KÖHNƏ VERSİYA            

Cavanşir Feyziyev: Oljas Süleymenov ümumtürk mədəniyyətinin dəyəridir"

Image

Çağdaş qazax ədəbiyyatının, mədəniyyətinin görkəmli nümayəndəsi Oljas Süleymenovun “Tanrının təbbüsümü” kitabı Azərbaycanda işıq üzü görüb. Mahmud Kaşğari adına Beynəlxalq Fondun layihəsi əsasında çap olunan kitabın layihə rəhbəri Fondun Prezidenti, Milli Məclisin deputatı, Dr. Cavanşir Feyziyevdir. Türk dünyasının dəyərli alimi C.Feyziyev kitaba yazdığı ön sözdə Oljas Süleymenov yaradıcılığı fonunda Azərbaycan-qazax ədəbi-mədəni əlaqələrini geniş müstəvidə təhlil edir:

Cavanşir Feyziyev: Oljas Süleymenov ümumtürk mədəniyyətinin dəyəridir"

“Tanrının təbəssümü” kitabına Ön söz...
 

Oljas Süleymenov elmi, linqvistik, tarixi, fəlsəfi geniş əhatəli etnoloji, etnoqrafik, paleoqrafik, poetik, publisistik əsərləri ilə qazaxların və türk xalqlarının adını tarixin yaddaşına yazmağı bacaran zəngin dünyagörüş sahibi, həyata özünəməxsus baxışı olan mütəfəkkir şəxsiyyətdir. O, təkcə çağdaş qazax ədəbiyyatının deyil, ümumtürk mədəniyyətinin mənəvi dəyər vahididir.

Yaradıcılığına dürüst bir alim mövqeyi, milli-estetik kriteriyaların bənzərsiz formalarını tətbiq edən Oljas Süleymenov dünyanın bizə məlum olan, bəlkə də yeganə şairidir ki, təfəkkürü eyni zamanda, həm zəngin etnoqrafik potensiala, həm də müasir poetik "diplomatiya"ya malikdir - naturalizmlə analitizmin bu cür üzvü vəhdətini özündə ehtiva edən ikinci bir şairi təsəvvürə gətirmək xeyli çətindir. Oljas Süleymenov yaradıcılığı bu gündən həm keçmişə, həm də gələcəyə körpü salan milli-təəssübkeş bədii düşüncə sistemidir. O, bir tarixçi-alim, etnoqraf olmaqla yanaşı, həm də müasir qazax şeirinin usta qələmlərindəndir.

Yaradıcılığının ilk dövrlərindən başlayaraq “Yer, insana əyil!”, “Az i Ya”, “Arqamaklar”, “Günəşli gecələr”, “Gil kitab”, “Yazının dili”, “Tanrının təbəssümü”, “Kəsişən paralellər”, “Türklər tarixə qədər” və başqa əsərləri oxucular və ədəbi-elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. Haqqında çoxsaylı qazax ədəbiyyatşünasları ilə yanaşı, rus Andrey Voznesenski, Rimma Kazakova və Lev Anninski kimi şairlər, qırğız xalq yazıçısı Çingiz Aytmatov, ukraynalı D.Pavlıçko kimi tanınmış tənqidçilər dəyərli fikirlər söyləmişlər.

Türk dünyasının əbədiyaşar lideri Heydər Əliyevin “Oljas təkcə qazaxlara deyil, bütün türk xalqlarının ədəbiyyatına gərəkli şəxsiyyətdir” kəlamı bu gün Qazaxıstanda böyük fəxrlə səsləndirilir. Oljas Süleymenov isə ulu öndərlə dostluq əlaqələrinin olduğunu daima ehtiramla xatırlayaraq “Bu dostluğu indi də qəlbimdə daşıyıram” - deyə, ümummilli lideri rəhmətlə yad edir.

