KÖHNƏ VERSİYA            

Dövlət bir çox şeyləri edir - lakin fermerlər hələ də heyvan sığortasından qaçır...

Image

Məlum olduğu kimi, ölkədə kənd təsərrüfatında çalışanlar və fermerlər üçün dövlət dəstəyi davamlı şəkildə genişlənir. Azərbaycanda aqrar sığorta mexanizmi vasitəsilə artıq kənd təsərrüfatı heyvanlarını da sığortalamaq mümkündür. Özü də kənd təsərrüfatı heyvanlarının sığortalanması üzrə tariflər aşağı salınıb.

 Aqrar Sığorta Fondunun İdarə Heyətinin qərarına  əsasən, heyvanların baza təminatlı və geniş təminatlı sığorta zərfi üzrə 1 illik sığorta tarifləri müvafiq olaraq 5,17% və 8,19% müəyyən edilib. Xatırladaq ki, buna qədər həmin tariflər müvafiq olaraq 6,1% və 9,5% həddində olub. Tariflərin aşağı salınması fermer və təsərrüfatlara heyvanları daha sərfəli şərtlərlə sığortalamağa imkan verir. Belə ki, son dəyişikliyə kimi qiyməti 1000 manat olan mal-qaranın baza zərfi və geniş təminat üzrə 1 illik sığortası 30,5-47,5 manata başa gəlirdi. Dəyişiklikdən sonra isə həmin şərtlərlə sığorta fermerlərə 26-41 manata başa gəlir. Qiyməti 300 manat olan xırdabuynuzlu heyvanların baza zərfi və geniş təminat üzrə 1 illik sığorta haqqı indiyədək 9-14 manat idisə, dəyişiklikdən sonra bu rəqəmlər daha da azalaraq 7,8-12,3 manata enib. Sığorta müqaviləsi uzun müddətə bağlandıqca, illik sığorta haqqı daha da azalır. Kənd təsərrüfatı heyvanlarının sığorta haqqının azalması fermerlərə və təsərrüfatlara daha sərfəli şərait yaradır. Qeyd edək ki, aqrar sığorta vasitəsilə kənd təsərrüfatı heyvanları yoluxucu xəstəliklər, ilan və ya həşərat sancması, zəhərli otlar, yemlər və kimyəvi maddələrin təsirindən zəhərlənmə, təbii fəlakətlər, yanğın, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri, eləcə də oğurluq, soyğunçuluq və quldurluq hallarından sığorta edilir. Aqrar Sığorta Fondu tərəfindən heyvanları tələf olan fermerlərə böyük ödənişlər edilir. Belə ki, 2022-ci ildə heyvanların sığortası üzrə fermer və təsərrüfatlara 710 min manat, 2023-cü ildə 910 min manat həcmində sığorta ödənişi edilib. Aqrar Sığorta Fondu tərəfindən təqdim edilən heyvan sığortasının əsas cəhəti onun güzəştli olmasıdır. Fermerlərə dəstək məqsədilə heyvanların sığorta haqqının 50 faizini dövlət ödəyir, nəticədə fermerlər cüzi ödənişlə heyvanlarını sığorta edə bilərlər. Sığortalanma üçün əsas tələblər heyvanın birkalı və peyvəndlənmiş olması, Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçməsi və təsərrüfatda müvafiq şəraitin yaradılmasıdır. Beləliklə, Azərbaycan dövləti fermerlərə mal-qaranı güzəştli şərtlərlə sığortalamağı təklif edir. Bununla da dövlət fermerləri bu işə təşviq etməyə çalışır. Amma bir çox fermerlər hələ də heyvan sığortasına pul xərcləmək istəmirlər. Məsələn, Beyləqan rayonunda heyvandarlıqla məşğul olan Nicat Əliyev adlə fermer “Azadlıq” radiosuna deyib ki, 50 baş qoyunun sığortalanması 450, 12 baş inəyin isə 400 manat pul tutur: “O da heyvanın qiymətindən asılıdır. Elələri var, daha ucuz, elələri var daha bahadır”. Onun sözlərinə görə, fermerlər sığortaya meyli deyil: “Adam bu pulu verər, bilsək ki, heyvan tələf olacaqsa, şirkət sığortanı ödəyəcək. Amma heyvan tələf olursa, bunun ölümünün sığorta şərtlərinə uyğun olmasını sübut etmək çətindir. Ona görə də kəndlilər buna getmir. Elə bil boşuna pulu havaya atırsan”.

