"Rusiyada Ermənistanda olduğundan çox erməni yaşayır" -Benon Sevan
BMT Baş katibinin keçmiş müavini Benon Sevan hazırkı Ermənistan hakimiyyətini "topa tutub". Keçmiş diplomat Ermənistanın Kiprdəki səfiri Tiqran Mkrtçyanın Nikosiya Universitetində “The Foreign Policy Challenges of Armenia” ("Ermənistanın xarici siyasət çağırışları") seminarında təqdimatını şərh edərkən bildirib ki, hazırkı Ermənistan hakimiyyəti erməni diasporu ilə münasibətləri pozur.
"Onlar ölkəni və erməni diasporunun Ermənistanla münasibətlərini məhv edirlər", - kiprli Benon Sevan deyib. O qeyd edib ki, Rusiyada Ermənistanda olduğundan çox erməni yaşayır və işləyir.
Mətləb