KÖHNƏ VERSİYA            

Qarabağda kilsənin məscidə çevrilməsi növbəti ağ erməni yalanıdır...

Image

Faiq İsmayılov: “Hansısa bir kilsənin, bir məbədin, bir bazilikanın, bir sövmənin kilsə formatından çıxarılıb məscidə çevrilməsi xalqımızın, mütəxəssislərimizin düşüncəsində belə yoxdur”    

Erməni yalanları bitib-tükənmək bilmir, günü-gündən yeniləri “doğulur”. Növbəti “ölü doğulan” yalanlardan birini də bu günlərdə ortaya atıblar. 

Ermənistan Milli Assambleyadakı “Mənim şərəfim var” fraksiyasının üzvü Hayk Mamicanyan iddia edib ki, Azərbaycanın Hadrutdakı “Surb Astvatsatsin” “erməni kilsəsi” guya Azərbaycan hakimiyyəti tərəfindən dəyişdirilərək məscidə çevrilib. Guya kilsənin “erməni və xristian irsi silinib”.

Məsələ burasındadır ki, XII əsrə aid olan və Hadrutun Hünərli kəndində yerləşən bu kilsə erməni kilsəsi deyil, qədim alban xristian kilsəsidir. İşğal dövründə qondarma “Tsakuri” adı verdikləri bu kənddə mövcud olan xristian irsinin ermənilərlə heç bir əlaqəsi yoxdur. Sadəcə, onlar işğal dövründə o kilsələri saxtalaşdırmaqla məşğul olub. Onu da vurğulayaq ki, hələ 2021-ci ildə  Qafqazdakı Alban Həvarilər Müstəqil Kilsəsinin varisi olan Alban-Udi xristian dini icması erməni işğalından azad ediləndən sonra Hadrut qəsəbəsində yerləşən "Ağ xaç" kilsəsini ziyarət edərkən icma sədri Robert Mobili bəyan etmişdi ki, ermənilər Hadrutdakı bütün alban irsini saxtalaşdırıblar, kilsələri heç bir əsas olmadan erməniləşdiriblər. İcma sədri ermənilərin bu saxtalaşdırma addımlarını kəskin pisləmişdi.  

İndi də erməni tərəfi utanmadan yalandan iddia edir ki, guya Hadrutdakı kilsəni Azərbaycan məscidə çevirib.

Niyə, bizim öz məscidlərimiz azdır ki, ermənilərin girib-çıxdığı yeri özümüz üçün məscidə çevirək? Erməni kilsəsi başdan-ayağa oğurluqdur, nadürüstlükdü, haramçılıqdı. Bunlar alban kilsələrini saxtalaşdıraraq “erməni kilsəsi” ediblər. Biz isə heç zaman kilsələri məscid etmərik. Məscid halallıq əlamətidir, elə saxta erməni kilsəsi xaric, kilsələr də müqəddəs yerdir. Oğurluq kilsənin üzərində məscid qurmaq Azərbaycana yaraşmaz, bu, Azərbaycanın tərzi deyil. Azərbaycan dövləti ərazisindəki bütün xristian irsinə qayğı və diqqətlə yanaşır, onları qoruyur. 

“Erməni tərəfin bu uydurmaları böhtan xarakterlidir” 

Erməni yalanlarına şərh verən AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı, maddi-mədəni irs üzrə ekspert Faiq İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, bu, heç bir əsası olmayan, şər-böhtan xarakterli bir iddiadır.  “Azərbaycan dövləti Hadruta keçmiş məcburi köçkünlərin qayıdışını hələ həyata keçirməyib. Çünki proses mərhələli şəkildə gedir, ora da növbə çatacaq. Hadrutda hansısa “Surb Astvatsatsin” adlı kilsənin olduğu, bu adın hansı mənbədən götürüldüyü mənə məlum deyil. Ona görə ki, işğal dövrünə qədər heç bir mənbədə, heç bir mətbuat orqanında Hadrut bölgəsində bu adda kilsənin olduğu qeyd olunmayıb. Ümumiliklə, Qarabağda Amaras, Gəncəsər, Xudavəng, Ağoğlan, Ağkilsə və sairləri var ki, onlardan kilsə, monastır kimi istifadə olub. Adı olanlar bunlardır, qalanlarının adına rast gəlməmişəm, yoxdur. Onların kilsə dediklərinin çoxunu biz sövmə, bazilika adlandırırıq. Onların da böyük əksəriyyətindən kəndlərdə Sovet dövründə anbar kimi istifadə olunurdu. Qarabağdakı kilsələr, monastırlar Azərbaycana məxsusdur. Mənim araşdırmalarıma görə, onların sayı 72-dir, amma Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bunun 67 olduğunu qeyd edir. Biz onlarla danşırıq, əlaqə saxlayırıq, bu qurumun siyahsında da 72 rəqəmi görsənəcək. Bizim öz məscidlərimiz var və Azərbaycan dövləti onları bərpa edir. Hansısa bir kilsənin, bir məbədin, bir bazilikanın, bir sövmənin kilsə formatından çıxarılıb məscidə çevrilməsi xalqımızın, dövlətimizin, mütəxəssislərimizin düşüncəsində belə yoxdur.  Birincisi, kilsə ilə məscidin memarlıq quruluşları fərqlidir. İkincisi də, bu kilsədirsə o da Allaha ibadət edilən bir məkandır, biz onu da qoruyuruq. Azərbaycanda yaşayan digər xalqların mədəni və dini irs nümunələrini göz bəbəyimiz kimi qoruyuruq”-deyə F.İsmayılov bildirdi. 

O hesab edir ki, vətəndaşlarımız olan başqa xalqlara məxsus olan mədəni-dini abidələr Azərbaycan dövlətinin irsidir. O qeyd etdi ki, hansısa bir dini tikilinin formasını dəyişmək, üzərindən yazıları silmək kimi məsələlər ermənilərə məxsus olan xüsusiyyətdir: “Bu, ermənilərin xarakterinə uyğundur, bizim yoxdur. Əlimdə fakt var ki,   təxminən 55 alban dövrü memarlıq abidəsini ermənilər “erməni kilsəsi statusunda” təbliğ edirlər. O kilsələrin böyük əksəriyyətinin xarici qurluşunu tamamilə dəyişdiriblər. O məbədlərin indiki şəkilləri ilə köhnə şəkilləri üz-üzə qoyanda bu fərqi hər bir insan görə bilir. Bu baxımdan, Azərbaycanda kilsənin məscidə çevrilməsi ənənəsi yoxdur. Tikiriksə orada elə məscid tikərik, niyə kilsəni məscidə çevirək ki? 

Orada əgər məscid tikilərsə, birinci əhali ora köçürülməli və yerləşdirilməli, sonra isə ibadət məsələsi həll edilməlidir. Hesab edirəm ki, erməni tərəfin bu uydurmaları böhtan xarakterlidir. Çünki Azərbaycan dövlətinin, alimlərinin, mütəxəssislərin başqa xalqların adına olan, onlara məxsus hansısa bir abidənin formasını dəyişib məscid formatına salması mümkünsüz bir məsələdir”-deyə F.İsmayılov qeyd etdi. 

İradə SARIYEVA  







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031