Partiyadaşlarından Makrona daha bir zərbə - seçki kampaniyası zamanı onun adını çəkməyin...
Fransa Prezidenti Emmanuel Makronun Avropa Parlamentinə seçkilərdə məğlubiyyətindən sonra növbədənkənar seçkilər təyin etmək qərarının ardından onu Romanı yandıran imperator Neronla müqayisə edirlər. İspaniyanın ABC qəzetinin onlayn versiyası yazır ki, fransızlara görə, Makron Milli Assambleyada 577 yer uğrunda 4 min namizədin mübarizə apardığı siyasi mina sahəsini yandırıb.
“Le Figaro” nəşri “Bizim Neronumuz var” sərlövhəsi ilə yazı dərc edib, onun ardında “Le Point” əlavə edir: “Makron Neronla müqayisə ediləcək bir narsisdir”. İllüstrator Alen Qutal isə “Mediapart”da Macron-Neron yanan Roma-Fransanın seyr edir rəsmini dərc edib və deyir: “O, kibritlə oynadı və yanğın törətdi. Mənə fleyta və ya lira verin ki, sonuncu mahnını improvizə edə bilim”.
Neron Qədim Roma imperatorudur və antik dövrün yazıçısı Svetoniyin iddiasına görə, Romanı öz zövqünə uyğun yenidən tikmək üçün bu şəhəri atəşə verib.
Sabiq Baş nazir Eduard Filipp bəyan edir: “Prezident ətrafındakı çoxluğu məhv etdi”, keçmiş daxili işlər naziri Jan-Lui Debre isə hesab edir ki, Makron sol və sağçı populizmin yüksəlişinə töhfə verib”.
Milli Assambleyanın buraxılmasının təşəbbüskarı olan Emmanuel Makron “minor” əhvali-ruhiyyədə olduğunu yazan nəşr əlavə edir ki, bütün proqnozlara görə, onun yaratdığı partiya böyük uğursuzluq ərəfəsindədir; bir vaxtlar sadiq köməkçiləri və yoldaşları olmuş insanlar indi ondan uzaqlaşmağa çalışırlar.
Parisin “Le Figaro” qəzetinin qeyd etdiyi kimi, “Prezidentin ətrafındakı siyasi mənzərənin üzərini çatlar bürüyüb və onun populyarlığının azalması səbəbindən müttəfiqlər indi planlarını dəyişmək məcburiyyətindədir”. Onun nüfuzu indi ən aşağı səviyyədədir - fransızların dörddə üçü Makrona etibar etməkdən imtina edir. Ondan açıq şəkildə narazı qalanlar arasında “Demokratik hərəkat”dan olan mərkəzçilərin tarixi lideri Fransua Bayru da öz tərəfdarlarına seçki kampaniyası zamanı Makronun adını çəkməməyi tapşırıb.
ZÜMRÜD