Avropa İttifaqından Rusiyaya qarşı yeni sanskiya "sürprizi"
Avropa İttifaqının 27 ölkəsinin xarici işlər nazirlərinin yay tətili öncəsi Lüksemburqda keçiriləcək son toplantısında Ukrayna və Yaxın Şərqdəki münaqişələr diqqət mərkəzində olacaq. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba avropalı həmkarlarını təmas xəttindəki vəziyyət və ölkənin təcili hərbi ehtiyacları barədə məlumatlandıracaq. Bundan sonra nazirlər Ukraynaya hərbi yardımın göstərilməsi, eləcə də Brüssel və Kiyevin iyunun 26-da imzalamaq istədiyi təhlükəsizlik zəmanətləri haqqında sazişi müzakirə edəcəklər.
Ukrayna ilə bağlı müzakirələr çərçivəsində nazirlərin Rusiyaya qarşı 14-cü sanksiyalar paketini təsdiq edəcəyi gözlənilir.
Mətləb Salahov