Bu səhər Lerikdə zəlzələ olub
Lerik rayonunda zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, Lerik stansiyasından 27 km şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb. Yeraltı təkanların Maqnitudası 5 bal, dərinliyi 18 km olub.
Zəlzələ episentrdə 5 bala yaxın, Lerik, Lənkəran, Astara, Yardımlı, Masallı və Cəlilabad rayonlarında 4 bal, digər rayonlarda 3 bal gücündə hiss olunub.
Mətləb