İSESCO-nun direktoru Azərbaycana təşəkkür etdi
Tarixi Şuşa şəhərində beynəlxalq forumun açılışında iştirak etmək böyük şərəfdir. Trend xəbər verir ki, bunu İSESCO-nun direktoru Salim Al Malik Şuşada keçirilən "By Youth For Youth" (Gənclər tərəfindən gənclər üçün) adlı Beynəlxalq Forumda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Azərbaycan incəsənət, musiqi və sülh diyarıdır.
“Göstərdiyi səylərə görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür etmək istəyirəm. Prezident İlham Əliyev bu gün baş tutan forum kimi təşəbbüslər vasitəsilə davamlı sülhü təşviq edir”.
Direktor bildirib ki, İSESCO öz yeni proqramına uyğun olaraq gənclərin iştirakına xüsusi önəm verir:
"Təşkilati səviyyədə İSESCO sülh prosesinin inkişaf etdirilməsində gənclərin xüsusi rolu olduğunu vurğulayır".
Qeyd edək ki, Şuşa şəhərində "By Youth For Youth" (Gənclər tərəfindən gənclər üçün) Beynəlxalq Forumu öz işinə başlayıb. Forumda dövlət rəsmiləri, beynəlxalq təşkilatların və müxtəlif ölkələrin yüksək vəzifəli şəxsləri, qonaqlar və İCESCO-ya daxil olan ölkələrdən 200-ə yaxın şəxs iştirak edir.
Forumun məqsədi İslam Dünyası gənclərinin sülh yaratma, davamlı inkişaf, mədəniyyət, ətraf mühitlə bağlı baxış və təcrübələrini müzakirə etmək, bu sahədə onların iştirakına, innovativ həllərin müzakirəsinə və gənc liderlərin şəbəkələşməsinə imkan yaratmaqdır.