Aqrar Sığorta Fondundan bildirilib ki, sığorta heyvanları çoxsaylı risqlərdən qoruyur: “Bura yoluxucu xəstəliklər, təbii fəlakətlər, zəhərlənmə, ilan və həşərat sancması, vəhşi heyvanların hücumu, üçüncü şəxslərin hərəkətləri aiddir. Baytar qulluğu zamanı heyvanların kimyəvi maddələrdən zəhərlənməsi, avtomobillə daşınma zamanı qəza, avtomobillə vurulma, elektrik cərəyanı vurması, hətta oğurluq və quldurluq halları da nəzərə alınır. Bu hallar nəticəsində heyvanlar tələf olarsa və ya məcburi kəsimə gedərsə, müvafiq qaydalara uyğun şəkildə fermerlərə sığorta ödənişi edilir”. Fonddan vurğulanıb ki, heyvanları tələf olan fermerlərə böyük ödənişlər edilir. Qurum yeni güzəştlərin detallarını isə belə açıqlayır: “Heyvanların sığorta haqqının 50 faizini dövlət ödəyir, nəticədə fermerlər cüzi ödənişlə heyvanlarını sığorta edə bilərlər. Məsələn, qiyməti min manat olan mal-qaranın sığortası fermerə seçilmiş zərfdən asılı olaraq 26-41 manata, 2 min manatlıq heyvanın sığortası 52-82 manata, 5 min manatlıq mal-qaranın sığortası isə 130-205 manata başa gəlir. Xırdabuynuzlu heyvanların sığorta haqqı daha kiçikdir – 300 manatlıq qoyun və ya keçinin sığortası sahibinə 8-12 manata, 500 manatlıq heyvanın sığortası isə 13-20 manata başa gəlir”. Kənd təsərrüfatı üzrə ekspertlər isə qeyd edir ki, bu işdə müstəqil ekspertlərin olması çox vacibdir. Onlar sığorta şirkətlərinin ekspertləri yox, müstəqil olmalıdır. Dövlət əgər 50 faiz ödənişləri öz üzərinə götürürsə, müstəqil hesab ediləcək ekspertlər, sığorta hadisəsinin həqiqətən də baş verməsini təsdiq edə biləcək mütəxəssislər dəvət olunmalıdır. Ekspertlər xatırladır ki, sığorta şirkəti sığortalamaların çox olmasını, bununla da gəlirlərinin artmasını istər. Qeyd edək ki, Azərbaycanda son illər mal-qaranın sayında azalmalar müşahidə edilir. Amma sığortadan geniş istifadə olunsa, vəziyyət dəyişə bilər.

Ramil QULİYEV







VİDEO

Pezeşkian Şahin Mustafayevlə görüşdə səhv etdi, ermənilər isə səhvdən yapışdı... - VİDEO

Türk dövlətlərinin vahid xəritə qərarı Rusiyada təşvişə səbəb oldu... - VİDEO

Paşinyanın yarımçıq saziş təklifi Rusiyada da sərt tənqid edildi - Bu, demaqogiyadır, özünü aldatmaqdır - VİDEO

Azərbaycandan İsrailə gedən neft kəmərləri hədəfimizdədir - İrandan hədə...

Paşazadənin təklifi - Dini Liderlərin Məşvərət Şurası erməni kilsəsinə qarşı...

Beynəlxalq Məhkəmə Azərbaycanın iddiası üzrə növbəti qərarını verəcək...

SON XƏBƏRLƏR

07.11.2024 | 01:37
Harris Trampı təbrik etdi, Bayden isə onu Ağ Evə dəvət etdi

07.11.2024 | 01:12
Rusiyadan Trampın qələbəsinə reaksiya - Harris bitdi, Ukraynaya zərbə...

06.11.2024 | 22:57
Tramp 3 adamdan qisas alacaq...

06.11.2024 | 21:35
OPEC+ qərar verdi - Azərbaycan rahat ola bilər...

06.11.2024 | 21:22
Azərbaycan Avropaya qaz nəqlini, Avropa Azərbaycana qərəzini artırır...

06.11.2024 | 21:07
Paşinyan Kobaxidzenin qələbəsini dərhal təbrik etdi - ilginc suallar var...

06.11.2024 | 20:55
ABŞ Konqresi tarixində ilk transgender qadın ....

06.11.2024 | 20:52
Türk Dövlətləri Təşkilatının Bişkek bəyannaməsi qəbul edildi - sədrlik Qırğızıstana keçdi...

06.11.2024 | 20:37
Lyayen Bakıya gəlmədi və Avropanın iqlim siyasətini ifşa etdi...

06.11.2024 | 20:24
“Anasına deyirdi səni şəhid anası edəcəm” - Gizir Cahan Məmmədzadənin bacısı...

06.11.2024 | 20:10
“Azərbaycanla Ermənistanın bu sazişi yaxşı bir şeyə gətirib çıxarmaz” - Lavrov nə deyir?

06.11.2024 | 19:57
Avropa Parlamentinin tarixi antiazərbaycan qətnamələri tarixidir - 2 ildə 8 qətnamə...