Heydər Əliyevlə bağlı xatirələrini qələmə alarkən yazır ki, "Azərbaycanda olarkən gördüklərimi dünyadakı inkişaf standartlarını ötüb keçən rəqəmlərlə tutuşduraraq əmin oldum ki, Ustadın vəsiyyəti İlham Əliyevin komandası tərəfindən ardıcıllıqla yerinə yetirilir... Allah Heydər Əliyevə rəhmət eləsin, iyirminci əsrin heç bir siyasi liderinə iyirmi birinci yüzillikdə bu dərəcədə böyüklük mərtəbəsində qalmaq qismət olmamışdır. Bu, yalnız o şəxsiyyətlərə nəsib olmuşdur ki, vaxtilə müxtəlif orqanları vahid orqanizmdə birləşdirən sinir, qan damarları kimi xalqlar arasında ilgilər, "keçid dövrü"ndə qırılan çağlarda zəka ucalığını, iradə, xarakter qüdrətini saxlamış və faciəvi şəkildə parçalanan məkan və zamanların "yarımçıqlarını" birləşdirməyə çalışmışlar. Avrasiyada belə şəxsiyyətlər çox az idi. Odur ki, birincilər sırasında Heydər Əliyevin - zəmanəmizin qəhrəmanının adını çəkməyə haqqımız var.

"Az i Ya" araşdırmamın birmənalı rezonans doğurmadığı bir zamanda Heydər Əliyevin bəzi sovet akademikləri kimi yox, onu başqa cür qəbul etməsi mənim xoşbəxtliyim idi. Yaxşı yadımdadır, Nizaminin, Füzulinin yubileyləri ilə əlaqədar biz süfrə arxasında Azərbaycan və digər xalqların yazıçıları ilə birgə əyləşərkən o, mənə masa arxasından "qalx" işarəsi verib demişdi: "Oljas, sən nəinki mənə, nəinki bizə, nəinki qazaxlara lazımsan. Sən bütün insanlara lazımsan. Gəlin, badələrimizi bu şərəfə qaldıraq!". Bu mənə çox böyük qol-qanad vermişdi, çünki həmin vaxtlar mənim üçün heç də adi bir dövr deyildi.

Və mən görürdüm ki, Heydər Əliyevin mənə isti yanaşması bütün Azərbaycan xalqının mənim yaradıcılığıma olan münasibətini ifadə edirdi. Bu xalqın sevgisini hiss etdikcə onun bütün sevincini, kədərini də özümünkü kimi qəbul edir, özümünkü hiss edirdim.

80-ci illərin sonu - 90-cı illərin əvvəllərində mən SSRİ Ali Sovetinin deputatı idim. 1990-cı ilin 20 Yanvar faciəsi günlərində Moskvadakı "Moskva" mehmanxanasında 39 dərəcə temperaturla yatırdım. Gecə saat 3-də yaradıcılığına və şəxsiyyətinə çox hörmətlə yanaşdığım qardaşım Bəxtiyar Vahabzadə mənə zəng etdi. O, çox narahat idi. Xeyli danışdı. Onun danışığından başa düşdüm ki, Bakıda xoşagəlməz hadisələr baş verib. Bəxtiyar dedi ki: "Oljas, gəl, rus tankları şəhərə girib." Mən indi də sevinirəm ki, yaxşı ki, Bəxtiyara xəstəliyim barədə heç nə demədim. Desəydim, düz olmazdı... "Azərbaycanın xeyli dostlarına" zəng etdim, hadisəylə bağlı bildirdim, onlar gəlmədilər. Mən yığışıb aeroporta getdim. Onda mülki təyyarələrin Bakıya uçuşuna icazə vermirdilər. Öz deputat mandatımdan istifadə etməklə yarıhərbi təyinatlı təyyarə ilə Bakıya uçdum".

