Azərbaycanın strateji valyuta ehtiyatları 70 milyarda yaxınlaşır...
Profisitli tədiyə balansı valyuta bazarında tarazlığın qorunmasında həlledici rol oynayır. Bu barədə Mərkəzi Bankın faiz dəhlizinin parametrləri haqqında məlumatında qeyd olunub.
Məlumata görə, cari ilin I rübündə tədiyə balansının cari əməliyyatlar hesabındakı profisitin ümumi daxili məhsula (ÜDM) nisbəti 10,1 faiz təşkil edib: “5 ayda ölkənin strateji valyuta ehtiyatları 1,8 faiz (və ya 1,3 milyard dollar) artaraq 69,7 milyard dollara çatıb”.
ZÜMRÜD