06.11.2024 | 19:44
Lənkəran “Türk dünyasının gənclər paytaxtı” elan edildi

06.11.2024 | 19:43
İrəvan çərçivə sazişindən imtina etdi - Bakının 11-ci paketi İrəvanda müzakirə olunur...

06.11.2024 | 19:29
Qaz lazım olanda Ursula Bakıya gəlmişdi, ancaq COP-a gəlmir...

06.11.2024 | 19:16
Tramp 2-ci dəfə qadın namizədi məğlub edərək prezident seçildi...

06.11.2024 | 19:07
Toylarda qazandığını tək ailəsinə xərcləmir ki... Manaf Ağayev barədə eşitmədiyiniz şeylər...

06.11.2024 | 18:54
Azərbaycandan İsrailə gedən neft kəmərləri hədəfimizdədir - İrandan hədə...

06.11.2024 | 18:40
Tramp gəldi - Ukrayna və Qəzza müharibələrini nələr gözləyir...

06.11.2024 | 18:36
“Şəfa cəbhəsi” filminin təqdimatı keçirilib

06.11.2024 | 18:33
Prezident İlham Əliyevin Qırğızıstana səfəri başa çatıb - FOTO

06.11.2024 | 18:25
Türk Dövlətləri Təşkilatı 3-cü dünya müharibəsi təhlükəsinə qarşı real güc kimi...

06.11.2024 | 18:17
“Şuşa Zəfərimizin rəmzi, Qələbəmizin zirvəsidir” - Vüqar Rəhimzadə

06.11.2024 | 18:12
Ermənistan Rusiyanı bu danışıqlardan da çıxarmaq istəyir...

06.11.2024 | 18:05
Ərazimizin tam suverenliyi dövlətimizin strateji hədəfi olub - Əhliman ƏMİRASLANOV yazır

06.11.2024 | 17:58
İqlim fəsadlarının demoqrafik duruma təsiri Azərbaycanda illər öncə gündəmə gətirildi...

06.11.2024 | 17:50
AMEA-da yazıçı Sadıq Qarayevin kitablarının təqdimatı keçirildi

06.11.2024 | 17:45
Paşazadənin təklifi - Dini Liderlərin Məşvərət Şurası erməni kilsəsinə qarşı...

06.11.2024 | 17:42
Mətbuat Şurası və BDU COP29 ərəfəsində Azərbaycana qarşı informasiya hücumlarının məqsədlərinə dair dəyirmi masa keçirib - FOTO

06.11.2024 | 17:32
Beynəlxalq Məhkəmə Azərbaycanın iddiası üzrə növbəti qərarını verəcək...

06.11.2024 | 17:25
Zəfər yolum: Füzuli - Mirqiyas Seyidsoylu yazır

06.11.2024 | 17:19
Dinlərin mənəvi potensialı iqlim dəyişmələrinə qarşı təsirli qüvvədir - Prezidentin yeni formulu...

06.11.2024 | 17:06
ABŞ-dan göndərilmiş siyahıda hansı həkimlərimizin adları var?..

06.11.2024 | 16:57
"44 Günlük Vətən Müharibəsindən sonra daxili sabitliyin təminatında yeni model: Polisin və Daxili Qoşunların rolu" mövzusunda konfrans keçirildi - FOTO

06.11.2024 | 16:51
Bələdiyyə seçkiləri yanvarın sonunda keçiriləcək - MSK sədri açıqladı...

06.11.2024 | 16:37
Hərbi Dəniz Qüvvələrinin taktiki təlimi keçirildi - FOTO/VİDEO

06.11.2024 | 16:35
COP29-la əlaqədar olaraq 50-dən çox təcili tibbi yardım briqadası yaradılıb

06.11.2024 | 16:25
COP29 iştirakçıları üçün taksi xidməti tətbiqlərində “COP29” menyusu yaradıldı

06.11.2024 | 16:11
Tramp ABŞ seçki tarixində 131 ildən sonra bir ilkə imza atdı... Klivlenddən sonra ikinci oldu

06.11.2024 | 16:03
"Azərbaycanın namizədliyini dəstəkləyən dövlətlərin bir çoxunun mediası indi ölkəmizə, COP ideyasına qarşı sistemli şəkildə anti-təbliğat aparırlar" - Natiq Məmmədli

06.11.2024 | 15:50
Baş nazir Əli Əsədov Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü

06.11.2024 | 15:40
Kobaxidze Əli Əsədova məktub göndərdi

06.11.2024 | 15:21
Ərdoğan Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağına ümidvar olduğunu bildirib

06.11.2024 | 15:08
Özbəkistan Türk dövlətlərinin strateji tərəfdaşlığı, əbədi dostluğu və qardaşlığı haqqında müqavilənin qəbulunu təklif etdi