Bəli, görkəmli ədibin xatirələrində qələmə aldığı həmin tarixlərdə, soyuq qış günlərində SSRİ rəhbərliyi vətəndaşların sülh şəraitində keçirdikləri nümayişi gülləbaran edib, tankların tırtılları altında qoymaqla onların mübarizlik əzmini qırıb, gözünü qorxutmağı qarşısına məqsəd qoymuşdu. SSRİ rəhbərliyi buna nail ola bilməsə də, yüzlərlə heç bir günahı olmayan vətəndaşı qanına qəltan edə bilmişdi. Azərbaycanın şair, yazıçı və alimləri həmin dəhşətli hadisəylə bağlı SSRİ Ali Sovetinin deputatlarına Azərbaycan xalqına qarşı törədilən bu vəhşiliklə bağlı müraciət ünvanladığı zaman Oljas Süleymenov bu müraciətnaməni birinci imzalayanlar arasında idi. Bakıda Oljas Süleymenovun təkidi ilə Azərbaycan hakimiyyəti nümayəndələrinin iştirakı ilə növbədənkənar yığıncaq keçirilmişdi. O, mərkəzi televiziyanın operatoru və yerli müxbir qarşısında canlı yayım açaraq çıxış etmişdi. Mixail Qorbaçova imzaladığı nitqində çəkinmədən onun ünvanına cəsarətlə yazmışdı ki: "Axıdılan bu qədər qan sizin vicdanınızın üzərindədir”.

Tarixin ən sərt imtahanında, ən ağrılı çağlarında Oljas Süleymenov Azərbaycan xalqının yanında olduğu kimi, Zəfərimizdə də eyni doğmalıqla sevincimizə şərik olduğunu ifadə etmiş, bütün yaradıcılığı boyunca Azərbaycan və qazax xalqlarının tarixi, etno-psixoloji, fəlsəfi-estetik dünyagörüşünə toxunarkən bu xalqların vahid mənəvi-mədəni məkanı birləşdirdiyini söyləmişdi.

Prezident İlham Əliyevin sərəncamı ilə Oljas Süleymenovun “Şöhrət” ordeni, daha sonra “Dostluq” ordeni ilə təltif edilməsi görkəmli qazax mütəfəkkirinin yaradıcılığına Azərbaycanda verilən dəyərin və ümumxalq sevgisinin parlaq nümunəsidir.

Ulu öndər haqqında xatirələrində qeyd etdiyi kimi, 1960-ci illərin əvvəllərindən onun “Köçərilər və Rus”, “İqor polku haqqında dastan”da qaranlıq yerlər”, “Az i Ya” (1975) kimi eposşünaslıq, mənbəşünaslıq, folklorşünaslıq və ədəbiyyatşünaslıq kimi sahələri çevrələyən kitabları yayınlanmışdı ki, həmin kitablar Moskvadakı akademik dairələrdə xeyli mübahisələrə səbəb olmuşdu. Mübahisələrin əsasını təşkil edən ən başlıca problem isə Oljas Süleymenovun türklərin digər dünya xalqları arasında adekvat yerini göstərib, onları dünyanın ən qədim mədəni xalqlarından biri kimi təsdiqləməsi, əsərin alt qatına enərək orada türklərə məxsus dil yaruslarını ortaya çıxarması ilə bağlı idi. İki hissədən ibarət olan, bütün məsələlərə elmi və milli-tarixi prinsiplər daxilində obyektiv münasibət bildirən “Az i Ya” kitabı həm də qədim tarixə malik türklərin milli-estetik dəyərlərini, ədəbi-mədəni tarixini öyrənmək, eyni zamanda Avro-Asiya məkanında yaşayan bir çox xalqların mədəni və siyasi tarixlərinin bəzi məqamlarına işıq salmaq baxımından maraq doğururdu.

2014-cü ildə alimin “Sözün kodu” adlı yeni kitabı nəşr olundu ki, bu kitabda əsasən o, türk mədəniyyəti ilə bağlı məsələləri araşdırmağı qarşıya məqsəd qoyurdu. 2015-ci ildə ədib ilk dəfə olaraq uşaqlar üçün “Ev ocağının sehirli nağılları” adlı kitabını nəşr etdirdi.

