Tokayev Putinə zəng etdi - Dağıstandakı vəziyyətlə bağlı
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Dağıstanda baş verən terror aktları ilə əlaqədar rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib və Moskvaya hüquq-mühafizə orqanları vasitəsilə əməliyyat-istintaq fəaliyyətində köməklik təklif edib. Bu barədə Qazaxıstan liderinin mətbuat xidmətinin bəyanatında deyilir.
“Qazaxıstan bu qeyri-insani hərəkəti qətiyyətlə pisləyir, BMT, ŞƏT və digər mötəbər beynəlxalq təşkilatların himayəsi altında terrorizmə qarşı mübarizədə çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsinin tərəfdarıdır”, - bəyanatda deyilir.
Mətləb Salahov