Dərinizin gec yaşlanmasını istəyirsiniz? - onda bunlara əməl edin...
Vitamin və minerallarla zəngin olan süd cilddəki problemləri aradan qaldırmaqda yardımçınız olacaq təbii vasitələrdən biridir. Belə ki, süd A, B6 və C vitamini ilə zəngin olub dərinin erkən yaşlanmasının qarşısın alır. Kalsium, kalium və maqnezium tərkibli bu maye həm də təbii nəmləndiricidir.
Bu səbəbdən üzünüzə süd tərkibli maskalar etməyiniz tövdiyə olunur. Olardan birinin reseptini təqdim edirik:
Tərkibi:
1 fincan qəhvə
yarım limonun suyu
1 qaşıq bal
1 qaşıq süd və ya qatıq
İstifadə qaydası:
Bütün inqridientləri qarışdırın və cildinizə çəkin. Maska yarım saat dərinizdə qalmalıdır. Sonda maskanı ilıq su ilə yuyaraq təmizləyin. Bu maska dərini qara nöqtələrdən təmizləyəcək və rəngini açacaqdır.
Mətləb