O.Süleymenovun əsərlərində fikir dərinliyi, genişlik, fəlsəfilik və polemiklik daha çox diqqəti cəlb edir. Hər bir əsərdə aydın ekspressiya, kamil obrazlılıq, incə yumor, islahedici satira, gözlənilməz poetik dövriyyələr və s. özünü yetərincə nümayiş etdirir. Əsərlərinin episentrində ən vacib məsələ qazax xalqının mənəvi dünyasının tərənnümü, qazax səhra ənginliklərinin vəsfi dayanmaqdadır.

Şairin çoxşaxəli yaradıcılığı, şeir və poemaları Azərbaycan dili ilə yanaşı, ingilis, fransız, alman, ispan, çex, polyak, slovak, bolqar, macar, rus, monqol, qırğız, özbək, Ukrayna, Belarus, türk və digər çoxsaylı dünya xalqlarının dillərinə tərcümə olunub. Bədii əsərləri ilə yanaşı, Oljas Süleymenovun elmi əsərləri də dünyada son dərəcə populyardır. Onun bu müstəvidə qələmə aldığı əsərlərində qədim insanın dilinin universal qrammatikasının tarixi-linqvistik təhlili yer alır ki, o, bu və ya digər şəkildə müasir dillərdə öz funksionallığını qoruyub saxlamaqdadır. Süleymenov onların genezisini ilk heroqlif qrafik yazının köməyi ilə ortaya qoymağa, onların raşşifrovkasını “Az i Ya”, “Yazının dili”, “Türklər tarixə qədər”, “Sözün kodu”, “Etimologiyaya giriş” və başqa bu kimi tədqiqatlarında açmağa, bəşər övladının təkamülünün geniş təbəqəsinin öyrənilməsindəki “ağ ləkələri” etimologiya, kulturologiya və paleolinvistikanın köməyi ilə görüb üzə çıxarmağa nail olub.

Təsadüfi deyildir ki, məhz bu keyfiyyətlərinə görə böyük mütəfəkkirin əsərləri oxucu və tənqidçilərin çox böyük rəğbətini qazanıb.

Çeşidli yaradıcılığa malik olan O.Süleymenovun ədəbi istedadı kinodramaturgiyada da yetərincə özünüifadə edə bilib. O, “Atalar torpağı”, “Mavi marşrut”, “Qış sahə işləri vaxtı deyil”, “Adəmi qəbul edin”, “Sonuncu keçid”, “Qırmızı yovşan”, XIX əsrin ünlü qazax şairi Məhəmbət Utəmisova həsr olunmuş “Məhəbbət”, Cahangir xana həsr olunmuş “Ah, Peterburqda necə də maraqlı idi” və xeyli digər filmlərə ekran vəsiqəsi verib.

Onun əsərlərində türkün tarixi dünyasına səyahət və türk torpaqlarına ayaq basmağın həsrətini ifadə edən münasibət diqqəti cəlb edən xüsusi haldır. Daha doğrusu, müəllif əsərlərində "türk çölləri boyu Şərqdən Qərbə çapan bir qəhrəman türk atlısı rolunda" çıxış edir. O.Süleymenov gəzdiyi yerlərdə mənsub olduğu xalqın dünənindən və bu günündən söhbət açmağı özünə borc bilir.

O.Süleymenovun təfəkküründə şair Allah kimi dərk olunmaqdadır. Yəqin buna görə də o, “Şərq yoxdur, elə Qərbin özü də yoxdur... Yalnız Günəşin doğuşu və qürubu, bir də böyük söz - Yer var” deyir. Özünün erkən yaşda qələmə aldığı şeirlərindən birində (“Puşkin meydanında”) “Şair gərək Allah kimi gözəl olsun bu dünyada” deyərək şairi Yaradanla müqayisə edən Süleymenov belə fikri sadəcə poetik metafora olaraq işlətmirdi. Bununla o, şairin cəmiyyətdəki yerini müəyyənləşdirməklə onu elə bir zirvəyə qaldırır ki, bununla özünü də həmin “yüksəkliyə məhkum edib” şairin uca adını daim böyük fəxarətlə daşıyacağına işarə edirdi.

