KÖHNƏ VERSİYA            

Ermənilər AŞPA-da hələ "öz müqəddəratının təyini" xülyasından əl çəkməyib...

Image

Akif Nağı: “Azərbaycan ermənilərin üzdəniraq “öz müqəddəratını təyinetmə hüququnu” heç zaman tanımayıb, indən sonra da ümumiyyətlə tanımaq ehtimalı yoxdur”

Ermənistanda hələ də elə qüvvələr var ki, mövcud reallığı dəyərləndirə və “qatarın çoxdan getdiyini” dərk edə bilmirlər, boyat bayatılar çağırmaqda davam edirlər. Yenə də havadarlarının onlara yaratdığı şəraitdən istifadə edib müxtəlif platformalarda öz xülyalarını dilə gətirirlər. 

Bildiyimiz kimi, AŞPA ermənilərə həmişə arxa-dayaq çıxıb və indi də ermənipərəst mövqeyini davam etdirir. Odur ki, hər zaman erməni rəsmiləri, deputatları AŞPA-nın tribunasından Azərbaycana qarşı əsassız iddialar səsləndirirlər. 

Emənistan Milli Assambleyadakı “Mənim şərəfim var” fraksiyasının üzvü Hayk Mamicanyan yazıb ki, AŞPA-nın plenar iclasında danışıb. Danışıb deyəndə, yenə də cəfəng fikirlər səsləndirib. 

Mamicanyan deyib ki, guya gec-tez “Qarabağ ermənilərinin” “öz müqəddəratını təyinetmə hüququ ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin liderləri tərəfindən 5 dəfə razılaşdırıldığı və bəyan edildiyi kimi reallaşacaq”. 

Doğrudan da bu boş bir xülyadır. Azərbaycan Prezidenti də dəfələrlə bəyan edib ki, ATƏT-in Minsk qrupu ölü bir qurumdur və onun heç bir hüquqi gücü, funksiyası yoxdur. Əslində, ATƏT-in Minsk qrupu faktiki olaraq fəaliyyətsiz, ölmüş bir təşkilatdır və çoxdan dəfn olunmalı olduğu halda, ermənilər hələ də onun tabutunu buraxmaq istəmirlər.

“ATƏT-in Minsk qrupu faktiki olaraq fəaliyyətsiz, ölmüş bir təşkilatdır və çoxdan dəfn olunmalı olduğu halda, ermənilər hələ də onun tabutunu buraxmaq istəmirlər” 

Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə şərhində “Azərbaycan ermənilərin üzdəniraq “öz müqəddəratını təyinetmə hüquqnu” heç zaman tanımayıb, indən sonra da ümumiyyətlə tanımaq ehtimalı yoxdur. Azərbaycan öz gücünə bütün problemləri həll edib. Ermənilər ATƏT-in Minsk qrupunun xortlayıb diriləcəyinə və geri qayıdacaqlarına, onların istəklərinə uyğun nələrsə olacağına ümid edirlər, amma bunlar hamısı boş xülyadır. Ermənilər həmişə xülyalarla yaşamağa üstünlük veriblər.   “Böyük Ermənistan”, “dünyanın ən qədim erməni əhalisi”  xülyası və sairlə yaşayıblar və hələ də nağıl aləmindən ayılmaq, real həyata qayıtmaq istəmirlər. Ona görə də onların bütün xülyaları iflasa məhkumdur. Paşinyan da onların nağıllar aləmindən oyanmalarına, utopiyadan uzaqlaşmalarına çalışır. Ona görə də real Ermənistan deyə bir ideya ortaya atıb. Onu Ermənistanda milli ideyaya çevirmək istəyir ki, bu gün nəyimiz varsa ona qane olub onun üzərində inkişaf etməliyik. Bu, Ermənistan cəmiyyətində böyük diskussiyalara səbəb olur, əksəriyyət on illərdi, bəlkə yüz illərdi bu erməni xəstəliyinə düçar olub və o xəstəlikdən xilas ola bilmir, utopik xəyallar qururlar. O cümlədən, Minsk qrupu ilə bağlı xəyallar yaradırlar. Başa düşmürlər ki, Azərbaycan artıq Minsk qrupunu heç nə sayır. Yəni Azərbaycan təkidlə bəyan edir ki, Minsk qrupu buraxılsın və Ermənistana da təklif edib ki, buna birgə təşəbbüs edək. Əvvəlcə, Paşinyan komandası buna razı idi və bir “şərt” qoyurdu ki, əvvəlcə sülh müqaviləsi imzalansın, sonra Minsk qrupuna ehtiyac olmayacaq. Yəni bununla da erməni hiyləgərliyini göstərməyə çalışırlar ki, guya bizi arxayın salsınlar, sülh müqaviləsini imzalayandan sonra  Minsk qrupunun buraxılmasını müxtəlif bəhanələrlə uzatsınlar”-deyə bildirdi. 

