Avropa İttifaql indi də rusiyalı müğənnilərə sanksiya tətbiq etdi
Rusiyalı müğənnilər "Shaman" və Polina Qaqarinanın adları Avropa İttifaqının sanksiya siyahısına daxil edilib. Bu barədə Avropa Komissiyasının saytında dərc olunmuş sənəddə deyilir. Yaroslav Dronovun (Şaman) daxil olmasına səbəb onun Kremlin təşkil etdiyi konsertlərdə, eləcə də ilhaq edilmiş ərazilərdə çıxışlarında iştirakıdır. "Dronov Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə xələl gətirən hərəkətləri və siyasəti dəstəkləyir", - AK bildirib.
“Polina Qaqarina müntəzəm olaraq dövlət təbliğat tədbirlərində, məsələn, Ukraynanın dörd vilayətinin qanunsuz ilhaqı və ya Krımın ilhaqının ildönümü şərəfinə çıxış edir. Beləliklə, o, Ukraynanın ərazi bütövlüyünə xələl gətirən hərəkətləri dəstəkləyir”, - sənəddə deyilir.
Mətləb Salahov