O.Süleymenov hansı mövzuda yazır yazsın, onun lirik vüsəti özünün şəxsiyyəti kimi çoxtərəflidir. Ən adi söz və söz birləşmələri arasında onun son dərəcə həssas və rəngarəng bir dünya duyumu var. Təsadüfi deyildir ki, O.Süleymenovun yaradıcılığında, bir tərəfdən, A.S.Puşkin müdrikliyini görmək mümkündürsə, digər tərəfdən A.Blok, V.Mayakovski və V.Xlebnikovun yeniliyini, A.Voznesenski dərinliyini və mürəkkəbliyini, Məhəmbət Ütemisovun məğrurluğunu və canlılığını, Abay Kunanbayev poeziyasının fəlsəfi əzəmətini, A.Tvardovski epik yaradıcılığının, Rollan Seysenbayevin qeyri-adi prozaik ilmələrini sezmək mümkündür. Əslində, müxtəlif coğrafiyalarda yaşayan, fərqli janrda və üslubda yazan ədiblərin yaradıcılığının hər hansı konkret bir yaradıcı şəxsiyyətin təfəkküründə yer almasının özü son dərəcə əlahiddə, qeyri-adi və yeni əzəmətli keyfiyyətdir. Oljas Süleymenovun yaradıcılığı məhz qeyd etdiyimiz rakurslarda unikal və fenomenaldır.









VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Media savadlı olmaq üçün nə etməliyik?

Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

Universitetlərdə Media savadlılığı dərsi...

SON XƏBƏRLƏR

23.12.2024 | 11:00
Putin Ərdoğana əsl üzünü göstərir...

23.12.2024 | 10:20
Cem Yılmaz Bakıda konsert verəcək - 450 manatlıq biletlər...

23.12.2024 | 10:10
Prezidentin şəxsi telefonu araşdırılır - Koreya polisindən ŞOK addım

23.12.2024 | 10:05
Üç Afrika ölkəsindən Fransaya XƏBƏRDARLIQ

23.12.2024 | 10:00
“Liverpul”dan “Tottenhem”ə futbol dərsi - 6:3!

23.12.2024 | 09:30
Deputatlar Baş nazirin istefasını tələb edirlər - Trüdo ŞOKDA...

23.12.2024 | 09:20
Sumqayıtda 15 yaşlı yeniyetmə bıçaqlanıb

23.12.2024 | 09:13
Bəzi ərazilərdə duman müşahidə olunur – faktiki hava şəraiti açıqlandı

23.12.2024 | 09:10
"Sərhədi qanunsuz miqrantlar üçün bağlayacam" - Trampdan miqrantlara BƏD XƏBƏR

23.12.2024 | 09:05
"Qalatasaray" darmadağınla qalib gəldi, "Fənərbaxça" ilə xal fərqi 8-ə çıxdı...

23.12.2024 | 09:00
Ceyhun Bayramov Serbiyaya işgüzar səfərə gedib

23.12.2024 | 08:30
Braziliyada təyyarə qəzası 10 nəfərin həyatına son qoydu

23.12.2024 | 08:22
Şuşaya daha 51 ailə köçürüldü

22.12.2024 | 21:35
Əsədin qardaşı Mahir Əsəd və rejimin yüksək rütbəli üzvlərinin Suriyadan necə qaçdıqları ortaya çıxdı...

22.12.2024 | 20:51
Putindən 3-cü Dünya Müharibəsi xəbərdarlığı - təhlükə getdikcə artır …

22.12.2024 | 19:10
Gürcüstanın Baş naziri xəbərdarlıq etdi - Zurabişvili həbs oluna bilər...

22.12.2024 | 14:48
Paşinyanın müsahibəsi şok effekti yaradan həyasızlıqdır!

