ABŞ Departamenti Rusiyanın terrorizmə sponsorluq edən dövlət kimi tanınması təklifinə qarşı çıxdı - mənfi nəticələrə səbəb ola bilər
ABŞ Dövlət Departamenti Senat tərəfindən Rusiyanın terrorizmə sponsorluq edən dövlət kimi tanınması ilə bağlı qanun layihəsinin təqdim edilməsinə münasibət bildirib.
Dövlət Departamentinin mətbuat katibi Metyu Miller, Rusiyanın terrorizmə sponsorluq edən dövlət kimi tanınmasının müəyyən mənfi nəticələrə səbəb ola biləcəyini deyib. Həmçinin, Dövlət Departamentində, Rusiyanın öz hərəkətlərinə görə cavabdehlik daşıması üçün daha yaxşı yolların olduğunu hesab edirlər.
“Məhz bu səbəbdən biz bu cür tədbirləri qəbul etməyə davam edirik, yüksək rütbəli rus məmurlarına, rus şirkətlərinə, Rusiyanın hərbi maşınını zəiflədən ixrac nəzarətinə qarşı sanksiyalar tətbiq edirik və bu addımları atmağa davam edəcəyik” – deyə Miller qeyd edib.
TAHİR