Rusiya 90 Ukrayna hərbçisini azad etdi
Ukrayna Rusiya ilə növbəti hərbi əsir mübadiləsi həyata keçirib. Ukraynanın 90 hərbçisi vətənə qayıdıb. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram səhifəsində yazıb. Prezidentin sözlərinə görə, əsirlikdən geri qaytarılanlar: Milli Qvardiyanın, Hərbi Dəniz Qüvvələrinin əsgərləri, terrorçulardan müdafiə döyüşçüləri və sərhədçilərdir. Onlar Mariupol və Çernobıl Atom Elektrik Stansiyasını müdafiəsində, həmçinin Xerson, Donetsk, Xarkov, Zaporojye və Luqansk istiqamətlərində döyüşüblər.
Öz növbəsində, Prezident Ofisi Aparatının rəhbəri Andrey Yermak bildirib ki, mübadilə nəticəsində “Azovstal”ın 52 müdafiəçisi azad edilib.
Mətləb