KÖHNƏ VERSİYA            

İsrail-İran savaşı bu dəfə qaçılmaz oldu...

Image

Yaxın Şərqdə cərəyan edən proseslər yaxın tezlikdə burada genişmiqyaslı müharibənin başlama ehtimalının indi olduqca yüksək olduğunu göstərir. Hətta ekspertlər barəsində illərdir bəhs edilən İsrail-İran savaşının bu il başlaya biləcəyini belə istisna etmirlər. 

ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Çarlz Braun qeyd edir ki, İsrailin Livana müdaxiləsi İran və onun dəstəklədiyi silahlı qruplaşmaların iştirakı ilə genişmiqyaslı münaqişəyə çevrilə bilər.

Onun sözlərinə görə, İran “Hizbullah” terror təşkilatını HƏMAS-dan daha fəal dəstəkləməyə meyllidir, xüsusən də birincinin ciddi təhlükə altında olduğunu hiss edərsə: “Ümumi imkanlar, raketlərin sayı və bu kimi şeylərə gəlincə, “Hizbullah” HƏMAS-dan daha yüksək döyüş qabiliyyətinə malikdir. Məncə, İran “Hizbullah”a daha çox dəstək verməyə meylli olacaq”. İsrail baş naziri Benyamin Netanyahu bundan əvvəl söyləmişdi ki, Fələstinin radikal HƏMAS hərəkatına qarşı müharibənin intensiv mərhələsi tezliklə başa çatacaq və ordunun diqqəti Livanla sərhədə yönələcək. Elə bu fonda “The Associated Press” yazır ki, Yaxın Şərqdə İranın dəstəklədiyi qruplardan minlərlə döyüşçü Livana gələrək Birləşmiş Ştatların terrorçu saydığı “Hizbullah” silahlı qruplaşmasına qoşulmağa hazır olduğunu bildirib. İranın dəstəklədiyi qrupların təmsilçiləri və təhlilçilər deyir ki, “Hizbullah” ilə İsrail arasında münaqişənin müharibəyə çevriləcəyi təqdirdə bu döyüşçülər ikinciyə qarşı vuruşmağa hazırdırlar.  Bir daha xatırladaq ki, ABŞ və bir sıra Qərb ölkələrinin terror qurumlarının siyahısına daxil etdiyi HƏMAS-ın İsrailə hücum etdiyi ötən ilin oktyabrından bəri tez-tez İsrail-Livan sərhədində atışmalar baş verir. Bu ay İsrailin hava zərbəsi ilə Livanın cənubunda “Hizbullah”ın bir yüksəkrütbəli hərbi komandirinin öldürülməsindən sonra vəziyyət daha da gərginləşib. “Hizbullah” bu  hücuma İsrailin şimalına yüzlərlə raket və dron zərbəsi endirməklə cavab verib. İsrail rəsmiləri “Hizbullah”ı danışıq yolu ilə sərhəddən uzaqlaşdırmağın yolu tapılmasa, Livana hərbi hücuma başlayacağı ilə hədələyib. Burada qeyd edək ki, son 10 il ərzində İrandan dəstək alan, Livan, İraq, Əfqanıstan və Pakistandan olan döyüşçülər Suriyada 13 il sürən münaqişədə bu ölkənin prezidenti Bəşər Əsədi dəstəkləmək üçün birlikdə döyüşüblər. Bu qrupların təmsilçiləri deyir ki, onların döyüşçüləri bu dəfə də İsrailə qarşı birləşə bilərlər. “Hizbullah”  lideri Həsən Nəsrulla ötən həftə çıxışında deyib ki, İran, İraq, Suriya və Yəməndən olan döyüşçülərin liderləri daha əvvəl də “Hizbullah”a kömək məqsədilə on minlərlə döyüşçü göndərməyi təklif ediblər. Ancaq o əlavə edib ki, “Hizbullah” ın özünün 100 mindən artıq döyüşçüsü var: “Biz onlara dedik ki, çox sağ olun, ancaq özümüzdə olan say bizə çoxdur”.  Nəsrulla əlavə edib ki, döyüşün indiki formasında “Hizbullah”ın canlı qüvvəsinin sadəcə bir hissəsi prosesə cəlb edilib. Ancaq tam müharibə qızışarsa, bu durum dəyişə bilər.

