KÖHNƏ VERSİYA            

YAP-ın Xətai təşkilatının qərargahında “Ordun varsa, yurdun var” mövzusunda tədbir keçirildi

Image

İyunun 24-də  Xətai Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə 26 İyun-Azərbaycan Silahlı Qüvvələri Günü ilə əlaqədar “Ordun varsa, yurdun var” mövzusunda dəyirmi masa keçirilib.

YAP Xətai rayon təşkilatının qərargahında keçirilən tədbirdə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi 106 illik şərəfli yoldan geniş bəhs edərək  diqqəti son dörd ilin qürurverici məqamlarına, müstəqillik tariximizə yazılan Zəfər səhifələrinə yönəldib. Bildirib ki, 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra  bütün sahələrdə, o cümlədən ordu quruculuğu sahəsində yaradılan möhkəm təməl bugünkü uğurlarımızı şərtləndirdi. Əbəs yerə deyilmir ki, ordun varsa, yurdun var. Həmçinin bu reallıq da daim önə çəkilir ki, torpaq, əgər uğrunda ölən varsa Vətəndir. Azərbaycanın müstəqilliyi, torpaqlarının azadlığı uğrunda canlarından keçən Vətən övladlarının hər biri qəhrəmanlıq dastanı yazaraq şəhidlik zirvəsinə ucaldılar. Onların qəhrəmanlıq yolu indiki və gələcək nəsillər üçün  vətənpərvərlik məktəbidir. Torpaq, Vətən sevgisi tarixi Zəfərimizi şərtləndirən əsas amillər sırasında oldu.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan əsgəri daim Müzəffər Ali Baş Komandandan “İrəli!” əmrini gözlədi. Torpaqlarımızı işğaldan azad, soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıdışını təmin etmək  əsas hədəflər sırasında idi. 30 il ərzində Azərbaycan sülh siyasətinə sadiqlik nümayiş etdirərək keçmiş münaqişənin sülh danışıqları əsasında həllinə səy göstərdi. Tarixi Zəfərimizdən bəhs edərkən  Müzəffər Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi  “Müharibə olmaya da bilərdi” çağırışı özündə bütün məqamları ehtiva edir. Azərbaycan dövlətinin, xalqının səbir kasası dolmuşdu. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, ondan üç il sonra suverenliyimizin tam bərpa edilməsi Azərbaycan Ordusunun qəhrəmanlığını, gücünü, qüdrətini dünyaya nümayiş etdirdi. Azərbaycan əsgəri üzərinə düşən şərəfli vəzifəni hər an yerinə yetirmək iqtidarında olduğunu bir daha sübut etdi. 44 gündə 30 ilin işğalına son qoymaq, bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizi tam bərpa etmək gücümüzün, qüdrətimizin, milli qürurumuzun təqdimatı oldu.

Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar  məsələlər şöbəsinin  müdiri Pənah İmanov vurğulayıb ki, Azərbaycan Ordusu ilə qürur duyuruq. Tarixi Zəfərimizə qədər keçirilən  Silahlı Qüvvələr Günündə, hərbi paradlarda bu arzunu ifadə edirdik ki, tezliklə torpaqlarımız işğaldan azad edilsin, qalibiyyət rəmzi olan üçrəngli Bayrağımız bu ərazilərimizdə dalğalansın, soydaşlarımız doğma yurd-yuvalarına qayıtsınlar. Artıq dörd ildir ki, bu arzunun reallığa çevrilməsinin sevincini yaşayırıq.  Şanlı Qələbənin şərəfinə dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda möhtəşəm Zəfər Paradı keçirildi. Dövlətimizin başçısının 2018-ci ildə keçirilən paradda dediyi kimi, düşmənin ələ keçirilən silah-sursat və texnikası ilə yanaşı, işğaldan azad olunan ərazilərimizdə qaldırılan dövlət bayraqlarımız da Zəfər Paradında nümayiş etdirildi. Tarixi Zəfərimizdən sonra hədəflər açıqlanarkən Müzəffər Ali Baş Komandan İlham Əliyev ordu quruculuğu istiqamətində addımların davam etdiriləcəyini bildirdi. 44 günlük Vətən müharibəsi zamanı qazanılmış təcrübə yeni birləşmələrin yaradılması zərurətini ortaya qoydu. Buna görə də ölkə Prezidentinin tapşırığı ilə ordumuzda yeni təyinatlı Komando hərbi hissəsi yaradıldı. Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaq.

Vətən Müharibəsi Qəhrəmanı  Anar Mirzəyev bildirib ki, XXI əsr müharibəsi adlandırılan İkinci Qarabağ müharibəsində nə qədər müasir silahlardan, yüksək texnologiyalardan istifadə olunsa da bu gün qürurla qeyd etdiyimiz Qələbəni Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan  oğulları qazandı. Ən ağır döyüşlərin getdiyi anda belə əsgərlərin, şəxsi heyətin  əhval-ruhiyyəsi, döyüş əzmi  zəifləmədi, əksinə hər çətin ərazi relyefinə malik rayonlarımızın düşmən işğalından azad olunduğu günlərdə onların  sevincini, keçirdikləri hissləri sözlə ifadə etmək çox çətindir. 27 sentyabr Azərbaycanın hərb tarixinin şanlı səhifəsinə qızıl hərflərlə yazılan gündür. Məhz həmin gün xalqımız, Silahlı Qüvvələrimiz həmrəylik göstərərək möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin ətrafında sıx birləşərək düşmənin növbəti təxribatının qarşısını almaq üçün 44 günlük Vətən müharibəsinə başladı. Qarabağın tacı Şuşanın işğaldan azad edildiyi 8 noyabr tarixi isə Zəfər Günü kimi təsis edildi. Bu gün hər birimiz qürurluyuq. 30 il düşmən tapdağı altında qaldıqdan sonra azad olunan torpaqlarımızda bu gün Azərbaycanın şanlı  Bayrağı dalğalanır. Bu torpaqlar bizimdir və biz burada əbədi olacağıq. Qarabağımız və Şərqi Zəngəzurumuz dirçəlir, soydaşlarımız doğma yurd-yuvalarına qayıdırlar. Bundan böyük xoşbəxtlik ola bilərmi?

Vətən müharibəsi qaziləri Məhəmməd Haqverdiyev və Vüsal Həsənov çıxışlarında qeyd ediblər ki, tarixi Zəfərimiz Azərbaycan dövlətinin  ordu quruculuğu istiqamətində atdığı addımların, xalqımızın birliyinin, həmrəyliyinin, torpaq, Vətən sevgimizin təqdimatı oldu. Bu gün başımız uca, alnımız açıqdır. İşğaldan azad edilmiş torpaqlarda dalğalanan Bayrağımız milli kimliyimiz, qürurumuzdur. Çox xoşbəxtik ki, Azərbaycanımızın Zəfərində  bizim də payımız var.

2 saylı Vərəm Əleyhinə  Dispanserin baş həkimi, Vətən müharibəsi  iştirakçısı Ceyhun Əliyev Qələbə münasibətilə orden və medallarının təsis edilməsindən bəhs edib. Bildirib ki, bu mühüm addım  qələbənin əbədiləşdirməsi və iştirakçılara ayrılan ali diqqətin təcəssümüdür.

YAP fəalı Afət Novruzova tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsinin sevincindən, Qələbənin doğurduğu qürur hissindən danışaraq bunun üçün dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Ordumuza minnətdarlığını ifadə edib.

Sonda YAP sıralarına yeni qəbul olunanlara üzvlük vəsiqəsi təqdim olunub.







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031