22.12.2024 | 14:36
Türkiyənin universitet məzunları Suriya hökumətində böyük vəzifələr alır...

22.12.2024 | 13:42
Polis Akademiyasına müsabiqə davam edir...

22.12.2024 | 13:26
“Media savadlılığı” həftəsi çərçivəsində İsmayıllıda və Qəbələdə “Media savadlılığı” mövzusunda təlim keçirilib - FOTO

22.12.2024 | 13:07
Bir vaxtlar yalnız Əsədin və Rusiyanın olduğu Suriyada indi onların heç biri yoxdur...

22.12.2024 | 12:30
Əsəd Moskvada "təsadüfən öləcək"...

22.12.2024 | 11:56
İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

22.12.2024 | 08:30
Media savadlı olmaq üçün nə etməliyik?

21.12.2024 | 23:22
Əsma Əsəd Moskvada raka tutuldu...

21.12.2024 | 22:21
İranda sərt pul islahatı - 10 min rial 1 tümən olacaq....

21.12.2024 | 22:11
İran "rial"ı "tümən"ə dəyişir - əskinaslardan dörd əlavə sıfır silinəcək

21.12.2024 | 22:00
Pakistanın hərbi gücü Vaşinqtonu qorxutdu – “ABŞ-ı hədəfə almaq gücünə sahibdirlər”...

21.12.2024 | 19:07
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib

21.12.2024 | 19:05
"Beynəlxalq siyasətdə Azərbaycanın mövqeyi beynəlxalq qanunlara əsaslanır"

21.12.2024 | 19:02
2003-dən sonrakı dövrdə 2024 ən dolğun illərdən biri oldu- niyə?

21.12.2024 | 18:53
Ukrayna qoşunlarını daha iki rayondan geri çəkir – ruslar irəliləyir…

21.12.2024 | 17:19
Rusiya daha 503 əsgərin cəsədini Ukraynaya qaytardı...

21.12.2024 | 16:56
Saxta məlumatı necə tanımalı? - Media savadlılığı olmadan bu mümkün deyil...

21.12.2024 | 16:53
Şuşaya köçən ailələrə evlərinin açarları təqdim edildi - FOTO

21.12.2024 | 16:44
D-8 27 il sonra ilk genişlənmə üçün niyə Azərbaycanı seçdi?

21.12.2024 | 16:05
"VAZ"la avtoxuliqanlıq edən sürücü yaxalandı

21.12.2024 | 15:51
Xankəndidə 50 ildən sonra yenidən badminton çempionatı keçirildi

21.12.2024 | 15:38
Leyla Əliyeva Keniya Prezidenti ilə görüşüb - FOTO

21.12.2024 | 15:37
Bakıda avtomobilləri soyan şəxs saxlandı

21.12.2024 | 15:18
Bələdiyyə seçkilərində namizədliyi irəli sürülən şəxslərin sayı məlum oldu

21.12.2024 | 15:10
Bələdiyyə seçkilərində 755 nəfərin namizədliyi qeydə alınıb

21.12.2024 | 14:47
Azərbaycan regional gücdən orta dünya gücünə çevrilir...

21.12.2024 | 14:41
Makron ən dərin iflası Azərbaycanda yaşadı - bütün regionu itirdi...

21.12.2024 | 13:50
Bakı və Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlandı

21.12.2024 | 13:34
Şirvanda narkotiklərin satışı ilə məşğul olan şəxs tutuldu

21.12.2024 | 12:30
ABŞ Şamda ilk dəfə HTŞ ilə görüşdü - Colaninin başına qoyulan pul mükafatı ləğv edildi...

21.12.2024 | 12:26
“Media savadlılığı” həftəsi çərçivəsində “medialiteracy.media.gov.az” platformasında onlayn kurs istifadəyə verilib

21.12.2024 | 11:30
Bank kartlarının kodlarını naməlum şəxslərə verməyin! - DİN əhaliyə xəbərdarlıq etdi

21.12.2024 | 11:10
Almaniyadakı terror aktını İslamdan imtina edən qaçqın həkim törədib...

