"Baydenin bu qərarı Ukraynanı çətin vəziyyətə salır" - WSJ nəşri
ABŞ Prezidenti Cozef Baydenin mayeləşdirilmiş təbii qazın (LNG) ixracına dair yeni müqavilələrin təsdiqi prosedurunu dayandırmaq qərarı Ukrayna üçün çətinliklər yaradır. Bu barədə The Wall Street Journal (WSJ) məlumat yayıb. Bundan əvvəl Ukraynanın DTEK enerji holdinqi məlumat vermişdi ki, Vaşinqton və Kiyev Amerikadan mayeləşdirilmiş təbii qazın Ukrayna və Şərqi Avropaya tədarükünə dair saziş imzalayıblar.
“Bununla belə, Kiyev üçün pis xəbərlər də var. Belə ki, Baydenin qəbul etdiyi LNG ilə bağlı qərar uğurlu yolun qarşısını kəsir”, - məqalədə deyilir. Belə ki, Amerika prezidenti “yaşıl gündəmə” görə yeni LNG ixrac layihələri üçün icazələrin verilməsini dayandırıb.
Mətləb