Livan və İraqdan olan, rəsmi Tehranın himayə etdiyi qrupların nümayəndələri deyir ki, müharibə başlayacağı təqdirdə regionun hər yerindən İranın dəstəklədiyi döyüşçülər Livan-İsrail sərhədinə toplanacaq. Oktyabrın 7-də İsrail-HƏMAS müharibəsinin başlanmasından bəri bu qrupların bəziləri artıq İsrail və müttəfiqlərinə hücumlar təşkil edib. “Müqavimət oxu” adlandırılan bu birliyə daxil olan qrupların nümayəndələri “arenaların birliyi strategiyası”ndan istifadə etdiklərini və yalnız İsrail Qəzzada onların müttəfiqi HƏMAS-a qarşı hücuma son qoyduğu təqdirdə dayanacaqlarını deyirlər. İraqda İranın dəstəklədiyi qruplardan birinin nümayəndəsi anonimlik şərti ilə “The Associated Press”in Bağdad müxbirinə deyib ki, onlar tərəfdən bəzi məsləhətçilər artıq Livandadır. “Hizbullah” üzrə ekspert Qasım Qasir də bu  fikirlə razıdır ki, hazırkı döyüşlər, əsasən, raket kimi yüksək texnologiyalara əsaslandığı üçün çox sayda döyüşçüyə ehtiyac duyulmur. Ancaq o deyir ki, genişmiqyaslı müharibə başlayacağı və uzun müddət davam edəcəyi təqdirdə “Hizbullah” Livanın xaricindən dəstək almağa ehtiyac duya bilər. Xarici döyüşçülərin mümkün axınından İsrail də xəbərdardır. İsrail Xarici İşlər Nazirliyinin siyasi planlaşdırma şöbəsinin keçmiş rəhbəri Eran Etzion  Vaşinqtonda yerləşən Yaxın Şərq İnstitutunda keçirilən panel müzakirədə çoxcəbhəli müharibə ehtimalının yüksək olduğunu düşündüyünü söyləyib. O deyib ki, husilərin, İraq döyüşçülərinin müdaxiləsi, həmçinin Əfqanıstan, Pakistan da daxil olmaqla bir çox yerdən cihadçıların Livana və Suriyanın İsraillə həmsərhəd ərazilərinə kütləvi axını ola bilər. İsrail ordusunun sözçüsü Daniel Haqari a bildirib ki, “Hizbullah” oktyabrın 8-də onlara qarşı hücumlara başladıqdan bəri ölkələrinə 5 mindən artıq raket, tank əleyhinə raket atıb və dron göndərib: “Hizbullah”ın artan aqressiyası bizi daha geniş eskalasiyanın astanasına gətirib çıxarır. Bu eskalasiyanın Livan və bütövlükdə region üçün dağıdıcı nəticələri ola bilər. İsrail bütün cəbhələrdə İranın şər oxuna qarşı vuruşmağa davam edəcək”. “Hizbullah” rəsmiləri isə İsraillə geniş müharibə istəmədiklərini, ancaq müharibə başlayacağı təqdirdə ona hazır olduqlarını deyiblər. “Hizbullah” liderinin müavini Naim Qasım bildirib: “Biz qərara gəlmişik ki, nə qədər məhdud olur-olsun, istənilən ekspansiya bu cür hərəkətin qarşısını alan ekspansiya ilə üzləşəcək və İsrailə ağır itkilər verdirəcək”. Birləşmiş Millətlər Təşkilatının Livan üzrə xüsusi əlaqələndiricisi Janin Hennis-Plassxart və bu qurumun sülhü qoruma qüvvələrinin komandiri general-leytenant Aroldo Lasaro birgə açıqlamalarında bildiriblər ki, qəfil, geniş münaqişəyə yol açan yanlış hesablama təhlükəsi çox realdır. Xatırladaq ki, İsraillə “Hizbullah” arasında ən son genişmiqyaslı münaqişə 2006-cı ilin yayında olub. O zaman tərəflər arasında 34 günlük müharibədə Livanda 1200, İsraildə isə 140 nəfər şəxs həlak olmuşdu. Sonuncu toqquşmaların başlanmasından bəri Livanda 400-dən çox adamın öldüyü bildirilir. Onların əksəriyyəti döyüşçülər olsa da, 70 nəfərin mülki şəxs olduğu vurğulanır. İsrail tərəfdənsə 16 əsgər və 11 mülki şəxs öldürülüb. Sərhədin hər iki tərəfində on minlərlə insan yaşayış yerlərini tərk edib.

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031