21.12.2024 | 11:00
145 ədəd F-35 döyüş təyyarəsi üçün 11,7 milyard dollar!

21.12.2024 | 10:30
Bu gündən “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayıb

21.12.2024 | 10:21
İlham Əliyev Almaniya Prezidentinə başsağlığı məktubu göndərib

21.12.2024 | 10:15
"Neftçi" çətin Tovuz sınağında

21.12.2024 | 10:10
"Yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl edin"- yol polisindən sürücülərə ÇAĞIRIŞ!

21.12.2024 | 10:00
Ağstafada "Jiquli" motosikletlə toqquşub, 19 yaşlı gənc ölüb

21.12.2024 | 09:30
"Fənərbaxça" Arda Turanın komandası ilə bacarmadı

21.12.2024 | 09:28
"Azərsu"da 8 milyard manat zərər necə yaranıb?

21.12.2024 | 09:10
Gürcüstanlı deputatlar Bakıya gəlir

21.12.2024 | 09:00
Daha 49 ailə Şuşaya köçürüldü

21.12.2024 | 08:44
Qaz limiti ilə bağlı "Azəriqaz"dan inanılmaz məlumat...

21.12.2024 | 00:13
Media savadlılığı nədir?

20.12.2024 | 21:18
Makron Mayottada əsl genosid mühiti yaradıb, su, ərzaq, işıq yoxdur - Avroparlament susur...

20.12.2024 | 21:04
Azərbaycan İslam dünyasında mövqeyini daha da bərkitdi...

20.12.2024 | 20:49
Azərbaycan Rusiyadan silah alışına yenidən başlayacaq - qərar ali səviyyədə verildi...

20.12.2024 | 20:45
“Bakı Metropoliteni”nin yeni sədri kimdir? - DOSYE

20.12.2024 | 20:35
Azərbaycan D-8-in 9-cu üzvü oldu - İƏT və D-8 bir-birini tamamlayır...

20.12.2024 | 20:30
Prezident İlham Əliyev Məhəmməd Şahbaz Şərifə məktub göndərdi

20.12.2024 | 20:25
Prezident İlham Əliyev Məsud Pezeşkiana məktub ünvanlayıb

20.12.2024 | 20:22
İlham Əliyevin Kiselyova müsahibəsinə dünya mediasının marağı getdikcə artır....

20.12.2024 | 20:19
Prezident İlham Əliyev Misir Prezidentinə məktub göndərdi

20.12.2024 | 20:15
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana məktub ünvanladı

20.12.2024 | 20:15
Bakıdakı bu qəbiristanlıqlar dəfn üçün bağlana bilər - vəziyyət ağırdır...

20.12.2024 | 20:11
"Bakı Metropoliteni"nin sədri dəyişdi...

20.12.2024 | 20:00
Karampetyan Avropa Parlamentində növbəti anti-Azərbaycan qətnaməsi çıxartdırdı...

20.12.2024 | 19:49
Xarici turistlərlə Azərbaycan tibb müəssisələri arasında gizli sövdələşmə risqi var...

20.12.2024 | 19:34
Çad dövləti Makrona 31 yanvaradək vaxt verdi - "Qoşunları çəkib ölkəmizdən gedin"...

20.12.2024 | 19:20
“Paşinyan hakimiyyətdə qalacaq, Azərbaycan və Türkiyə cəzalanacaq, Yunanıstanda çevriliş olacaq” - Erməni baxıcı sifarişlə işləyir...

20.12.2024 | 19:06
Makron 66 illik 5-ci Respublikanı çökdürdü, 6-cıya keçid başladı, prezidentlik hörmətdən düşdü...

20.12.2024 | 18:54
“TRACECA”nın Baş katibi Prezident İlham Əliyevə məktub göndərdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031