Ermənistan Fələstinin müstəqilliyini tanıdı, erməni səfir İsrail XİN-ə çağırıldı...
Ermənistan Fələstin dövlətinin müstəqilliyini tanıyıb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayıb.
İrəvan Fələstinin müstəqilliyini tanıdığını elan etdikdən sonra Ermənistanın İsraildəki səfiri yəhudi dövlətinin Xarici İşlər Nazirliyinə çağırılıb.
“İsrail Xarici İşlər Nazirliyi Ermənistanın İsraildəki səfirini şiddətli töhmət vermək üçün çağırıb”, - deyə İsrail XİN-in mətbuat xidmətinin məlumatında bildirlir.
TAHİR