A.Nağının qeyd etdiyinə görə, bu məsələdə Azərbaycanın  mövqeyi aydındır, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan mövqeyini birmənalı olaraq ifadə etdi və bəyan etdi ki, Minsk qrupuna heç bir ehtiyac yoxdur: “Minsk qrupu həmsədrləri bir neçə dəfə regiona səfər etdilər. Azərbaycan Prezidenti açıq şəkildə onların qarşısına məsələ qoydu ki, bizim artıq buna ehtiyacımız yoxdur, biz sizi dəvət etməmişik, siz niyə gəlmisiniz, izah edin görək nə fikriniz var. Faktiki olaraq da o dövrdə daha çox ABŞ çalışdı ki, Minsk qrupu həmsədrləri fəaliyyətini davam etdirsin, Rusiya da ona cəhd edirdi. Amma sonradan Azərbaycanın mövqeyi ilə Amerika da, Rusiya da, Fransa da hesablaşdı. Onlar bir müddət regiona səfər edən köhnə həmsədrləri “həmsədr” kimi qələmə verməyə çalışırdılar, sonradan regiona gələn hər bir nümayəndəni fərqli şəkildə adlandırdılar. Məsələn, Rusiya tərəf ona Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair xüsusi nümayəndəsi, Amerika ABŞ Dövlət Departamentinin Cənubi Qafqaz danışıqları üzrə ali müşaviri, Fransa da Fransa Xarici İşlər Nazirliyinin mümayəndəsi adını qoydu. Bu şəkildə bu davam edir. Ona görə də yenidən Minsk qrupunun bərpa olunması, orda “ermənilərin öz müqəddaratını təyin etmə hüququnun” ortaya atılması mənasız bir şeydir. Hətta rəqəm də bildirirlər ki, guya Minsk qrupu həmsədrləri 5 dəfə buna razılaşıblar. Bu rəqəmi hardan götürüblər? Saxta, uydurma bir rəqəmdir. Heç bir vaxt elə məsələ olmayıb, heç zaman Minsk qrupunun sənədlərində “öz müqəddəratını təyin etmə hüququ” ortaya ciddi şəkildə qoyulmayıb. Məsələ o şəkildə qoyulurdu ki, dövlətlərin ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə hüququ. İkisinin də adı çəkilirdi. Bir neçə dəfə də həmsədrlərin özləri tərəfindən vurğulanmışdı ki, dövlətlərin ərazi bütövlüyü daha üstün prinsipdir, o əsas götürülməlidir. Millətlərin öz müqəddəratını təyin etmə hüququ ilə bağlı o dövrdə də Minsk qrupu həmsədrləri, bir sıra beynəlxalq ekspertlər belə tövsiyyə edirdilər ki, əgər Qarabağda, Azərbaycanda yaşayan ermənilərin öz müqəddəratını təyin etmə hüququndan danışırlarsa, bu, Azərbaycanın sərhədləri daxilində olmalıdır, Azərbaycanın sərhədlərindən və qanunlarından kənar hər hansı bir öz müqəddəratını təyin etmə hüququ ola bilməz. Məsələ belə qoyulurdu. İndi də onların heç bir yanaşmasına  ehtiyacımız yoxdur. Azərbaycan öz ərazisində öz qanunları çərçivəsində öz işini görür və beynəlxalq təşkilatlar da, böyük dövlətlər də birmənalı şəkildə  Azərbaycanın mövqeyi ilə hesablaşırlar. Ermənilərin boş və mənasız xülyalarla yenidən özlərini aldatmasının yeri yoxdur”. A.Nağı əlavə etdi ki, dəfələrlə deyildiyi kimi, onlar Azərbaycanın qanunlarına, mövqeyinə uyğun, Azərbaycana və Türkiyəyə sığınmaqla, himayəsini qəbul etməklə öz gələcəklərini qura bilərlər. “Bunun başqa bir yolu, bir perspektivi, alternativi yoxdur. Bunu ermənilər başa düşməlidir. Nə qədər tez başa düşsələr, bəlkə azdan-çoxdan xeyirlərinə olar, əks halda yenə də uduza-uduza gedəcəklər”-deyə A.Nağı vurğuladı. 

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031