06.11.2024 | 15:02
Yol Polisi Zəfər Günü tədbiri ilə əlaqədar sürücülərə müraciət etdi

06.11.2024 | 14:36
"Azərbaycan ABŞ ilə münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir" - Prezident

06.11.2024 | 14:33
Yük maşını ilə İrandan Rusiyaya narkotik daşıyan şəxs “Biləsuvar”da yaxalandı

06.11.2024 | 14:21
Prezident İlham Əliyev Trampı təbrik etdi

06.11.2024 | 14:10
"Qırğızıstan COP29-da Azərbaycanı hərtərəfli dəstəkləməyə hazırdır" - Sadır Japarov

06.11.2024 | 13:56
TDT-nin yeni bayrağı təsdiqləndi

06.11.2024 | 13:43
Şavkat Mirziyoyev Azərbaycana COP29-un uğurlu keçirilməsini arzuladı

06.11.2024 | 13:40
Dini liderlər Azərbaycan Prezidentinə təşəkkür etdilər

06.11.2024 | 13:28
Prezident İlham Əliyev Macarıstanın Baş nazirinin təltifolunma mərasimində iştirak edib - FOTO

06.11.2024 | 13:20
Dini Liderlərin Qlobal Bakı Sammitində COP29 iştirakçılarına müraciət ünvanlandı

06.11.2024 | 13:16
ABŞ-ın 47-ci prezidenti Tramp oldu... - YENİLƏNDİ

06.11.2024 | 13:03
Армяне, добровольно покинувшие Карабах, массово уезжают из Армении. В чем причина? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

06.11.2024 | 12:50
Dünya dini liderləri tərəfindən Bakı Bəyannaməsi qəbul edildi

06.11.2024 | 12:07
"Əminəm ki, TDT-yə üzv ölkələr COP29-un işində fəal iştirak edəcəklər" - Azərbaycan Prezidenti

06.11.2024 | 12:02
"Son dövrlər Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb" - Prezident

06.11.2024 | 12:00
Daha bir veteran cüdoçumuz dünya çempionu oldu

06.11.2024 | 11:56
"ABŞ tarixində qızıl dövr başlayır" - Donald Tramp qələbəsini elan etdi!

06.11.2024 | 11:56
Prezident Əliyev TDT Dövlət Başçıları Şurasının iclasında üzv ölkələr arasındakı hərbi əməkdaşlıqdan danışdı

06.11.2024 | 11:53
"Azərbaycan TDT-nin möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək" - Prezident

06.11.2024 | 11:30
Hikmət Hacıyev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

06.11.2024 | 11:16
İstanbulda FETÖ əməliyyatı - 8 şəxs saxlanılıb

06.11.2024 | 11:14
Xankəndi və Füzuliyə onlayn ticarət platformalarından edilən sifarişlərin çatdırılmasına başlanılıb

06.11.2024 | 11:10
"Bakı Sammitinin COP29 ərəfəsində keçirilməsi uğur hekayəsidir"

06.11.2024 | 11:08
Ursula Lyayen Azərbaycanla bağlı qərarı Almaniya və Fransanın təzyiqi ilə qəbul etdi....

06.11.2024 | 11:05
Prezident İlham Əliyev Bişkekdə TDT Dövlət Başçılarının 11-ci Zirvə Görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

06.11.2024 | 11:05
Çempionlar Liqası: “Bavariya” “Benfika”ya, “İnter” “Arsenal”a qarşı

06.11.2024 | 11:03
Noyabrın 10-da ermənilər 300 kilsəni Azərbaycana qarşı qaldıracaqlar - CANLI

06.11.2024 | 11:00
"Son dövrlərdə teleradioların sayının artması müsbət tendensiyadır" -Prezidentin köməkçisi

06.11.2024 | 10:55
Tramp irəlidədir - SON MƏLUMAT

06.11.2024 | 10:31
Bişkekdə Prezident İlham Əliyevin Ərdoğanla görüşü olub - FOTO/YENİLƏNDİ

06.11.2024 | 10:30
"Beşiktaş" bu gün Avropa Liqasında növbəti oyununa çıxır

06.11.2024 | 10:15
Tovuzda qadını avtomobil vurub öldürüb

06.11.2024 | 10:10
Dövlət Başçıları Bişkek görüşündə hansı məsələləri müzakirə edəcəklər?

06.11.2024 | 10:05
Ceyhun Bayramov Bişkekdə COP29-a hazırlıq barədə danışıb

06.11.2024 | 10:00
Bu gün Nərimanov rayonunun bir küçəsində qaz olmayacaq - XƏBƏRDARLIQ

06.11.2024 | 09:40
Ötən gün 45 cinayətin üstü açılıb - DİN açıqladı

XƏBƏR ARXİVİ

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930