
"Ağdam Sənaye Parkı rezident sayına görə ölkədə Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci sənaye parkıdır." Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Şuşada keçirilən “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, əsas məqsəd işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasıdır: “Azad edilmiş ərazilərdə minlərlə iş yeri yaradılıb və bunun çox hissəsi özəl sektorun payına düşür”. Nazir bildirib ki, azad edilmiş ərazilərdə sahibkarlar üçün güzəştlər tətbiq edilir.
Mətləb Salahov