Rusiya səfiri Cənubi Koreya XİN-ə çağırıldı - Putinin imzaladığı sənədə görə...
Rusiya və Cənubi Koreya arasındakı münasibətlər gərginləşir. Belə ki, Rusiyanın Seuldakı səfiri Georgi Zinovyev Koreya Respublikasının Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Cənubi Koreyanın Xarici İşlər Nazirliyi Vladimir Putinin Şimali Koreyaya səfəri zamanı Rusiya ilə Şimali Koreya arasında “Hərtərəfli strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması ilə bağlı etirazını bildirib.
Mətləb Salahov